4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. Körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır.
4 aylıq uşağın özəllikləri:
— Gün ərzində üç dəfə yatır. Gecə yuxusu 10 – 12 saat arası təşkil edər. Bəzən o, gecə yemək üçün oyana bilər.
— Sutka ərzində azı altı dəfə qidalanır.
— Başını inamla saxlayıb, hər tərəfə fırlada bilir. Arxa üstə uzanan uşaq, başını azca qaldıraraq öz ayaqlarına baxa bilir.
— Əşyaları 3 – 5 metr məsafədə fərqləndirə və yerdəyişməsini gözləri ilə izləyə bilir.
— Səsləri aydın eşidir.
— Oyuncağı əlinə alaraq, ağzına aparmağa çalışır.
— Ayaqlarını yüksək qaldıraraq, ayaq barmaqlarına ya da dizlərə toxunmağa çalışır.
— Ananı görəndə sevinir və öz dili ilə danışmağa çalışır. Belə ki, o artıq ananı tanıyır və onunla danışmağa xoşlanır.
— Ona diqqət edən hər kəslə, danışmağa çalışır.
— Qarnı üstə uzanmış vəziyyətdə, əllərinə əsaslanaraq çiyin və başını asanlıqla saxlayır.
— Qarın nahiyəsindən, arxa tərəfə və ya əksinə çevrilməyə çalışır. Bu səbəblə, artıq onu tək buraxmamalısınız.
— İntonasiya və ətrafdakı səsləri təqlid etməyə çalışır.
— Köp və qarın sancıları 4-cü ayın sonunda keçməyə başlayır.
anayam.az