Makedoniya

Makedoniya

Makedoniya Respublikası Cənubi-Şərqi Avropanın Balkan yarmadasında yerləşir. Ölkə Şimaldan Kosovo Respublikası və Serbiya ilə, qərbdən Albaniya ilə, cənubdan Yunanıstanla, şərqdən isə Bolqarıstanla həmsərhəddir, öədim Makedoniya dövlətinin tarixi vilayəti olan Egey Makedoniyası müasir Yunanıstanın ərazisinə daxil olub tarixi Makedoniyanın 52,4 faiz ərazisini əhatə edir, öədim Makedoniya dövlətinin tarixi ərazisi olan Pirin Makedoniyası 9,6 faiz ərazi ilə Bolqarıstanın topaqlarına daxildi. Müstəqil Makedoniya Respublikası öədim Makedoniya dövlətinin tarixi ərazisinin 35,8 faizinə sahibdir. Ümumən tarixi Makedoniya torpaqlarında yaşayan əhalinin təqribən 40,9 faizi müstəqil Makedoniya ərazisində məskunlaşıb.

1990- cı ilin sentyabrında Makedoniyada ilk çoxpartiyalı seçki keçirildi. Sol siyasi istiqaməti Makedoniya Kommunistlər İttifaqının rəhbərlik etdiyi Demokratik Dəyişikliklər partiyası, milli istiqaməti Ümummakedon İnqilabi Təşkilatı, Makedoniya Demokratik partiyası Milli Birliyi, alban Demokratik Aydınlıq partiyası təmsil edirdi. Heç bir partiya seçkilərdə mütləq səs çoxluğu qazana bilmədiyi üçün Nikolay Klyusevin sədrliyi ilə birinci koalisiya hökuməti təşkil edildi. 1991-ci ilin yanvarında keçirilən prezident seçkilərində köhnə kommunist funksioneri Kiro Qliqorov (1991-1999) ölkə prezidenti vəzifəsinə sahib oldu.

1991- ci ilin sentyabrında keçirilən referendumda əhalinin böyük əksəriyyəti müstəqilliyə səs verdi, sentyabrın 17-də Makedoniya müstəqil dövlət elan olundu. Bir ay müddətində ölkənin yeni Konstitusiyası qəbul edildi, Makedoniya Respublikasının dövlət quruluşu parlamentli Respublika formasında təsbit edildi. Sənədə əsasən dövlətin başçısı prezident elan olundu ki, o da 5 il müddətinə iki dəfə ardıcıl olmaqdan artıq seçilə bilməzdi. Prezident dövlətin silahlı qüvvələrinin ali baş komandanı vəzifəsini icra edir, dövləti beynəlxalq aləmdə təmsil etmək hüququna malik olub, xarici siyasət xəttini müəyyənləşdirir. Prezident yeni seçilmiş parlament təsis olunduqdan sonra 10 gün müddətinə qalib gəlmiş partiya və ya bloka baş nazirin namizədliyini irəli sürməsinə mandat təqdim etməyə borcludur. Baş nazir hökumətin tərkibini və proqramını təsdiq üçün parlamentə təqdim edir. Təkpartiyalı parlament qanunlar, o cümlədən konstitusiya qanunu verir, büdcə və vergini müəyyən edir, beynəlxalq müqavilələri təsdiq edir, dövlət sərhədlərinin müəyyən edilməsi məsələsini həll edir.

