Göytürk imperatorluğu

Göytürk imperatorluğu

Göytürk dövlətinin yaranması. Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanınqızına elçi göndərdi. O isə «sən mənim filiz əridənimsən» deyib qızını Bumin xaqana vermədi. Bumin xaqan 552-ci ildə jujan xanının üzərinəhücum edib onu məğlub etdi və I Göytürk dövlətini yaratdı. Bumin xaqan özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. Dövlətin paytaxtı Onon çayı sahilində Ötükən idi. Bundan sonra hunlar türk adlandırıldı. «Göytürk»mürəkkəb sözündəki «göy» sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
I Göytürk dövlətinin qüdrətli dövrü Muğan onun qardaşı oğlu İstəmi xaqanın zamanına təsadüf edir. Muğan xaqan cəsur və qəddar bir adam idi. O, yenidən baş qaldırmış jujanları məğlub etdi və onları Çin səddindən o tərəfə qovdu. Çin türklərdən asılı vəziyyətə düşdü. İstəmi xaqanın başçılığı ilə göytürklər 555-ci ildə qərbə hərbi səfər etdi,Aral gölünə çatdı, Mərkəzi Qazaxıstanı, Yeddisunu, Xarəzmi ələ keçirdi. O, Aralın şimalında alanların, indiki macarların əcdadları uqorların ciddi müqavimətinə rast gəldi. 558ci ildə türklər həmin qəbilələri məğlub edərək İdilə (Volqaya) çatdılar.
İrana gedən türk elçilərinin eftalitlər (ağ hunlar) tərəfindən öldürülməsindən sonra, yenidən onların hücumları Mərkəzi Asiyaya yönəldi. Onlar hücum edərək ağ hunları ağır məğlubiyyətə düçar etdilər. Eftalitlər məğlub edildikdən sonra göytürklər sasanilərin eftalitlərə verdikləri vergini tələb etdilər. I Xosrov bunu qəbul etmədi. 568-ci ildə göytürklər Amudəryanı keçərək Curcandakı ticarət şəhərlərini və limanları tutdular. Lakin Sasanilərin eftalitlərə qarşı çəkdikləri səddi keçə bilmədilər və Soqdianaya qayıtdılar.
Türklərin Qərbə yürüşü. 571-ci ildə Sasanilərlə bağlanılan müqaviləyə görə, Soqdiana onlara verildi. 571-576-cı illərdə türkorduları bütün Şimali Qafqazı ələ keçirdi, Don və Qara dəniz sahilində Bizans sərhədinə çatdılar. 576-cı ildə Bizansa hücum etdilər, lakin Krımı tuta bilmədilər. Göytürklər Şimali Dağıstanın dağətəyi ərazisində məskunlaşdılar. Onun sərhədləri şərqdə Koreya körfəzinə, qərbdə Xəzər dənizinə, cənubda Qumlu səhraya, şimalda Şimal dənizinə çatırdı.
576-cı ildə İstəmi xan öldü, onun varisləri dövləti yaxşı idarə edə bilmədilər. Onlar Çinlə yaxınlaşdılar, buddizm dinini himayə etdilər, xalq bundan narazı oldu. 588-ci ildə I Göytürk imperatorluğu mərkəzi Monqolustan olan Şərqi Göytürk, mərkəzi Yeddisu olan Qərbi Göytürk dövlətinə parçalandı.
Türklər Çin əsarətində. VII əsrin əvvəllərində Şərqi Göytürk dövləti dərin böhran keçirirdi. Bundan istifadə edən çinlilər göytürkləri özlərindən asılı salmağa başladılar. Qara xaqanın vründə çinlilərin hücumları genişləndi. 634-cü ildə Qara xaqanı xəyanət yolu ilə əsir alıb Çinə apardılar. Həmin il Şərqi Göytürk imperiyasının birinci qolu süqut etdi. 658-659-cu illərdə çinlilər Qərbi göytürklər üzərində də qələbə çaldılar. Türklər Çinin əsarəti altında da mübarizəni dayandırmadılar. Kur Şadın başçılığı altında üsyan qaldırdılar, lakin məğlub oldular.
II Göytürk imperatorluğunun yaranması. Türklər çinlilərə qarşı mübarizəni bir an da dayandırmadılar. 682-ci ildə türk sərkərdəsi Kutluğun başçılığı altında üsyan başlandı. Üsyançılar Ötükən şəhərini tutdular. Həmin il İkinci Göytürk (682-744)imperatorluğu yarandı. Kutluq xaqan elan edildi. Ona İltəriş, yəni «eli qurtaran» adı verildi. İltəriş Çin qızı ilə yox, İlbilgə adlı türk qjzı ilə evləndi. Ordunu möhkəmləndirdi. Türk alimi Tonyukuku vəzir təyin etdi. 692-ci ildə İltəriş öldü. Onun qardaşı Qapağan xaqan hakimiyyətə gəldi. 697-ci ildə kidantayfalarını məğlub etdi. Qapağan xaqan ordunu möhkəmləndirdi, ölkənin iqtisadiyyatını canlandırdı, Mərkəzi Asiya türklərini vahid dövlətdə birləşdirməyə çalışdı. Çin məğlub edildi, göytürklərdən asılı oldu. Göytürklər Sakit okeana qədər irəlilədilər.
709-cu ildə Bilgə xaqanın komandanlığı altında qırğızqəbilələri məğlub edildi. 711-715-ci illərdə qarluqlar üzərində qələbə çaldı. 716-cı ildə Qapağan xaqanı oğuzlar öldürdü. İltərişin oğlu Bilgə (716-734) xaqan, qardaşı Gültəkin ordu komandanı, Tonyukuk baş vəzir oldu. Bilgə xaqanın əsas fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi. II Göytürk imperatorluğunun ərazisi şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinə və Krımın şərqinə, şimalda Sibir buzlaqlarına, cənubda Kəşmirə çatırdı. 726-cı ildə Tonyukuk öldü. 731-ci ildə Gültəkin Doğuz oğuzlarla döyüşdə həlak oldu. 734-cü ildə Bilgə xaqanı zəhərləyib öldürdülər. Hər üç türk dahisinin qəbiri üzərində abidə qoyulmuş, bu abidələr dövrümüzə qədər gəlib çıxmışdır. II Göytürk imperiyası 744-cü ildə dağıldı.Ötükəndə Uyğur dövləti yarandı.
Göytürk imperiyasının sosial-iqtisadi quruluşu. Göytürklərin dövlətçilik ənənələri var idi. Xaqanın gələcək varisi yabqu titulu daşıyırdı. Yabqu vilayətləri idarə edirdi. Xaqan ailəsinin üzvü olan şahzadələr tigin titulu daşıyırdılar. Qəbilə və tayfa başında bəy, xan, buyruq və s. titulları daşıyanlar dururdular.
Türklərdə əhali budun (xalq) qara budun təbəqələrinə bölünürdü. Azad kişilər döyüşçü sayılırdılar. Göytürklərin əsas məşğuliyyəti köçəri maldarlıq idi. Onlarda dəmirçilik peşəsi geniş yayılmışdı. Çindən və Mərkəzi Asiyadan gətirilən qullar əsasən çobanlıq edir, ev sənətkarlığında çalışırdılar. Türklərdə şəhərlər «balıq» adlanırdı.
Top