9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. Bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.
— 9 aylıq körpənin təxmini çəkisi 9,5 – 10 kq, boyu 70 – 73 sm olmalıdır.
— Dəstək olmadan uzun müddət otura bilir.
— İməkləyə bilir.
— Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.
— Böyüklərin əllərindən tutarkən, gəzməyə çalışır.
— Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.
— Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.
— Kiçik əşyaları barmaqları ilə, böyük əşyaları isə iki əli ilə götürə bilir.
— Oturacağa və ya divana qalxmağa çalışır.
— Ondan soruşulan əşyanı, baxışları ilə axtara bilir.
— Şəkillər üzrə tanıdığı heyvanları göstərə bilir.
— “Otur”, “Get”, “Yat” və s. kimi sözləri başa düşür.
— Tam anlaşılan olamasa da “ana”, “ata” kimi sözləri deyə bilir.
— Nitq inkişafı üçün körpə ilə daim danışmaq gərəkdir.
Hər gün kiçik bir rəngərang kitabdan ona nə isə oxumağa çalışın. Oyuncaq seçərkən ilk növbədə onların təhlükəsizliyinə diqqət yetirin.
anayam.az