Əvvəli Avtomobilin yaranma tarixi məqaləsində
Səliqəli yollar salındıqca onlarda nizamlı hərəkət edilməməyi problemi ortaya çıxmağa başladı. Bunu nəzərə alan Britaniya parlamenti 1756-cı ildə London körpüsündə sol tərəfli hərəkəti qanuniləşdirdi. Hətta bu qanunu pozan şəxs 1 funt sterlinq məbləğində çərimə olunurdu.
Amma fransızlar sağ tərəfli hərəkətə üstünlük verərək1798-ci ildən onu qanuniləşdirdilər.
Avtomobillər çoxaldıqca yalnız sol və ya sağ tərəfli hərəkətlərlə kifayətlənmək olmazdı. Yeni yol hərəkəti qaydaları haqqında düşünmək lazım idi. Belə bir düşünülmüş addım 1683-cü il yanvarın 3-də rus çarı I Pyotr tərifindən atıldı. Sürətli hərəkəti qadağan edən bu çar fərmanı 1828 - ci il Moskvada qəbul olunan digər fərmanla təkmilləşdirildi fərmana əsasən sağ tərəfli hərəkət, avtomobillərin texniki vəziyyətinə nəzarət və nömrə nişanlarının tətbiq edilməsi qaydaları qəbul edildi.
Sonra polis tərəfindən hərəkətin jezl ilə (1908-ci il, Peterburq) və hərəkətin iki rəngli (qırmızı, yaşıl svetoforla nizamlanması (ABŞ, 1914-cü il) kimi mükəmməl yeniliklər baş verdi.
Qəbul edilmiş qaydalar ayrı-ayrı ölkələrə aid olduğundan beynəlxalq aləmdə bir effekt vermirdi. Bütün bunları nəzərə alan dünyanın mütərəqqi adamları vahid qaydalar qəbul etmək üçün 1909-cu ildə Paris şəhərinə toplaşdılar.
Bu mövzuda çağırılan ilk beynəlxalq konfransda aşağıdakı qaydalar: avtomobillərin istismarı üçün beynəlxalq Tədbirlər, yol nişanlarının tətbiqi, Avtomobillərdə şassi nömrəsinin və istehsalçı firmanın adının həkk edilməsi, Sürücülərin yaşının 18-dən aşağı olmamağı sərhədlərin avtomobillə keçilməsi və 4 yol nişanı (yol ayrıcı, şlaqbaum, nahamar yol, əyri yol) qəbul olundu.
Yol hərəkəti qaydalarının qəbul edilməsi onlara nəzarət məqsədi ilə SSRİ də 1935-ci ildə DAM yaradıldı və 1936-cı ilin 3 iyununda isə onun ilk Əsasnaməsi qəbul edildi.
Sonra, 1949-cu ildə Cenevrə və 1968-ci ildə Vyana şəhərlərində yol hərəkəti ilə bağlı Beynəlxalq konvensiyalar qəbul olunmuşdur. Bu konvensiyalara Hindistan və Yaponiyadan başqa əsas dövlətlər qoşulmuşlar. SSRİ 1959-cu ildə, müstəqil Azərbaycan isə 1997-ci ildə həmin konvensiyalara qoşulmuşdur, Ölkəmiz Beynəlxalq konvensiyalarda qəbul olunan qaydalara uyğun olaraq, 1998 - ci ildə Yol hərəkəti haqqında Qanununu da imzalamışdır.
Bütün bu qayda-qanunlara baxmayaraq, avtomobillərin insanlar üçün yaratdıqları problemlər bitib tükənmir.
Avtonəqliyyat vasitələri haqqında ümumi məlumat » V.Əliyev X. Muxtarov
Ardı Var...