Sepsis

Sepsis

Sepsis — şərti-patogen bakterial flora tərəfindən törədilən, generalizə olunmuş (yayılmış) irinli-iltihabi xəstəlikdir. Tran- zitor və ya birincili immundefisit fonunda güclü iltihabi reak­siyanın inkişafı nəticəsində müşahidə olunur.

Etiologiya

Sepsisin yaranmasında 30-dan çox mikroorqanizmlərin rol oynadığı göstərilir. Bunların içərisində ən çox təsir göstərən amillərə aşağıdakılar aiddir:

  • Bətndaxili infeksiyalar
  • Hamilə qadının 12 saat davam edən susuzluq dövrü
  • Qrammənfi bakteriyalar — göy-yaşıl irin törədən mik­roblar, bağırsaq çöpləri, klebsiellar, proteylər və s.
  • Qrammusbət bakteriyalar — həm qızılı (st.aureus\ həm epidermal stafilakokklar (st.epidermidis), həm də B qrup strepto- koklar.
  • Postnatal dövrdə nozokominal infeksiyalar (pseudomo­nas, albicans və s.) rol oynayır.
  • Mikst (qarışıq) infeksiyalar (bir neçə mikrobun iştirak etməsi).

Patogenez

İlk olaraq infeksiyanın daxil olduğu yerin iltihablaşması baş verir. Bu septiki ocaq mikrobun və onun hasil etdiyi toksin- lərlə birlikdə bir çox orqan və sistemlərin funksiyasını pozaraq, onların distrofik və degenerativ dəyişikliklərinə səbəb olur.

İkinci mərhələ -bakteriemiya mərhələsidir.Bu mərhələdə qanın bakteriosid faktorlarının təsiri nəticəsində orqanizmin reaktivliyinin artması müşahidə edilir.

Üçüncü mərhələ-immunoloji mərhələ adlandırılır. Bu mərhələdə ifraz olunmuş antitoksinlərə cavab olaraq spesifik anticisimlər əmələ gəlir ki, bu isə orqanizmin reaktivliyinin spe­sifik dəyişilməsinə gətirib çıxarır.

Klinika

Klinik olaraq sepsis 2 formada müşahidə edilir:

  • Septisemiya - intoksikasiya əlamətləri, tənəffüs sistemin­də, ürək-damar sistemində, hemostazda (dekompensasiya olun­muş asidoz) pozuntularla, hemorragik sindromla özünü göstərir. Bununla yanaşı, əzginlik, adinamiya, dərinin rənginin bozumtul- ağ olması, qarnın uzərində venoz torun olması əlamətləri də qeyd edilir. Bədən hərarəti dalğavari (hipotermiya və subfebrilitetdən başlayaraq hipertermiya və hektik hərarətə qədər)xarakter daşıyır. Bu formada baş vermiş güclü toksikoz əlamətləri irinli ocaqların olmaması zamanı yaranır.
  • Septikopiemiya -klinik olaraq kəskin intoksikasiya ilə yanaşı, uşaqda irinli ocaqlar da müşahidə edilir: omfalit, otit, ağ ciyərlərin destruksiyası, abseslər, fleqmonalar, irinli meningit və s. (şəkil 1.)

Gedişinə görə, sepsisin ildırımvari (1-7 gün), kəskin (4-8 həftə) və yarımkəskin (6-8 həftədən çox) gedişi ayırd edilir.

Diaqnoz

Sepsis diaqnozunun qoyulmasında əsas müayinə bütün möhtəviyatdan (qan,sidik, nəcis, irinli nahiyədən, onurğa beynindən, əsnəkdən və s.) götürülən materialın bakterioloji müayinəsi sayılır. Bu müaynələr dəfələrlə, təkrar aparılmalıdır. Diaqnozun dəqiqləşdirilməsi zamanı prokalsitonin, İl-6, İl-8, S- reaktiv zülal və s. müayinələrin aparılması da vacibdir.

Müalicə

Sepsisli uşaqların müalicəsində ilk olaraq qulluq, pəhriz, aseptika və antiseptika qaydalarına riayət etməli, yaralar işlən­məlidir.

Daha sonra medikamentoz (dərman) terapiyası zamanı sepsisin müalicəsi 3 istiqamətdə aparılmalıdır:

  • Antibakterial
  • Dezintoksikasion
  • Simptomatik

Antibakterial müalicə zamanı xəstəliyi törədən mikrobun həssaslığına uyğun olaraq antibiotiklər seçilməlidir.Sepsisin ağır gedişində təyin edilən antibakterial terapiya zamanı 2-3 antibiotik kombinə olunmuş şəkildə (ampisilin + gentamisin və ya hər hansı sefalosporinlər), maksimal dozada verilir.

Dezintoksikasion terapiyada poliqlukin, reopoliqlukin, he- modez, plazma, heparin, albumin təyin olunur.

Törədici stafilokok olarsa, xəstəyə antibiotiklərlə yanaşı passiv immunterapiyanın aparılması məsləhət görülür. Bu məq­sədlə stafilokokəleyhinə qammaqlobilin, plazma, bakteriofaqın təyin olunması vacib hesab edilir.

Proqnoz

Xəstəliyin proqnozu xəstənin orqanizminin immun reak- tivliyindən, premorbid fondan və vaxtında aparılan adekvat müa­licədən asılı olaraq dəyişkən xarakter daşıyır.

 

Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru    A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru    H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru    N.H.SULTANOVA

Top