Yarımçıq doğulan uşaqların fizioloji xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Yarımçıq doğulan uşaqlar həyatlarının I ilində bədən kütləsini və uzunluğunu daha intensiv artrırlar. Onlara göstərilən qulluq 2 mərhələdə aparılır:
Doğuş zalında uşaq doğulan kimi steril isti əski ilə bələnir və xüsusi küvezlərə qoyulur. Küvezlərdə daimi hərarət (30-350C- dək), rütubət (1-ci sutkada 90%, daha sonra 6055%), oksigen qatılığı (30%-dək) tənzimlənir. Otaqda havanın hərarəti 250 C olmalıdır. İlk günlər yarımçıq doğulanların adaptasiya dövrünü düzgün tənzim etmək üçün ana südünün yedizdirilməsi pipetka vasitəsi ilə ağzına damızdırılmaqla aparılır.
Bədən kütləsi 2000 qr olan yarımçıqdoğulanların 10% — i doğum evindən sağlam şəkildə evə yazılırlar. Qalanları II mərhələ qulluq üçün uşaq xəstəxanalarının xüsusi şöbələrinə köçürülürlər.
Yarımçıqdoğulanların qidalanma üsulları aşağıdakılardlr:
Qidalanma sxemi aşağıdakı mərhələlərdən ibarətdir:
Yarımçıqdoğulanlar doğulduqdan 1-2 saat sonra ana südü ilə yedizdirilə bilər. Bədən kütləsi çox az olan uşaqlar doğulduqdan sonra 6-12 saat ərzində vena daxilinə 10% -li qlükoza vurulur. Bədən kütləsi 1300 kq olan uşaqlar 2 saatdan bir, 1500 kq olanlar 3 saatdan bir, 2000 kq olanlar isə ilk 24 saat ərzində 2-3 saatdan bir qidalandırılmalıdırlar.
Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru N.H.SULTANOVA