Neonatologiya - latın sözü olub, neo - yeni,təzə; natus — doğuş; loqos- elm deməkdir. Yenidoğulanın doğulduğu gündən başlayaraq 28 sutkanı əhatə edən müddət neonatal dövr adlanır və 2 dövrə bölünür:
Hestasiya yaşı - bioloji yaş sayılaraq, mayalanma anından başlayıb doğuş qurtaran vaxta qədər hesablanan dövrdür. 40-42 həftənin sonunda doğulan uşaq normal, vaxtında doğulmuş uşaq hesab edilir. Hamiləlik bu dövrün axrına çatmadıqda, hansı həftədə doğuş baş verirsə, doğulmuş dölün hestasiya yaşı həmən həftəyə görə müəyyənləşdirilir.
Yarımçıq doğulan uşaqlar - hestasiyanın 22-37 həftəsində doğulan, bədən kütləsi 2500 qr-dan az, boyu isə 45 sm-dən aşağı olan uşaqlardır. Yarımçıq doğulmanın dərəcəsindən asılı olaraq bu uşaqlar 4 qrupa bölünürlər
Vaxtında doğulan uşaqlar - hamiləliyin 42 həftəsində (260-294 günündə) doğulan uşaqlar sayılır.
Vaxtından gec doğulan uşaqlar - hamiləliyin 42 həftəsindən gec (295 gündən çox) doğulan uşaqlar götürülür.
Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru N.H.SULTANOVA