İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətləri daha da güclənir.
6 aylıq uşaq daha nələri bacarmalıdır:
— Orta hesabla, 6 aylıq körpənin çəkisi təxminən 7,5-9 kq, boyu 66–68 sm olmalıdır.
— Bu ayda uşağın baş çevrəsi 43,5-45 sm, döş qəfəsi isə 45-46 sm təşkil edir.
— Kənar yardım olmadan, bir tərəfdən digər tərəfə çevrilə və beli düz şəkildə otura bilir.
— Hərəkət edərək, yerini dəyişməyə çalışır.
— Əgər uşağın qoltuğunun altında saxlasaq, o, möhkəm bir səth üzərində, özünə inamlı duracaq.
— Əgər onun əlindən həvəslə oynadığı bir əşyanı alsaq, uşaq narazılıqlarını ifadə edəcək.
— Ətrafa baxaraq, əlindən düşdüyü predmeti axtararır.
— Yemək dadlarını fərqləndirir. Hansısa məhsulları xoşlaya, hansısa məhsulları isə xoşlamaya bilər.
— Böyüklərin dəstəyi ilə tutulan fincandan içə bilir. Qaşıqdan dodaqları ilə yeməyi yaxşı götürüb, yeyə bilir.
— Musiqi dinləyir, bəzən təkrar etməyə çalışır.
— Öz adına reaksiya verir.
— Başını çox yaxşı kontrol edir. Her yerə dönə bilir.
— Ona yad olan adamların yanında ehtiyatlı davranır.
— Fərqli üz ifadələrinə və nitq tonuna fərqli reaksiya verir.
— Uzun müddət anasını buraxmır, özünə daha çox diqqət tələb edir.
— Əgər hər hansı bir problem yoxsa körpənizi ana sütü ilə bəsləməyə davam etməlisiniz.
— Nəsə deməyə çalışır. Ondan va-va-va, bu-bu-bu, bu-a-a tipli səslər eşitmək olar. Bu dövrdə körpə ana dilinin fonemlərini, onların ifadəsini öyrənməyə başlayır və inkişafın bu mərhələsi, nitq fəaliyyəti üçün son dərəcə vacibdir.
— Bəzən bu yaşda olan uşaqlar gündüz daha az yatmağa başlayırlar. Bu vəziyyətdə valideynlər gündüz yuxu saatlarının sayını azaltmağa çalışırlar, amma bu düzgün deyil. Uşaq gündə üç dəfə 1,5-2 saat olmaqla yatmalıdır. Gecə yuxusu bu zaman 10 saata yaxın təşkil etməlidir. Əgər diş çıxarırsa bir neçə günyuxusuzluğa hazır olmalısız.
— Hər uşaq fərqli cür inkişaf edir. Bəziləri bu dövrdə iməkliyə bilirsə, bəziləri danişmağa can atır, bəziləri isə oyuncaqlarını uzun zaman incələməyə maraqlı olur. Bu səbəblə mənim uşağım niyə bunu bacarmır deyə narahat olmayın. Həkiminizlə məsləhətləşərək və səbrli olmağa çalışın.
saglamolun.az