Tibbi deontologiya (yunanca deon, deontos — borc, müvafiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur.
Deontologiya özündə üç əsas hissəni birləşdirir:
«Tibbi deontologiya» və «Tibbi etika» anlayışları eyni deyildir. «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığımıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu və ya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deontologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).
«Deontologiya» termini ingilis filosofu J. Bentham tərəfindən 19-cu əsrdə əxlaq nəzəriyyəsini ayırd etmək üçün təklif olunmuşdur. Tibbi deontologiyanın əsasları isə bu adla adlandırılmasa da hələ qədim dünya tibbində qoyulmuşdur. Hər bir tarixi erada həmin dövr üçün cəmiyyətdə hakim olan mənəvi dəyərlərə uyğun olaraq tibbi deontologiya özünəməxsus çalarlarla ifadə edilmişdir. Lakin buna baxmayaraq hər zaman tibb sənəti öz humanist dəyərlərindən irəli gələrək bəşəri, siniflərdən kənar etik normalar daşımışdır — xəstə insana kömək, onun əziyyətinin azaldılmasına çalışmaq dəyişməz olaraq qalmışdır.
PEDİATR VƏ SAĞLAM UŞAĞIN VALİDEYNLƏRİ
Valideynlərin sağlam həyat tərzi sağlam uşağın bünövrəsinin formalaşması deməkdir. Bu nöqteyi-nəzərdən pediatrın əsas işi sağlam uşağın doğulması üçün analarla fikir mübadiləsinin aparılmasından ibarətdir:
PEDİATR VƏ XƏSTƏ UŞAĞIN VALİDEYNLƏRİ
Pediatr xəstə uşağın valideynlərini xəstəlik haqqında ətraflı məlumatlandırmalıdır və bu zaman:
PEDİATR VƏ SAĞLAM UŞAQ
Hər bir sağlam uşağın daxili aləmi bir çox xüsusiyyətləri özündə cəmləyən mənbədir. Bu xüsusiyyətlərin düzgün yönləndi- rilməsində və uşağın sağlam böyüməsində əsas vəzifəni valideynlərlə birlikdə pediatrlar daşıyır.
Pediatr bu istiqamətdə tərtib etdiyi iş planını tibbi-etika, deontologiya və mənəvi-psixoloji meyarlara riayət etməklə aparmalıdır.
Pediatrın sağlam uşaqla apardığı işin əsas məqsədi — onun sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlamlığın bərpasından ibarətdir. Uşaqların müayinəsi zamanı pediatr bəzi məqamlara xüsusi fikir verməlidir:
PEDİATR VƏ XƏSTƏ UŞAQ
Perdiatr xəstə uşağa mehriban münasibət göstərməli, onun qohum və yaxınlarının narahatlıqlarını normal qarşılamalıdır.
İlk olaraq pediatr uşağın valideynlərindən düzgün anam- nez toplamalı, daha sonra isə xəstəyə baxış keçirməlidir. Baxış zamanı aşağıdakı qaydalara riayət etməlidir:
— Uşaqlar çox vaxt ağrının lokalizasiyasını düzgün deyə bilmədikləri üçün pediatr baxış zamanı uşağa yayın- dırıcı suallar verərək palpasiya zamanı uşağın habitu- suna baxır. Ağrı olan nahiyədə (uşağın fikri yayınsa belə) uşağın üzünün mimikasında dəyişiklik qeydə alınır.
— Pediatr uşağa ilk baxışında onun cərraha, təxirəsalınmaz yardıma və təcili hospitalizə olunmasına ehtiyac olub-olmamasını həll etməlidir.
— Hospitalizə olunmuş uşaqlar cinsə və yaşa uyğun olaraq palatalara yerləşdirilir.
— Məktəbəqədər uşaqlar ana, nənə və digər yaxın adamları ilə birgə qalır.
— Epidemioloji göstərişlər nəzərə almaqla, xəstə uşağın yanına qohumlarının gəlməsinə icazə verilir.
— Həkim məktəbyaşlı uşaqlarla onların oxuduqları kitablar haqqında mütaliə etməli, uşaq filmlərinin və s.müzakirəsini aparmalıdır.
— Ağır müayinə və müalicələri bir gündə tədbiq etmək düzgün deyildir.
PEDİATR VƏ HƏMKARLARI
Pediatr öz həmkarları arasında etik qaydalara riayət etməklə münasibət qurmalıdır. Həkimlər bir-birlərinə hörmət və xoşməramlı münasibət bəsləməlidirlər.
Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru N.H.SULTANOVA