Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib.
— Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.
— Hansı termometr daha dəqiqdir?
Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir.
Bunun səbəbi onun içində olan civədir. Ümumdünya Səhiyyə Təşkilatı civəni insan sağlamlığı üçün 10 ən ziyanlı kimyəvi maddələrdən biri hesab edir. Bu səbəbdən elektron termometrlərə üstünlük verilməlidir. Termometrin batareyalarını vaxtında dəyişmək lazımdır, əks halda düzgün nəticə olmayacaq.
— İnfraqırmızı termometrlər hərarəti qulağın içində, alında və ya gicqahda ölçür. Onlar kifayət qədər bahalıdır və ölçülmə zamanı xətalar verə bilir. Əmzik-termometr də xətalar verir. Ən dəqiq olmayan termometr-zolaqdır. Onlar yalnız yüksək hərarətin olub-olmadığını təyin edə bilər.
— Hərarəti ölçəndə eyni termometrdən istifadə edin və hər dəfə eyni yerdə ölçün. (Məsələn, birinci dəfə civəli termometrlə qoltuq altında ölçmüsünüzsə, təkrar ölçəndə yenə də bu termometrdən istifadə edin və yenə də qoltuq altında ölçün.)
— Hərarəti ən azı 5 dəqiqə ərzində ölçün.
— Hərarəti ölçəndən əvvəl uşaq bir neçə dəqiqə ərzində sakit oturmalıdır. Hərarət ölçülən yer quru olmalıdır, bu səbəbdən uşaq tərləyibsə əvvəl tərini silin, sonra termometr qoyun.
— Termometr bədənə kip yapışmalıdır. Əks halda nəticə düzgün olmayacaq.
— Elektron termometri siqnal verəndən dərhal sonra çıxartmayın, 3-5 dəqiqə gözləyin.
— Hərarəti ölçəndə göstəriciləri qeyd edin. Söhbət civəli termometrdən gedir, müasir termometrlərdə yaddaş var.
saglamolun.az