Metallurgiya

Metallurgiya

Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması. Qara metallurgiyanın əsas xammalı kokslaşan kömür və dəmir filizi; əsas məhsulları isə çuqun, polad və prokatdır. Çin, Braziliya, Avstraliya, Ukrayna, Hindistan, ABŞ, Rusiya, Kanada və CAR zəngin dəmir filizi yataqlarına malikdirlər. Dəmir filizinin başlıca ixracatçıları - Braziliya, Avstraliya, Hindistan, Kanada, Rusiya; başlıca idxalçıları isə Yaponiya, ABŞ, Avropa ölkələridir.
qara metallurgiyaQara metallurgiya müəssissələrini kömür və ya dəmir filizi yataqlarına yaxın və ya onların arasında yerləşdirirlər. Rusiya, Çin, Ukrayna və Hindistanda qara metallurgiya yerli yanacaq və xammal hesabına fəaliyyət göstərir.
Metalın əsas hissəsi metallurgiya kombinatlarında istehsal olunur. Metallurgiya kombinatları əmək məhsuldarlığını artırır, məhsulun maya dəyərini aşağı salır və vəsaitə qənaət etməyə imkan verir.
Əsas polad istehsal edən ölkələri ölkələr - Yaponiya (1-ci yer) ABŞ, Çin, Rusiya, AFR və Ukraynadadır. Yerli xammal olmadığından Yaponiya, AFR, Fransa və Italiyada polad gətirilmə xammalı əsasında əridilir. ETI dövründə IEÖ-lərdə qara metallurgiya gətirmə xammala əsaslaqndığından əsasən dəniz limanlarında və nəqliyyat qovşaqlarında yerləşdirilir. Son zamanlar iri metallurgiya kombinatlarının əvəzinə tələbat rayonlarında kiçik metal əritmə sexləri fəaliyyət göstərir. Son illərdə IEÖ-lərdə az metaltutumlu sahələrin daha çox inkişaf etməsi və plastik kütlənin metallı əvəz etməsi nəticəsində qara metallurgiya sənayesinin inkişafının sürətinin xeyli azalmasına səbəb olub. Nəticədə ucuz işçi qüvvəsinin və bol xammal bazasının olması «çirkli» sənaye sahələrinin IOÖ-lərə köçürülməsi siyasətinin aparılması nəticəsində IOÖ-lərdə bu sahə daha sürətlə inkişaf edir.
IOÖ-lərdən alınan, daha ucuz başa gələn dəmir filizindən istifadə edilməsi nəticəsində Qərbi Avropadakı bəzi yataqlarda dəmir filizi hasilatı dayandırılmışdır.

Əlvan metallurgiya- əlvan metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir. Əlvan metallar aşağıdakı qruplara ayrılır:
1. Ağır metal - mis, qalay, qurğuşun, sink, nikel və s.
2. Yüngül metal - alüminium, maqnezium, titan və s.
3. Çətin əriyən – volfram, molibden və s.
4. nadir metallar - uran, germanium və s.
5. Qiymətli metal - qızıl, gümüş, platin. CAR, Rusiya və ABŞ- ən çox qızıl ehtiyatlarına malik ölkədir. Ağır metal filizlərinin (məs. mis və sink) tərkibində metalın miqdarı az olduğundan xammal bazalarına meyl edir.
əlvan metallurgiyaMis ən çox Mərkəzi Afrika və And dağlarında çıxarılır. Misin ilkin emalı- onun hasilatı, saflaşdırılması və qara misin alınması – Çili, Peru, Zair, Zambiya, Konqo, Filippin və s. mis filiz yataqları ilə zəngin olan IOÖ-lərdə yerləşir. Misin alınmasının son mərhələsi isə IEÖ-lərdə cəmləşib. Misin emalı ekoloji cəhətdən «çirkli» olduğundan son zamanlar IOÖ-lərdə mis emalının bütün mərhələləri inkişaf edir. Mis idxal edən ölkələri – ABŞ, Fransa, AFR, Italiya, Yaponiya və s. IEÖ-lərdir.
Kanada, Rusiya, Çili və Konqoda mis sənayesi yerli xammal əsasında formalaşır.
Misdən həm hazır, həm də qalayla (bürünc), nikellə (melxior), alüminiumla (düraliminium) və sink ilə (latın) ərinti halında maşınqayırma və elektrotexnikada istifadə edirlər.
Qurğuşun hasilatı – Rusiya, Avstraliya, Kanada, Peru, ABŞ və Meksikada, qurğuşun istehsalı isə ABŞ, Rusiya və Qərbi Avropa ölkələrində (yalnız IEÖ-də)
Qalay hasilatı - Boliviya və Cənub –Şərqi Asiyada yerləşmiş qalay qurşağındadır. (Malayziya və İndoneziya)
Son illərdə atom energetikasının inkişafı ilə əlaqədar uran hasilatı artırılmışdır.
Alüminium – yer qabığında ən geniş yayılmış metal olub, təyyarə və gəmiqayırmada geniş istifadə olunur. Alımım filizinin tərkibində 49-60 % alımınam olur. Alüminim –metallurgiya sənayesinin ən çox elektrik enerjisi tələb edən sahəsi olduğundan alüminium zavodlarını iri elektrik stansiyalarının yaxınlığında tikilər. Alüminiumun xammalı - boksit, nefelin və alunitdir. Avstriya, Rusiya, Braziliya, Macarıstan, Yamaya, Surinam, Çin, Hindistan, Qvineya və Qayana boksit yataqları ilə zəngindir. Boksitin tərkibində alüminium çox olduğundan, onu iri elektrik stansiyası olan istehlak rayonlarına göndərirlər.
Çin və Azərbaycan alunit yataqları ilə zəngindir. Alüminium istehsal edən başlıca ölkələr – ABŞ, Yaponiya, AFR, Rusiya, Kanada və Norveçdir.
Yaponiya, Kanada, Norveç Islandiya, İsveçrə, Avstriya, BƏƏ və Bəhreyn ölkələrində alüminium xammalı olmasa da ucuz elektrik enerjisi hesabına gətirilmə xammal əsasında onu əridir və ixrac edirlər.
Alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə alüminium alınır.
Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallürgiya güclü inkişaf edir.

Həmçinin Azərbaycanın metallurgiyası haqqında oxu.

Top