Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti bir dövlət kimi yox olmaq təhlükəsi qarşısında qalsa da, türk xalqının azadlıq mübarizəsi nəticəsində Türkiyə Respublikası quruldu. Bu dövlətin yaradıcısı sayılan Atatürkün ölkədə yeritdiyi Qərbə meyilli siyasət nəticəsində qısa müddət ərzində geridəqalmış yarımfeodal dövlət üzərində müasir Türkiyənin təməli qoyuldu.
Birinci Dünya müharibəsi Osmanlı dövlətinin dağılması ilə nəticələnərək türk xalqını milli faciə qarşısında qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığına görə sultan hökuməti Antanta dövlətləri qarşısında təslim oldu.