3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. Körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.
3 aylıq körpənin özəllikləri:
— 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır.
— Gün ərzində 3 dəfə yatır. Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır. Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir.
Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər. Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir.
— Körpə şəxsi tələbinə görə yemək edir. Əgər hansısa bir problem yoxsa, 3 aylıq körpə yalnız ana südü ilə qidalanmalıdır. Tez-tez süd əmizdirmə, südün artmasında ən böyük faktordur.
— Əgər uşağın qarşısından 2 metr məsafədə parlaq əşya keçirsəz, onun baxışı onun ardınca müşahidə edəcək.
— Qarın üstə yatarkən, dirsəkləri ilə bədən və başını qaldırmağa çalışır və yarım dəqiqə ərzində başını saxlaya bilir.
— Onun əlləri daha az sıxılmış, yumruq vəziyyətindədir. İndi onlar rahat vəziyyətdədir və körpə əlləri ilə daha çox oynayır.
— Üzünə toxunaraq o, ağzını, gözlərini, burnunu öyrənməyə çalışır.
— O qarın üzrə uzandığı zaman, gələn səs tərəfə başını çevirir.
— Özlüyündə ailə üzvlərini fərqləndirir.
— Səsləri fərqləndirir. Daha çox gülür.
— Danışığa cavab olaraq, səs çıxararır.
— Böyüklər ona diqqət ayırdıqda, oynadıqda, danışdıqda o, çox xoşlanır. Əks vəziyyətdə, tək qaldıqda məyus olur.
— Ata və ananın diqqətini özunə yönəltməyə hər bir şəkildə çalışır.
— Əllərini daha aktiv istifadə etməyə başlayır. Oyuncağını uzatdıqda əlinə alıb, tuta bilir.
— Körpələrin 3 aylıq dönəmində, onunla göz-gözə danışmaq, beyinin inkişafına faydalıdır.
anayam.az