Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məh-sul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir; 1) istehsal edilmiş məhsulun həcmi; 2)qiymətlərin səviyyəsi.
Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni:
TR=QP
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə mü-əyyən edilir:
TR:Q
Lakin xalis inhisar və oliqopoliya bazarlarında gəlirin müəyyən edilməsinə yanaşmada müxtəliflik vardır. Belə ki, xalis inhisarçı daha çox məhsul satmaq üçün qiymətləri aşa-ğı salmalıdır. Qiymət satışın həcmindən asılı olan dəyişən kə-miyyət olduğu üçün, aşağıdakı bərabərliyi yazmaq olar:
TR = P (Q)Q
Inhisarçının orta gəliri isə belə müəyyən edilir:
TR / Q
Məhsulun reallaşdırıldığı orta qiyməti inhisarçının şəxsən özü müəyyən edir. Başqa sözlə, inhisarçı satışın həcmini artırmaqla qiymətləri dəyişdirir (aşağı salır). Deməli qiymət sabit kəmiyyət deyildir.
Inhisarçının son gəliri onun əlavə daha bir məhsul va-hidinin satışından əldə etdiyi əlavə gəlir deməkdir
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olu-nan göstəricilərdən biri də mənfəətdir.
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir.
Mənfəətin aşağıdakı növləri vardır: 1) iqtisadi və ya xalis mənfəət; 2) normal mənfəət.
Bazar iqtisadiyyatı şəraitində ən mühüm anlayışlardan biri iqtisadi və ya xalis mənfəətdir. Iqtisadi mənfəət dedikdə firmanın ümumi gəliri ilə ümumi xərcləri (daxili və kənar) arasındakı fərq nəzərdə tutulur.
Iqtisadi mənfəətin müəyyən edilməsi nə qədər sadə görünsə də, onu normal mənfəətdən və ya sahibkar gəlirin-dən fərqləndirmək lazımdır. Artıq əvvəllərdə göstərildiyi ki-mi, daxili və ya kənar ödəmə olub olmamasından asılı olma-yaraq kapitala görə ödənilən faiz məbləği və iqtisadi renta kimi sahibkarın mənimsədiyi normal mənfəət də istehsal xərclərinə daxildir. Bazar nəzəriyyəsinə uyğun olaraq bütün istehsal amilləri (əmək, kapital, torpaq və sahibkarlıq qabi-liyyəti) yeni dəyər yaradır, onun konkret formaları (əmək haqqı, faiz məbləği, renta və sahibkar gəliri) isə həmin mül-kiyyət sahiblərinin gəlirlərini təşkil edir. Beləliklə,
hər hansı bir sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və onu qoruyub saxlamaq üçün lazım olan mənfəət məbləğinə normal mənfəət deyilir. Normal mənfəət daxili xərclərin tərkib ünsürlərindən biridir. Normal mənfəət təmin olunmadıqda hətta bəzi hallarda muzdla işləməyə üstünlük verir.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi mənfəəti marksist siyasi iqtisaddakı üstəlik izafi dəyər anlayışı ilə mü-qayisə etmək olar. Lakin müasir bazar iqtisadiyyatı nəzəriy-yəsindəki üstəlik mənfəətin əmələ gəlməsi başqa cür aydın-laşdırılır. K.Marksın irəli sürdüyü üstəlik mənfəət məhsul vahidinin istehsalına sərf olunan xərclərin azaldılmasına imkan verən ən yeni texnika və mütərəqqi texnologiyaları tətbiq edən kapitalistin əldə etdiyi izafi dəyərdir. Əmtəələri az xərclə istehsal edən və bazar qiymətləri ilə reallaşdıran firmalar digər istehsalçılara nisbətən üstəlik mənfəət əldə edirlər ki, onun da mənbəyi muzdlu işçilərin əməyidir.
Inhisar mənfəəti ehtiyatlardan istifadə olunması və ya təbii ehtiyatların məhdudluğu şəraitində məhsullara yüksək inhisar qiymətinin müəyyən edilməsi nəticəsində əldə edilə bilər. Ehtiyatlardan istifadə olunması ilə əlaqədar məhdu-diyyətlərə patent və lisenziyaları misal göstərmək olar. Bu, imkanlı şirkətlərin yeni texnika və texnologiyalardan başqa-larının istifadə etməmələri üçün təzyiq göstərmələri for-masında həyata keçirilir. Təbii ehtiyatların məhdudluğuna gəldikdə, çox nadir ehtiyatları çox az olan nadir resurslar öz sahibinə yüksək mənfəət, renta, faiz və əmək haqqı əldə etmək imkanı verə bilər.
Beləliklə, mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisi olduğuna görə hər bir hüquqi və ya fiziki şəxs onun artırılmasına xüsusi diqqət yetirir və bu məqsədlə müxtəlif vasitə və yollardan istifadə edir. Görün-düyü kimi, mənfəət uğrunda mübarizə aparmaq və onu artırmaq üçün müxtəlif üsullardan istifadə etmək istehsalı təşkil edən hər bir sahibkarın başlıca məqsədidir. Və buna əsasən demək olar ki,
mənfəət iqtisadi mexanizmdə çox mühüm rol oynayır. Bu isə onun yerinə yetirdiyi vəzifələrdən irəli gəlir.
