Bulqar sözünün mənası “qarışmaq” deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən son-ra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı.
Bulqar-Türk dövlətinin qurucusu Asparux (643-701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu. 681-ci ildə Bizansla Asparux xan arasında sülh müqaviləsi bağlandı.
Qeyd:Bulqar-Türk dövlətinin paytaxtı əvvəlcə Pliska sonra isə Preslav şəhəri olmuşdur.
Krum xanın dövrü (803-814)
Krum xana aiddir:
* Frankların və Bizansın məğlub edilməsi;
* Konstantinopolun mühasirəyə alınması (814-cü il);
* “Krum xanın qanunları”nın tərtib edilməsi.
Qeyd: Omurtaq xanın dövründə dövlət öz qüdrətini saxlasa da Boqoris xanın dövründə zəifləməyə başladı. O, 864-cü ildə xristianlığı qəbul etdi. Beləliklə, slavyanlaşan bulqarlar öz varlıqlarını itirdilər.