Dünya əhalisi

Dünya əhalisi

2000-ci ildə dünya əhalisinin sayı 6,1 milyardı keçmişdir. Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsi və başlıca istehlakçısıdır. Demoqrafiya - əhalini öyrənən elmdir. Əhalinin sayının kəskin artması «demoqrafik partlayış» adlanır.
Əhalinin təbii hərəkəti (və ya artımı) dedikdə doğum və ölüm arasındakı fərq başa düşülür. Əhalinin artımını demoqrafik siyasətlə tənzimləyirlər. Təbi artımın 2 tipi var:
a) I tip (hazırda bu tip də müasir və keçid tiplərə ayrılır). Bu tip doğumun, ölümün və təbii artımın aşağı olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik qış» deyilir. Çünki uşaqların sayı az, yaşlıların sayı isə çoxdur. Bu tipə bütün IEÖ-lər (CAR-dan başqa) və Şərqi Avropa ölkələri (Albaniyadan başqa) daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən az artır. Bu tipə daxil olan ölkələrdə əhalinin artırılmasına yönəldilmiş siyasət artırılır.
b) II tip (və ya ənənəvi tip) doğumun, ölümün və təbii artımın yüksək olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik yaz» deyilir. Bu tipə bütün IOÖ-lər və CAR daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən çox artır. Bu qrup ölkələr təbii artımı azaltmaq üçün dövlət siyasəti aparır. Məs. Hindistan, Banqladeş və s. Bu qrup ölkələrdə uşaqların sayı çox, yaşlıların sayı isə az olur. Bu qrup ölkələrin başlıca problemi-işsizlik və ərzaq çatışmamazlığıdır.