1992-ci ilin fevralında Makedoniya ilə dağılmaqda olan YSFR arasında qoşunlarını respublikanın ərazisindən çıxarılması haqqında müqavilə imzaladı ki, bununla da Makedoniya Yuqoslaviya xalq ordusu ilə toqquşmadan qaçmış oldu. 1993-cü ilin aprelində Makedoniya, Yunanıstanın eyniadlı ərazisi üzündən BMT-na “Keçmiş yuqoslav respublikası Makedoniya” adı ilə qəbul edildi. Başqa bir məsələ 2 milyon nəfər əhalisinin dörddə biri albanlardan ibarət olan Makedoniyanın albanlarla olan gərginlikdir. 1993-cü ilin dekabrında Serbiya ilə sərhəd boyu 1500 nəfərlik BMT hərbi kontingenti yerləşdirtmişdir. 1999-cu ildə isə BMT-nin kontingenti Kosovo hadisələri ilə əlaqədar 14 minlik NATO qüvvələri ilə əvəz edilmişdir.

1994-cü ilin payızındakı seçkilərdə “Makedoniya Uğrunda İttifaq” qalib gəldi, 1992-ci ildən Baş nazir vəzifəsini tutan sosial demokratların lideri Branko Srvenkovski yeni koali-siyaslı hökumət yaratdı. 1999-cu ildəki prezident seçkilərində Ümummakedon İnqilabı Təşkilatı, Demokratik Makedoniya Milli Birlik partiyasının namizədi Boris Traykovski (19992004) dövlət başçısı oldu. Bu təşkilatın təsisçisi Lyubço Georgiyevski Baş nazir oldu. Hökumətin tərkibindəki 14 nazir vəzifəsinin 5-i albanlar oldu.

2001-ci ilin mart-avqust ayarında Alban milli azadlıq ordusu Əli Əhmədinin liderliyi ilə xüsusilə Makedoniyanın Tetovo rayonunda Makedon nizami ordusuna qarşı hərbi partizan əməliyyatlarına başladı. 2001-ci ilin yayında Makedoniyanın şimali-qərbində albanlarla hökumət qoşunları arasında toqquşmalar şiddətləndi. Xüsusilə Kosovodan Makedoniyaya keçən albanlar müxtariyyət tələbi ilə əhalini dövlətə qarşı mübarizəyə çağırırdılar. Makedoniya hökuməti terrorizmin və separatizmin qarşısını almaq məqsidilə 2001-ci ilin mayında ilk dəfə olaraq bütün partiyaların təmsil etdiyi hökumət formalaşdırdı. Lakin vəziyyəti normalaşdırmaq mümkün olmadı.

2001- ci il avqustun 13-də prezient B.Traykovski kurort şəhəri Oxriddə albanlarla ABŞ, NATO, Aİ, ATƏT-in vasitəçiliyi ilə böhranın siyasi həllinə dair müqavilə imzaladı. Bu sənədə əsasən Makedoniyanın Konstitusiyasından makedon millətinin əsas xalq olması fikri çıxarılmalı, alban dili rəsmi dövlət dili statusu alaraq 20 faizdən çox alban yaşayan yerlərdə rəsmi dil kimi tətbiq olunurdu. Məhkəmə, dövlət orqanları, polisdə işləyən albanların sayını artırmaq nəzərdə tutulurdu. Prosesə nəzarət etmək məqsədilə Makedoniyaya NATO-nun 3,5 min nəfərlik kontingenti göndərildi. 2003-cü ilin dekabrında bu kontingenti Avropa İttifaqının vətəndaş-polis missiyası əvəz etdi.

2002- ci ilin sentyabrında Makedoniyada parlament seçkiləri oldu. Seçkidə “Makedoniya ilə birlikdə” müxalifətçi koalisiya Makedoniya Sosial Demokratik İttifaqının başçılığı ilə qələbə çaldı. Partiyanın lideri B.Srvenkovski yenidən hökumətə başçılıq etdi. 2004-ci ilin fevralında Makedoniyanın prezidenti B.Traykovskinin təyyarə qəzasında faciəli ölümündən sonra növbədənkənar prezident seçkiləri keçirildi. Baş nazir B.Srvenkovski Makedoniyanın üçüncü prezidenti seçildi. Hökumətə isə onun partiya yoldaşı Xari Kostov başçılıq etdi. 2004-cü ilin noyabrında alban deputatlarla dil tapa bilməyən X.Kostov istefaya getdi. Yeni hökumətə isə Makedoniya Sosial Demokratlar İttifaqının lideri Vlado Buçkovski başçılıq etdi.

