Bu məqalə köhnə, məşhur, amma vacib qaydalara həsr olunub. Əgər bu qaydalara riayət etsəniz, ilbəil ticarətiniz yaxşılaşacaq. Bir az pis, bir az yaxşı, amma gəlir əldə edə biləcəksiniz. Bu qaydalar sadədir, amma ona riayət etmək elə də asan deyil.
Qədim qaydalar, amma düzgün qaydalar...
10 illik ticarət təcrübəmdə çox metodlar sınaqdan keçirmişəm və anladım ki sadə qaydalar hər şeydən yaxşı işləyir. Kimlərə ki, stoxastikin, orta dəyişən göstəricilərin, Fibonaççi səviyyələrinin və s. köməyi lazımdır, onların beynində o qədər amil hərlənir ki, rasional bir qərar verməkdə çətinlik çəkirlər. Bəzi göstəricilər “al” deyir, digərləri “sat” deyir. Üçüncüsü isə digər siqnallar ticarətə qoşulmağa işarə edənə qədər gözləməyi deyir. Bu şablon kimi səslənir, amma sadə ticarət metodları hər şeydən yaxşı işləyir!
1. Birinci və ən vacib qayda – buğa trendində almaq lazımdır. Bu çox sadə səslənir, amma gəlin yada salaq, çoxlarımız nə qədər birinci kəskin artımda qiymətin çox uzağa getdiyini zənn edərək tez satmağı fikirləşmişik. Məndə əvvəl də belə olub və düşünürəm gələcəkdə yenə belə edə bilərəm. Beləliklə biz buğa trendində alışdan əldə edə biləcəyimiz gəlirdən həzz almırıq. Reallıq ondan ibarətdir ki, nə qədər ki satırıq uduzuruq. Buğa trendində ya alış əməliyyatı ya da ticarət aparmamaq olar. Yadda saxlayın ki, ticarət pozisiyasının olmamağı da pozisiyadır!
2. Güclü olanı al, zəif olanı sat. Camaat adətən düşəndə almağa davam edir. Peşəkarlar isə qiymət kəskin qalxdığına görə alır. Fərq məntiqi görünməyə bilər, amma alış gücü işləyir. Bazarda sağ qalmaq qaydası – dibdə alış, pikdə satış deyil, qiymət qalxanda alış, enəndə satışdır. Bundan başqa portfeldə müxtəlif aksiyaları müqayisə edərkən ən güclü aktivləri al, ən zəifləri sat.
3. Ticarət elə başla ki, “kaş ki bu əməliyyat ilin ən potensial gəlirli əməliyyatı olardı”. Yaxş-yaxşı düşünülməmiş əməliyyat vermə. Ticarətə giriş və gözlənilməz vəziyyətlərdə ticarətdən çıxış planı 100 dəfə ölçüb biçilməlidir.
4. Əsas trendin əksinə birinci korreksiyada ticarətə əlavə elə. Buğa bazarında əvvəlki dəstəyi xırda otkatlarda əlavə olunun. Ayı bazarında müqavimətə doğru korreksiyada əlavə olunun. Birinci nöqtədə əlavə olunmaq üçün əsas hərəkətin 33%-50%-i korreksiya kimi və ya müvafiq Moving Average-i gözdən keçirin.
5. Səbrli ol. Əgər əməliyyatı buraxdınızsa — əməliyyat verməmişdən əvvəl korreksiyaları gözləyin.
6. Səbrli ol. Əgər bazara girmisinizsə, əməliyyatın özünü göstərməsinə və gözlədiyin gəliri verməsinə vaxt ver.
7. Səbrli ol. Köhnə məsəl “Hələ heç kim gəliri götürərkən müflis olmayıb” məsləhətlərin içində ən faydasız bənd ola bilər. Xırda gəlir – hesabın itirilməsinə doğru ən düzgün yoldur, hər halda mən belə düşünürəm. Xırda pullara heç vaxt böyük gəlirlərə çevrilmək nəsib deyil. Ticarətdə real gəlir – hər il 1,2 və ya 3 iri əməliyyatdan əldə olunur. Siz real gəlir əldə etmək üçün səbrli şəkildə gəlirli əməliyyatı saxlamaq bacarığını özünüzdə inkişaf etdirməlisiniz.
8. Səbrli ol. Əgər bazardasınızsa, əməliyyatın öz işini görməyinə imkan verin: bazardakı təsadüfi hərəkətlərin sona çatmasını gözləyin; digərlərindən daha tez gördüyün gəliri əldə etmək üçün gözləyin.