dünya ölkələri əhalisinin sayına görə
Irq tərkibi: Dünya əhalisi xarici görnüşünə görə 3 irqə ayrılır.
1. Avropoid irqinə aid olan əhali əsasən Avropa, Şm. Afrika, Yaxın və Orta Şərq, Hindistanda yayılıblar.
2. Monqoloid irqinə mənsub əhali əsasən Şərqi və Cənub-Şərqi Asiyada geniş yayılıblar.
3. Neqroid (ekvatorial) irqinə mənsub əhali isə əsasən Afrikada yayılıb.
Bəzən alimlər dünyanın 4-cü irqini avstraloid irqini ayırırlar ki, bura Avstraliya və Okeaniyanın yerli əhalisi aid olunur.
Dünyanın 3 əsas irqinin qaynayıb-qarışması nəticəsində aşağıdakı 3 aralıq irqləri yayılıb.
Avropoid+Monqoloid = metis
Avropoid+neqroid = mulat
Monqoloid+neqroid = sambo
Cins tərkibi. Dünyada doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən çox doğulsalar da 15 yaşa qədər hər iki cinsin sayı bərabərləşir. Qadınların orta ömür müddətinin kişilərə nisbətən çox olması nəticəsində sonrakı yaş həddində qadınlar üstünlük təşkil edir. Bəzi Asiya ölkələrində məs. Hindistan, Çin, Ərəb ölkələrində qadınların xüsusi çəkisi azdır. Bunun səbəbi tez evlənmə, çox uşaqlılıq, ağır həyat tərzi, qadının cəmiyyətdən asılı olmasıdır.
Dünya əhalisinin 51%-i qadınlardan, 49%-i kişilərdən ibarətdir.
Dünya dinləri: Dünyada 3 başlıca din mövcuddur. Bunlar arasında xristian dini etiqad edənlərin sayına görə 1-ci yeri tutur. Xristianların sayı 1 milyardı keçib, əsasən Avropa, Amerika və Avstraliyada məskunlaşıblar. Xristian dini 3 qola ayrılır – 1. Katolik 2. Protestant 3. Pravoslav
Dünyanın 2-ci böyük dini Islamdır. Bu dinə 1 milyarda yaxın insan sitayiş edir. Müsəlmanlar əsasən Cənub-Qərbi Asiya və Şimali Afrikada məskunlaşmışlar. Islamın beşiyi Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərləridir. Müsəlmanların 90%-i sünni, 10%-i şiə təriqətinə məxsusdur. Şiələr Iran, Iraq və Azərbaycanda daha çoxdur.
Dünyanın 3-cü böyük dini – Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiyada yayılmış Buddizm dinidir. Bu dinə 350 milyondan artıq adam sitayiş edir.
Dünya dinlərindən başqa milli dinlər də mövcuddur. Məs: Hindistanda – hinduizm, Cində – Konfusiçilik, Monqolustanda – lamaizm, Israildə – iudaizm, Yaponiyada – sintoizm dinləri yayılıb.
Milli tərkibi: Dünyada 3-4 minə qədər xalq var. Lakin bunların əksəriyyəti azsaylıdır. Hazırda dünyada sayı 100 mln-u ötmüş 12 xalq var (cinli, hind, rus, ərəb, türk, amerikan, benqal, yapon, braziliyalı, pəncablı, biharlı və meksikalı). Bu xalqlar dünya əhalisinin 65%-ni təşkil edir.
Banqladeş, Yaponiya, İsveç, Polşa, Ərəb ölkələri birmillətli, Hindistan, Nigeriya, Rusiya, Kanada, Böyük Britaniya, Belçika, Ispaniya və s. dövlətlər isə çoxmillətlidir.
Dil əlamətinə görə xalqlar-dil qruplarında, onlar isə öz növbəsində dil ailələrində birləşirlər. Dünya əhalisinin 2,5 milyard nəfəri Hind-Avropa dil ailəsinə mənsubdurlar. Bu dil ailəsi 11 dil qrupundan ibarətdir: Məs.
1. Roman qrupu-bura fransız, ispan, portuqal, rumın, moldavan, Latın Amerikası xalqları daxildir.
2. German (ingilis, alman, amerikan, İsveç, Norveç, şotland, holland və s.)
3. slavyan (rus, belorus ukraynalı, çex, polyak, slovak, serb, bolqar, xorvat və s.)
4) Iran və ya fars qrupu (fars, tacik, kürd, osetin, əfqan)
Dünya əhalisinin ¼ -i Çin-Tibet ailəsinə mənsub olub, Çin dilində danışılar.
Türk dil qrupu Altay dil ailəsinə daxildir. Bu qrupa- türk, özbək, azərbaycanlı, türkmən, qırğız, qazax, uyğur, yakut və s. xalqlar daxildir.
Dünyada ən geniş yayılmış dillər- çin, ingilis, ispan, portuqal, fransız, rus və alman dilləridir.
Ingilis dilində- B.Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada, portuqal dilində Portuqaliya və Braziliyada, ispan dilində Ispaniya və Latın Amerikası ölkələrində danışırlar.
Asiya və Afrika-dünyanın daha çox dil ailəsinin yayıldığı qitələrdir.
Əmək ehtiyatları dedikdə əmək prosesində iştirak edən (yəni işləmək qabiliyyəti olan) bütün adamlar başa düşülür. Əhalinin müxtəlif istehsal və qeyri-istehsal sahələrində çalışan hissəsinə iqtisadi cəhətdən fəal əhali deyilir. IEÖ-lərə nisbətən IOÖ-lərdə fəal əhalinin (yəni işləyənlərin) xüsusi çəkisi aşağıdır. Bunun səbəbi – iş yerlərinin azaldığı, qadınların istehsala cəlb olunmasının çətinliyi və əmək qabiliyyətli gənclərin çox olmasıdır. IOÖ-lərdə fəal əhali az olsa da, yüksək təbii artımın hesabına əmək ehtiyatları həddən artıq çoxdur.
IEÖ-lərdə fəal əhalinin yarıdan çoxu xidmət sahələrində çalışırlar. 2-ci yeri sənayedə, 3-cü yeri isə k/t-da çalışanlar tutur.
IOÖ-lərdə isə 1-ci yerdə k/t işçiləri, 2-ci yerdə xidmət sahələrində çalışanlar, 3-cü yerdə isə sənayedə çalışanlar durur.
dünya əhalisinin sıxlığıƏhalinin yerləşməsi. Dünya əhalisinin orta sıxlığı 1 km2–də 41 nəfərdir. Əhalinin sıxlığını - onun sayını ərazinin sahəsinə bölməklə təyin edirlər. Dünya əhalisi qeyri-bərabər məskunlaşıb. Belə ki, dünya əhalisinin 4/5-ü şərq yarımkürəsində (qərb yarımkürəsi ilə müqayisədə), 9/10 hissəsi isə şimal yarımkürəsində (cənubla müqayisədə) yaşayır. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqlarında, okean səviyyəsindən 500 m-ə qədər hündürlükdə yerləşən düzən sahələrdə, Nil, Dəclə, Yanszı, Xuanxe, Qanq çaylarının sahillərində yaşayırlar. Əhali tərəfindən çox az məskunlaşan ərazilər isə daimi donuşluq zonaları, qütb və yüksək dağlıq sahələr, səhralar, isti və rütubətli ekvatorial meşələrdir.
Əhalinin yerləşməsinə relyef və iqlim kimi təbii şəraitdən başqa, tarixi, demoqrafik və sosial-iqtisadi amillər də güclü təsir göstərir.
Dünyanın siyasi xəritəsində əhalinin cəmləşdiyi bir necə başlıca areal fərqlənir: 1. Şərqi Asiya (1,5 mlrd nəfər), 2. Cənubi Asiya (1,4 mlrd nəfər), 3. Cənub-Şərqi Asiya (0,5 mlrd nəfər), 4. Qərbi Avropa, 5. ABŞ-nın şimal şərqi.
Mikro dövlətləri çıxmaq şərti ilə Banqladeş əhalinin sıxlığına görə dünyada 1-ci yeri tutur. (1 km2-də 850 nəfər)
Iqlimi sərt, yamacları çox meylli, təbii şəraiti əkinçilik üçün əlverişsiz olan yüksək dağ yamaclarında əhali çox seyrək məskunlaşıb. Boliviya, Əfqanıstan, Nepal, Butan, İsveçrə kimi ölkələrin əhalisi əsasən dağlarda məskunlaşıb.
Kanada-Arktika arxipelaqı, Böyük Səhra, Şimali-Şərqi Sibir, Turan ovalığı dünyanın çox az məskunlaşmış əraziləridir. Burada eskimos, yakut, Avstraliya aborigenləri kimi xalqlar yaşayır.
Daha geniş əraziyə malik olan Kanada, Avstraliya, Braziliya, Türkmənistan kimi ölkələrin əhalisi tərəfindən mənimsənilməsi üçün böyük potensialı var.

Top