Balkanlardan Anadoluya türk köçləri | Mora dəhşətləri 2

Balkanlardan Anadoluya türk köçləri | Mora dəhşətləri 2

Mora dəhsətləriMustafa Kamal Atatürk: “Milli həyatımızda yeddidən yetmişə, hamımızın bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını dünya durduqca içimizdən çıxara və unuda bilməyəcəyimiz milli fəlakət günlərimiz də var… 1877-ci il Rusiya ilə müharibədən sonra böyük köçlər… Türkün Avropadan kökünü kəsmək məqsədi ilə xortlayan xaçlı zehniyyətinin təsiri altında türklərə qarşı həyata keçirilən kütləvi qətliamlar… 1912-ci il Balkan savaşları və türklərə rəva görülən zülmlər… Tarixin bu acı mirasları hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər yadda saxlanmalıdır. Millətimizin qəlbində intiqam hissi olmalıdır. Bu hansısa bir intiqam deyil, onun həyatına, yaşamasına, rifahına düşmən olanların xain əməllərinin qarşısını alacaq, onu təcrid edəcək bir intiqam olmalıdır”. Yunanların vəhşiliyini əks etdirən bəzi faktlara diqqəti cəlb etmək istəyirik. Bunlardan biri türklərin yunanlar tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi Tripoliçe qəsəbəsi ilə bağlıdır. Tanınmış tarixçi Allison Filips yazır: “Tripoliçe qəsəbəsində yunanlar 3 gün 3 gecə türkləri qırdılar. Onlardan bəziləri qaçmağa çalışırdılar. Ancaq yunanlar qətliamdan sağ qalanları ələ keçirdilər. Onların sayı 2000 nəfər idi. 2000 nəfərin hamısını yaxın dağlardakı dərələrə apardılar. Burada onları qoyun kimi bir-bir kəsdilər”.
 
 

O dönəmdə Yanyada yaşayan bir yunan əczaçısı isə türklərə verdikləri işgəncələrdən fəxrlə belə yazır:” Hər gecə ələ keçirilən türk qızlarını işgəncə ilə öldürürdük. Bu bizi nəşələndirirdi. Həmən vaxt mən türk müştərilərimin qapılarını döyərək onları himayə edəcəyimi bildirdim. Onlar da məni Osmanlı dostu hesab edib, qızıl-gümüşlərini və pullarını yığaraq evimə gəldilər. Onlar içəri daxil olanda dərhal qapını bağladım. Əvvəldən dəvət etdiyim əlisilahlı adamlarımla birlikdə evimə qonaq kimi gəlib, himayəmə sığınan türk kişilərindən 9-nu tutaraq su quyusuna saldıq və burada onları boğub öldürdük. Sonra qadınları  oynamağa məcbur etdik. Onlardan biri yüzbaşı arvadı idi. O, hamilə idi, oynamaq istəmirdi. Ona görə də onun qarnına təpiklə zərbələr endirdim. Onun yerə düşən uşağını isə yumurta kimi əzib məhv etdim”. (“Rumeli Muhacirini İslamiyə Cəmiyyəti Dərgisi”ndən)…

 Türklərə qarşı həyata keçirilən qətliamlarda iştirak edən digər bir yunan isə xatirə dəftərində yazır: “Uşaqlar, qadınlar süngülərimizin parıltısını görən kimi dərhal xaçı öpərək xristianlığı qəbul edirdilər. Xristianlığı qəbul etməyən bütün türklərin isə başını bədənlərindən ayırırdıq. Qarşımıza çıxan bütün minarə və məscidləri dinamitlə havaya uçururduq. Amma əlimizə keçən türk hərbi əsirlərini öldürməyə Almaniyadan gələn qəzet müxbirləri mane olurdular. Ona görə də əsirləri öldürmək üçün düşünərək yeni bir üsul tapdıq.  Onların yeməklərinə  zəhər qatırdıq. Nəticədə, əzablar içində ölürdülər. Alman qəzetçilər isə onların nədən belə əzablarla ölməsindən baş tapmırdılar. Eyni zamanda yunanlar işləyən mağazalara çoxlu sayda içərisində tif, vəba və digər xəstəlik törədən mikroblar olan şüşə qablar paylamışdıq. Yunan baqqallar mağazalardan alver edən türklərin aldıqları ərzaq məhsullarına bu mikroblardan qatırdılar. Nəticədə, onlar  yoluxucu xəstəlikdən ölürdülər. Türk uşaqlarına şəkər satan zaman onların içinə vəba xəstəliyinin mikroblarını əlavə edirdik. Nəticədə, onlar kütləvi şəkildə dünyalarını dəyişirdilər. Xəstəlik olan məhəlləni isə dərhal mühasirəyə alırdıq və oraya alman qəzetçiləri buraxmırdıq. Onlara həkim yardımına icazə vermirdik. Onlar da xəstəlikdən ölürdülər. Bir məhəlləyə hücum etdik. Oradakıların bəziləri əlimizdən qaçaraq bir məscidə sığındılar. Biz məscidi mühasirəyə alaraq onu yandırdıq. Yanğından xilas olmaq istəyənləri isə süngüdən keçirdik və bundan çox nəşələndik”.(“Rumeli Muhacirini İslamiyə Cəmiyyəti Dərgisi”ndən)