9. Gözləmə. Həmişə xırda və tez itkilər ən yaxşı itkilərdir. Əsas odur ki, bu kapitalın itirilməsi deyil! Mən deyərdim itkili əməliyyatda oturaraq itirilən balans şüurlu şəkildə uduzulan kapitaldır – bax bu vacibdir!
10. Heç vaxt uğursuz əməliyyata əlavə eləmə. Əgər alırsansa, yeni qiymət əvvəlki alış qiymətindən yuxarı olmalıdır. Əgər satırsansa, yeni qiymət əvvəlki satış qiymətindən aşağı olmalıdır. Bu qaydaya sorğu-sualsız riayət etmək lazımdır.
11. Xeyrinə işləyənə daha çox, planıvın əksinə işləyənə daha az yatır. Hər gün açıq poziyaları gözdən keçirərkən sərf eliyən yerdə pozisiyaya əlavə etmək, itkili və ya daha az gəlirlilik göstərən pozisiyaları isə bağlamaq lazımdır. Bu prinsip bazarın qədim müdrikliyindən irəli gəlir; “Gəlirin artmağına imkan ver”
12. Texniki və Fundamental faktorlar bir araya gəlməyənə qədər ticarət aparmayın. Bu qayda bir sıra texnikləri sıxma-boğmaya salacaq. Neyləyək! Mən izlədiyim sadə texniki qaydalarımın və fundamental tədqiqatlarımın bir tandemdə hərəkət etdiyinə əmin olmayana qədər ticarət aparmayacam. Onda mən dəqiq, əminliklə və səbrlə gəliri gözləyə bilərəm.
13. Tez bir zamanda əldə olunan itkilər gözlənilən itkilərə bərabər oldusa, ticarəti dayandırın. Bütün əməliyyatları bağlayın və bir neçə günlük ticarət aparmayın. Pulları geriyə qaytarmağa çalışmaq – təhlükəlidir və heç vaxt sizə şans verməyəcək.
14. Ticarət yaxşı gedəndə pozisiyanı artır. Hamımız bütün əməliyyatlarımız gəlirli olanda ən yaxşı dövlərimizi yaşadığımızı hiss edirik. Bu baş verəndə qətiyyətlə və daha çox ticarət apar.
15. Əməliyyata əlavə edəndə yalnız ¼ və ya ½, asanlıqla qəbul edəcəyin qədər çox əlavə elə. Yəni əgər 400 aksiyan varsa, 100 və ya 200 aksiyadan çox əlavə eləmə. Bu pozisiyanızın orta qiymətini keçdiyiniz yolun yarısından az hərəkətə gətirir. Bu yolla ortaq məxrəcə dəymədən 50% korreksiyaya dözməyə imkan verir.
16. Muzdlu əsgər kimi düşün. Biz bazar tərəfdə vuruşmaq istəyirik, yəni qalib gəlmək. Bazarın bəzi hərəkətlərində dibdə alaraq, pikdə sataraq fəxri ad xatirinə kapitalı və vaxtımızı boş yerə sərf etmək istəmirik. Bizim vəzifəmiz – qalib gələn qüvvələrin tərəfində vuruşmaqla pul qazanmaqdır. Əgər heç bir tərəf qalib gəlmirsə, biz onda ümumiyyətlə vuruşmamalıyıq.
17. Bazarların gücün sayəsində təpələri formalaşdırır; bazarlar sakir vəziyyətlərdə dibləri formalaşdırır.
18. Buğa hərəkətinin vaxtının son 10%-i qiymət hərəkətinin 50%-ini və ya daha çoxunu özündə cəmləşdirir. Bununla trendin ilk 50%-i 90% vaxtı əhatə edəcək və dəstək tələb edəcək. Son 50%-də ticarət aparmaq üçün də daha çətin olacaq.
Bu qaydalarda dahiyanə heç nə yoxdur. Bu sağlam düşüncədən başqa heç nə deyil, amma Volterin dediyi kimi: “Adi sağlam düşüncə — qeyri-adidir”. Ticarət – sağlam düşüncə biznesidir. Sağlam düşüncəyə qarşı ticarət aparanda uduzacağıq. Ola bilsin həmişə yox, amma əksər hallarda. Sadə ticarət apar. Çətin metodlarda və anlaşılmaz ticarət sistemlərindən yan qaç, yalnız əsas trend istiqamətində ticarət apar.