Mənfəətin başlıca vəzifələrindən biri, onun istehsal-da əmək məsrəflərinə qənaət edilməsinin ölçüsü olmasıdır. Bu, mənfəətin digər vəzifələrinin yerinə yetirilməsi üçün əsasdır. Çünki mənfəət əməyə qənaət olunduqda–əmək məhsuldarlığı yüksəldikdə, buraxılmış məhsulların hər va-hidinə çəkilən xərc aşağı salındıqda, kapitalverimi artırıl-dıqda–mümkündür. Mənfəətin kütləsinə təkcə əməyə qəna-ət edilməsi deyil, istehsal olunan və satılan məhsulların həcmi də təsir göstərir. Buna isə həm işçilərin sayının artı-rılması (ekstensiv amil), həm də əmək məhsuldarlığının yüksəldilməsi (intensiv amil) yolu ilə nail olmaq mümkündür.
Mənfəətin artırılmasının ikinci amilindən istifadə edilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Çünki işçilərin sayının artırılması müəyyən həddə qədər mümkündür, digər tərəfdən isə əmək məhsuldarlığının yüksəldilməsi, həm də istehsal olunan məhsulların miqdarının artırıl-masına və onların istehsalına çəkilən xərclərin aşağı salın-masına imkan verir.
Mənfəət həmçinin, yalnız kommersiya hesablı mü-əssisələrin kollektiv iqtisadi mənafelərini deyil, həm də ümumxalq mənafelərini ifadə edir. Deməli, onun hamısı müəssisənin sərəncamında qala bilməz, bir hissəsi ümum-dövlət pul vəsaitləri fonduna daxil olmalıdır. Bununla əlaqədar olaraq mənfəətin ikinci vəzifəsi–ehtiyatların alterna-tiv istehsal növləri arasında, habelə milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirmək vəzifəsi meydana çıxır. Başqa sözlə, mənfəət milli gəlirin dövlət büdcəsi vasitəsilə bölgüsü və yenidən bölgüsü, ehtiyatların istehsal sahələri arasında bölüşdürülməsü vəzifəsini yerinə yetirir.
Ölkəmizdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar mənfəətin bölgü funksiyasında müəyyən dəyişik-liklər baş vermişdir. Bu, öz ifadəsini hər şeydən əvvəl müəs-sisələrin əldə etdikləri mənfəətdən dövlətə verdikləri vergi-də tapmışdır.
Mənfəətin vəzifələrindən biri də stimullaşdırmadır. Bu, onun ilk iki vəzifəsi ilə ələqadardır. Mənfəətin bu vəzifəsi öz əksini onun müəyyən nisbətdə bölüşdürülməsin-də, cəmiyyətin və müəssisələrin mənafelərinin düzgün əla-qələndirilməsində tapır. Mənfəət cəmiyyətlə müəssisə arasında düzgün bölüşdürüldükdə əməyə qənaət olunur, istehsal xərclərinin azaldılması, istehsalın nəticələrinin yaxşılaşdırılması üçün kollektivdə stimul yaranır.
Dəyər kateqoriyası olmaqla, mənfəətin müəyyən çatışmazlıqları da vardır. Bunlardan biri ondan ibarətdir ki, mənfəətin artırılması iqtisadiyyatda istehsal şəraitinin dəyişməsi nəticəsində baş verə bilər. Başqa sözlə, mənfəət, qiymətlərin artması nəticəsində artırsa, bu, istehsalçı müəs-sisələrdə mənfəətin süni surətdə çoxalmasına, istehlakçı müəssisələrdə isə, əksinə, azalmasına səbəb olacaqdır. Bu isə o deməkdir ki, mənfəət müəssisələrin işinin səmərəliliyi göstəricisi kimi onu təhrif edəcəkdir.
Mənfəət, müəssisə qiyməti daha yüksək olan məh-sulların istehsalına «meyl» göstərdiyi hallarda da yanlış tə-səvvür yaradır
Mənfəət firmaların işini ifadə edən başlıca göstəri-cilərdən olduğuna görə onun artırılması amillərinin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Mənfəətin artırılmasına istehsal amilləri (əmək məhsuldarlığı, istehsal sahələrində çalışan işçilərin sayı, iş gününün uzunluğu, investisiya ehtiyatlarından istifadə dərəcəsi, istehsalın üzvi quruluşu və i. a.), bölgü (məsələn, əmək haqqının artım sürəti) və mübadilə şəraiti də (qiymətlərin səviyyəsi, təklifin tələbə nə dərəcədə uyğun gəlməsi və i.a.) təsir göstərir. Lakin bunların içərisində istehsal amilləri həlledici rol oynayır. Digər amillərə gəldikdə, onlar mənfəətin kəmiyyətinə yalnız pul ifadəsində təsir göstərə bilər. Çünki bölgü və mübadilə mərhələsində nə dəyər, nə də istehlak dəyəri yaranmır.
Müasir elmi-texniki inqilab şəraitində mənfəətin artırılmasında başlıca rolu əmək məhsuldarlığının yüksəl-dilməsi oynayır.