2002-ci ildə əhalini siyahıyaalma kampaniyasının nəticələrinə görə Makedoniya Respublikasının əhalisi 2022547 nəfər təşkil edirdi. Bunların da 1297083 nəfəri, yəni 64,18 faizi makedon, 509083 nəfəri, yəni 25,17 faizi alban idi. Əhalinin qalan hissəsini türklər, qaraçılar, serblər, bosniyalılar və sair təşkil edirdi. Makedoniya Respublikasının paytaxtı Skopyedə 467257, Bitolada 80550, Kumanovada 70842 nəfər əhali yaşayırdı.

Makedoniya Avropanın ən kasıb ölkələrindən biri kimi işsizliyin iş qabiliyyəti olan əhalini 40 faizini təşkil etməsi ilə də xarakterik idi. Əhalinin üçdəbir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. Ölkənin yeraltı mədənlərində xrom, mis, qurğuşun, dəmir, marqans çıxarılır. Qara və əlvan metalurgiya, maşınqayırma, dərman-kimya, yüngül və qida sənayesi inkişaf etmişdir. Ölkənin pul vahidi makedon dinarıdır. Makedoniya ərazisindəki albanların çıxışları, Yuqoslaviaya qarşı tətbiq olunan sanksiyalar, Yunanıstanın Salonik limanlarının makedon gəmiləri üçün bağlanması ölkənin onsuz da bərbad vəziyyətdə olan iqtisadiyatını daha da tənəzzülə uğratmışdır.

Xarici siyasət sahəsində müstəqil Makedoniyanın qarşısında bir sıra vəzifələr dayanır.

1993-cü ildə dövlətin adı ilə bağlı Yunanıstanla əldə edilən kompromis qərar nə Skopyeni, nə də Afinanı qane edir. Albaniya ilə münasibət makedon albanları üzündən gərgin olaraq qalır. Serb kilsəsi makedon pravoslav kilsəsinin müstəqilliyini tanımır, bu isə dünya pravoslovları içərisində makedonların dini nüfüzuna zərər gətirir. Ölkə əhalisinin 67 faizə qədəri makedoniya pravoslav kilsəsinə, 30 faizi isə müsəlmanliğa inanır. Makedoniyada 1200 pravoslav məbədi və monastır, 425 məscid vardır. 1999-cu ildə Makedoniya ilə Bolqarıstan arasında mehriban qonşuluq prinsiplərini təsdiq edən birgə bəyannamə imzalanmışdır.

Makedoniya dövləti xarici siyasət xəttində NATO və Avropa İttifaqi ilə yaxınlaşmaq yolunu seçib. 1999-cu ildə Makedoniya öz ərazisində NATO qüvvələrinə YRİ-na qarşı hava hücumları təşkil etməyə icazə vermişdi. Makedoniya NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının fəal üzvlərindən biridir. Makedoniyanın hərbi qüvvələri koalisiyanın tərkibində İraq müharibəsində iştirak etmişdir.

Makedoniyanın Avropa İttifaqı ilə əlaqələri sıx inkişaf edir. Təsadüfi deyil ki, 1997-ci ildə Aİ Makedoniyanı Albaniya, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina ilə birlikdə qərbi balkan beşliyinə daxil etmişdir. 1999-cu ildə bu ölkələrə güzəştli siyasi və iqtisadi şərait təklif edilmişdir. Bunun ardınca Aİ cənubi-şərqi Avropa üçün sabitlik Paktın qəbul etdi ki, bu da möhkəm sülh və demokratik siyasi sistemi təmin etməklə azad bazar şəraitində regionun Avropa dövlətləri ilə yaxınlaşmasına şərait yaratmalıdır.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top