Yenidoğulan körpələrin məmələrində erkən zamanlarda şişlik və sərtlik görülə bilər. Hətta bəzən körpənin məmələrindən süd belə gələ bilər. Bu vəziyyət körpənin cinsiyyətindən asılı olmadan meydana gələr. Körpənin qız və ya oğlan olmasıyla bu problemin bir əlaqəsi yoxdur. Hər iki cinstə də eyni sıxlıqda görüləbilən haldır.
Bu vəziyyət anadan keçən hormonların təsirilə yaranır. Körpə böyüdükcə anadan balasına ötürülən bu hormonlar körpənin orqanizmindən atılır, məmələrdəki sərtlik və şişkinlik də öz özündən keçər. Ancaq bu zamanda kiçik bir ehtimal da olsa başqa bir patoloji halın olmasın deyə pediatr tərəfindən dəyərləndirib ehtiyac olarsa ultrasəs ilə məmələrin kontrolü uyğun olacaqdır.
Masaj edərək şişliyi keçirməyə çalışmayın. Bu şişliklərin və sərtliklərin geçməsi üçün analar, nənələr çox zaman masaj edər, sıxar, şişlikləri ovalarlar. Bu qətiyyən edilməməlidir. Ovmaq, ya da masaj etmək yararlı olmaz, tam əksinə infeksiyalaşıb mastitin yaranmasına səbəb ola bilər.
Dr. Aytən Ziyadova