Milli sərvətinin 25%-ni itirmiş Böyük Britaniya üçün müharibə “zəfər və faciə” (U.Çörçill) ilə nəticələndi. 1945-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn leyboristlər bir sıra müəssisələri dəyəri sahibkarlara ödənilməklə milliləşdirdi. Yeni sosial sığorta sistemi yaradıldı və dövlət əhalini ölkə tarixində ilk dəfə pulsuz tibbi yardımla təmin etdi.
1951-ci ildə parlament seçkilərində qalib gələn mühafizəkarlar leyboristlərin iqtisadi və sosial sahədə həyata keçirdikləri siyasəti qismən dəyişdirdilər.
İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.
1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər.
Fransanın işğaldan azad edilməsi mərhələsində fransızların “xilaskar” adlandırdıqları general Şarl de Qollun başçılığı ilə Müvəqqəti hökumət təşkil olundu. Şarl de Qoll Fransanın əvvəlki qüdrətini bərpa etməyə ümid edirdi. O, hökumət dövlət aparatında çalışan satqın məmurlara qarşı irimiqyaslı təmizləmə işləri apardı. Dünyada ən mükəmməl sosial sığorta sistemlərindən biri Fransada yaradıldı. İşğalçılarla əməkdaşlıq etmiş sahibkarların mülkiyyətləri 1944–1946-cı illərdə müsadirə olundu, iqtisadiyyatın bəzi sahələrində isə müəssisələr mülkiyyətçiyə dəyəri ödənilməklə milliləşdirildi.
Müharibədən sonra viran qoyulmuş Almaniyanın mənəvi cəhətdən tamamilə düşkün vəziyyətdə olan əhalisi üçün ən vacib məsələ gündəlik qida və yaşayış yeri ehtiyaclarının təmin edilməsi idi. Ölkənin maliyyə sistemi iflasa uğramışdı. ABŞ siqaretləri qara bazarlarda əsas “valyuta” hesab olunurdu. Qaçqın düşmüş və deportasiya olunmuş almanların sayı 12 mln. nəfərə çatmışdı.
İkinci Dünya müharibəsindən sonra SSRİ-də Stalinin totalitar rejimi daha da gücləndi. Hər cür azadlıqların məhdudlaşdırılması, Kommunist Partiyasının diktaturası, iqtisadiyyat və mədəniyyət üzərində dövlət nəzarəti bu rejimin mahiyyəti idi. 1953-cü ildə Stalinin ölümündən sonra sovet cəmiyyətində tədricən yumşalma prosesi başladı.
Müharibə Sovet İttifaqına böyük iqtisadi zərbə vurmuşdu. Şəhərlər, kəndlər dağıdılmış, sənaye müəssisələri və kənd təsərrüfatı böyük zərər görmüşdü. Dördüncü beşillik planın (1946–1950) məqsədi ölkə iqtisadiyyatının bərpa edilməsi idi.
İkinci Dünya müharibəsində İran özünü bitərəf elan etsə də, şah hökumətinin Almaniya ilə yaxınlaşması onun ərazisinin 1941-ci ildə SSRİ və İngiltərə qoşunları tərəfindən işğal edilməsinə səbəb oldu. Rza şah devrildi və onun oğlu Məhəmməd Rza (1941–1979) şah elan edildi. Razılaşmaya əsasən, müharibə bitdikdən sonra bu dövlətlər qoşunlarını geri çəkməli idilər. Ona görə də ABŞ və İngiltərə qoşunları 1945-ci ildə İranı tərk etdilər. Lakin sovet qoşunları işğal bölgəsi olan Cənubi Azərbaycanda qalırdı. Cənubi Azərbaycan məsələsi Soyuq müharibənin başlanmasına təsir edən amillərdən biri oldu. Bu məsələ 1945-ci ildə yaradılmış BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilən ilk hadisə idi.
1991-ci ilin sonundan dünya xəritəsində tərkibində 89 subyekt, o cümlədən 21 muxtar respublika olan yeni dövlət — Rusiya Federasiyası meydana gəldi. Bu yeni dövlətin yalnız adı idi, qarşıda duran əsas vəzifə dövlətin və cəmiyyətin dəyişdirilməsindən ibarət idi. Əsaslı islahatların birinci mərhələsi yeni dövlətçiliyin formalaşması, sosialist plan iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsindən ibarət olub xronoloji cəhətdən 1992-1993-cü illəri əhatə edir. İqtisadi islahatlarla başlayan birinci mərhələ köhnə dövlət quruluşunun dağılması, sovet respublikalarının demokratik respublikalarla əvəz edilməsilə nəticələndi.
Müstəqil Belarus dövlətinin yaranması.80-ci illərin ortalarında 15 müttəfiq respublikanın, o cümlədən Belarusiyanın daxil olduğu SSRİ-də 270 milyondan çox insan yaşayırdı ki, onlar da 100-dən çox millət və xalqları təmsil edirdi. Ölkə rəhbərliyinin rəsmi iddiasına görə SSRİ-də prinsip etibarı ilə milli məsələ həll edilmişdir, respublikalar isə faktiki olaraq siyasi, sosial-iqtisadi və mədəni cəhətdən bərabər səviyyəyə çatmışdır. Ancaq rəsmi nöqteyi-nəzərdən fərqli olaraq ölkədə milli münasibətlər sahəsində çoxsaylı ziddiyyətlər mövcud idi. M.S.Qorbaçovun elan etdiyi aşkarlıq şəraitində bu ziddiyyətlər açıq münaqişələrə çevrildi. Bütün xalq təsərrüfatı kompleksin bürüyən böhran millətlərarası gərginliyi daha da dərinləşirdi.
Müstəqil Ukrayna dövlətinin yaranması.1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən yenidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümumiyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi.
Polşanın siyasi inkişafı.1989-cu il aprelin 17-də “Həmrəylik” təkrar qeydiyyatdan keçirildi. “Dəyirmi masa”nın işi qurtardıqdan sonra PBFP, müttəfiq partiyalar və müxalifət parlament seçkilərinə hazırlaşmağa başladı. Tərəflərin razılığına görə seymdəki mandantların 65 faizi hakim koalisiyaya (o cümlədən 37 faizi PBFP-yə ), 35 faizi müxalifət üçün nəzərdə tutulmuşdu. Senata seçkilər azad idi. 1989-cu ildə keçirilmiş parlament seçkilərinin iki turu müxalifətə böyük uğur qazandırdı. O, özünün bütün namizədlərini artıq birinci turda parlamentə keçirə bildi. Senatda isə 100 yerdən 99-nu tutdu. Seym və senatın birgə iclasında V.Yaruzleski ölkənin prezidenti seçildi.