Bu, əsl vəhşilik idi və bunu özünü insan adlandıran adamların həyata keçirdiklərinə inanmaq çətindir.  Əlbəttə, bu qırğınların arxasında yunanlarla yanaşı, Qərb dövlətləri də dayanırdılar. Çünki məhz onların Osmanlı əleyhinə yunanları qaldırmaları və silahlandırmaları sonuncuların insanlıq simasını itirərək vəhşiləşməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, bu gün dünyada tanınmış şair kimi qələmə verilən ingilis şairi Bayron da məhz bu vəhşi qətliama nəinki dəstək vermiş, həm də yunan quldur dəstələrinə qoşularaq qırğınlarda birbaşa iştirak etmişdi. Sonra da o, İngiltərəyə qayıdandan sonra yunan vəhşiliklərini və türk qətliamlarını “azadlıq mübarizəsi” kimi tərənnüm etmişdi. Təsadüfi deyil ki, türklərin başına gətirilən bu zülmlər, onların yaşadıqları ağrılar, tarix boyu unudulması mümkün olmayacaq qətliamlarla bağlı böyük öndər Mustafa Kamal Atatürk sonralar belə demişdi: “Milli həyatımızda yeddidən yetmişə, hamımızın bilməsi vacib olan zəfər günlərimiz olmaqla bərabər, ağrısını dünya durduqca içimizdən çıxara və unuda bilməyəcəyimiz milli fəlakət günlərimiz də var… 1877-ci il Rusiya ilə müharibədən sonra böyük köçlər… Türkün Avropadan kökünü kəsmək məqsədi ilə xortlayan xaçlı zehniyyətinin təsiri altında türklərə qarşı həyata keçirilən kütləvi qətliamlar… 1912-ci il Balkan savaşları və türklərə rəva görülən zülmlər… Tarixin bu acı mirasları hər türkün qəlbində qalmalı, unudulmamalı və əbədiyyətə qədər yadda saxlanmalıdır. Millətimizin qəlbində intiqam hissi olmalıdır. Bu hansısa bir intiqam deyil, onun həyatına, yaşamasına, rifahına düşmən olanların xain əməllərinin qarşısını alacaq, onu təcrid edəcək bir intiqam olmalıdır” (16.3.1923-ci il).

Qərbdən aldığı yardımlar nəticəsində yunanların vəhşiliyi və zülmü 1912-ci ildə baş verən Balkan savaşları zamanı da davam etdirildi. Budur, yunanların daha bir vəhşiliyini göstərən fakt: “Əsir alınan 7 türk zabitindən altısını tapançamla bir-bir qətlə yetirdim. Onlardan birini Salonikdən tanıyırdım. Ona görə də onu 3 gün ac və susuz saxladım. Sonra bir qolunu kəsdim, bir gözünü isə çıxardım. Ancaq mişarla ayaqlarını kəsdiyim zaman öldü.30 nəfər əsir türkü isə bataqlıqda boğdurdum. Türklərin cənazələrindən, sümüklərindən və qanından bir Bizans yaranacaq”.(Yunan generalı Midilli mərkəz ordusunun komandanı  Aleksandrın məktublarından.)
     

 Biz etik səbəbləri nəzərə alaraq, yunanların türk qadınlarına, uşaqlara qarşı həyata keçirdikləri on minlərlə digər vəhşilikləri əks etdirən faktları verə bilmirik...  Məsələdən uzaqlaşmadan onu da deyək ki, yunanların türkləri qətlə yetirməsi prosesi Balkan savaşı və ondan sonrakı I Dünya müharibəsindən sonra da davam etdi. Bu dəfə Osmanlının I Dünya savaşında məğlub olmasından istifadə edən yunanlar Anadoluya qoşun çıxardaraq, on minlərlə insanı qətlə yetirdilər. Necə deyərlər, Morada başlanan türk qətliamı 98-100 il sonra bu dəfə Anadoluda daha dəhşətli şəkildə davam etdirildi. Amma bu dəfə böyük öndər Mustafa Kamal Atatürk yunanlara qarşı xalqı birləşdirə bildi. Onun komandanlığı altında yunanlara ağır zərbələr vuruldu və yunan cəlladları Anadoludan qovuldu. Amma hələ də o dövrdə Yunanıstanda türklər, Anadoluda da yunanlar yaşamaqda idi. Ona görə də gələcəkdə etnik zəmində qırğınların qarşısını almaq məqsədi ilə əhalinin yerdəyişməsi barədə razılığa gəlindi. 1923-cü ildə baş verən ilk əhali mübadiləsində 500 min nəfər türk Yunanıstandan Anadoluya deportasiya edildi. 1952-1969-cu illərdə isə Yunanıstandan daha 25 min nəfər türk Anadoluya köçmək məcburiyyəti qarşısında qaldı.
Bu gün Qərbi Trakiyada yunan əsarəti və zülmü altında yaşamağa məcbur olan türklər arasında az-az da olsa Anadoluya köç davam etməkdədir. Heç kim zəmanət verə bilməz ki, sabah onlar da yunanlar tərəfindən eyni qətliama məruz qalmayacaqlar.
Digər tərəfdən də, Yunanıstanda və Balkanlarda baş verən bu qətliamların öyrənilməsi və unudulmaması, bu faciənin arxasında kimlərin  dayanmasının yadda saxlanması hər bir türkün, hər bir müsəlmanın müqəddəs borcu olmalıdır. Çünki İslam ölkələrinə Qərbin yeni xaç yürüşləri məhz Moradan — Yunanıstandan başladı.

Top