Osmanlı dövlətinin qurucusu qayı boyuna mənsub olan Osman bəy olmuşdur. Osman bəy Əskişəhər-İraq yolunu ələ keçirərək Konya sultanlığına son qoyur. 1299-cu ildə Osmanlı dövləti qurulur. 1314-cü ildə Osman bəy Bursa şəhərini mühasirəyə alır.
I İldırım Bəyazidin dövrü (1389-1402) * Albaniya və Bosniyanın bir hissəsinin tutulması; II Muradın dövrü (1421-1451) II Mehmetin dövrü (1451-1481) I Səlimin dövrü (1512-1520) I Süleyman Qanuniyə (1520-1566) aiddir: İdarə sistemi İnzibati bölgü Torpaq mülkiyyəti Vergilər Mədəniyyət
Orxan Qazinin dövrü (1326-1359)
Orxan Qaziyə aiddir:
* Bursanın fəth edilməsi (1326-cı ildə Bursanın fəthi Osamanlı tarixinin dönüş nöqtəsi qəbul olunur);
* Bursanın paytaxt olması (1329-cu il);
* Mərmərə dənizinin Anadır hissəsinin tutulması;
* Ölkənin vilayətlər və dairələrə bölünməsi;
* Maltəpə döyüşünün baş verməsi (1329-cu il bu döyüş nəticəsində Nikeyr şəhəri tutuldu);
* Nikomediya çəhərinin tutulması (1337-cü il);
* Gelibolu və ətrafdakı Bizans qalalarının tutulması (1354-cü il).
Sultan I Muradın dövrü (1359-1389)
Sultan I Murada aiddir:
* İlk dəfə sultan titulunun qəbul edilməsi;
* Ədirnənin paytaxta çeilməsi (1361-ci il);
* Bizans və Bolqarıstanın asılı hala salınması (1370-ci il);
* Çirmən döyüşündə Serbiyanın məğlub edilməsi (1371-ci il);
* I Kosova döyüşündə Serbiyanın məğlub edilməsi (1389-cu il);
* I Kosova döyüşündə çar Lazarın öldürülməsi (1389-cu il).
I İldırım Bəyazidə aiddir:
* Niqbolu döyüşündə Avropa səlibçilərinin məğlub edilməsi (1396-cı il);
* Bolqarıstanın tamamilə tutulması;
* Anadoluhisar qalasının tikilməsi;
* Ankara döyüşündə Əmir Teymura məğlub olması (1402-ci il).
II Murad Osmanlı dövlətinin əvvəlki qüdrətini bərpa etdi. 1444-cü il Varna döyüşündə II Murad çex-macar ordusunu məğlub etdi. 1448-ci il II Kosova döyüşündə səlibçilər məğlub edildi.
II Mehmetə aiddir:
* Konstantinopolun fəth edilməsi (1453- cü il);
* Bizansın süqutu (1453-cü il);
* “Fateh” adını alması;
* Avropanı Asiya ilə birləşdirən ticarət yollarının tutulması;
* Moreya knyazlığı və Afina hersoqluğunun tutulması;
* Moldova və Valaxiyanın asılı hala salınması;
* Albaniyanın tabe edilmsi (1479-cu il);
* Venesiya ilə sülh müqaviləsinin bağlanması (1479-cu ildə bağlanmış bu müqaviləyə əsasən Egey dənizindəki adalar Osmanlıya verilirdi. Venesiya Osmanlıya hər il xərac verməli idi).
I Səlim 1516-ci ildə Hələb, Dəməşq və Fələstin tutdu.1518-ci ildə isə I Səlim Suriya, Hicaz və fələstini ələ keçirir. 1518-ci ildə İspan donanmasını məğlub edən Osmanlı Əlcəzairi ələ keçirir.
I Süleyman Qanuninin dövrü (1520-1566)
* Belqradın tutulması (1521-ci il);
* Moxaç döyüşündə çex-macar ordusunun məğlub edilməsi (1526-ci il);
* Vyananın mühasirəyə alınması (1529-cu il);
* Tripoli və Tunisin tutulması ilə bütün Şimali Afrikanın Osmanlıya tabe edilməsi;
* Fransa ilə “Sülh, dostluq və ticarət” müqaviləsinin bağlanması (1535-ci il);
* İlk dəfə Fransaya “kapitulyasiya” verilməsi.
Ordu
* Akıncı-atlı feodal qoşunu;
* Yeniçəri-qeyri müsəlmanlardan toplanmış hərbi dəstə.
* Sultan-qeyri-məhdud hakimiyyətə ma-lik idi;
* Baş vəzir-siaysi işlərə rəhbərlik edirdi;
* Dəftərdar-maliyyə işlərinə rəhbərlik edirdi;
* Divan-ali məsləhət şurası idi;
* Paşa-paşalığı idarə edirdi;
* Sancaqbəyi-sancaqlığı edirdi.
Osmanlı dövləti XV II yarısında Anadolu və Rumeli bəylərbəyliklərinə bölünürdü. Rumeli bəylərbəyinə Avropadakı torpaqlar, Anadolu bəylərbəyinə isə Anadolu torpaqları daxil idi.
* Xass-sultan ailəsinə məxsus idi;
* Mülk-şəxsi torpaqlar;
* Vəqf –dini torpaqlar;
* Timar-maaş əvəzinə verilən tor-paqlar;
* Ziyamət-Şəxsi torpaq idi.
Osmanlı dövlətində bütün vergi verən əhali reaya adlanırdı. Müsəlman əkinçilər aşar, müsəlman olmayanlar isə ispəncə vergisini ödəyirdilər.
Osmanlı dövlətində Fateh, Bəyazid, Səlimiyyə, Süleymaniyyə məscidləri və Çinili köşk, Torqapı və Fənərbaxça sarayları inşa edilmişdir. Ən məhşur Osmanlı memarı Sinan Xoca olmuşdur.