Sepsis — şərti-patogen bakterial flora tərəfindən törədilən, generalizə olunmuş (yayılmış) irinli-iltihabi xəstəlikdir. Tran- zitor və ya birincili immundefisit fonunda güclü iltihabi reaksiyanın inkişafı nəticəsində müşahidə olunur.
Sepsisin yaranmasında 30-dan çox mikroorqanizmlərin rol oynadığı göstərilir. Bunların içərisində ən çox təsir göstərən amillərə aşağıdakılar aiddir:
Konstitusiya anomaliyaları - erkən yaş dövrü üçün səciyyəvi olan,insan genotipinə əsaslanan, morfoloji və funksional xarakter daşıyan bir haldır.
Diatez — yunanca «diathesis» sözündən olub «meyillik» deməkdir. Diatezlər ədəbiyyatda daha çox «konstitusional ano- maliya» adı ilə açıqlanır. Uşaqlarda dörd formada konstitusional anomaliyaya rast gəlinir:
Yenidoğulanın həyatının ilk günlərində xarici mühit amillərinə qarşı uyğunlaşması zamanı baş vermiş dəyişikliklərə tranzitor — keçid vəziyyətlər deyilir. Bu vəziyyətlərə aşağıdakılar aid edilir:
Yarımçıq doğulan uşaqların fizioloji xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Neonatologiya - latın sözü olub, neo - yeni,təzə; natus — doğuş; loqos- elm deməkdir. Yenidoğulanın doğulduğu gündən başlayaraq 28 sutkanı əhatə edən müddət neonatal dövr adlanır və 2 dövrə bölünür:
Hestasiya yaşı - bioloji yaş sayılaraq, mayalanma anından başlayıb doğuş qurtaran vaxta qədər hesablanan dövrdür. 40-42 həftənin sonunda doğulan uşaq normal, vaxtında doğulmuş uşaq hesab edilir. Hamiləlik bu dövrün axrına çatmadıqda, hansı həftədə doğuş baş verirsə, doğulmuş dölün hestasiya yaşı həmən həftəyə görə müəyyənləşdirilir.
Tibbi deontologiya (yunanca deon, deontos — borc, müvafiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur.
Deontologiya özündə üç əsas hissəni birləşdirir:
«Tibbi deontologiya» və «Tibbi etika» anlayışları eyni deyildir. «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığımıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu və ya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deontologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).