Xroniki qida pozğunluğu Hipotrofiyalar

Xroniki qida pozğunluğu Hipotrofiyalar

Arıqlama ilə müşahidə olunan xəstəlikdir.Bu zaman uşaq təkcə arıqlamır, həm də psixi-fiziki inkişafdan geri qalır maddələr mübadiləsi pozulur.HİPOTROFİYA-yunan sözü olub hipo-az, troffe-qidalanma deməkdir, yəni «az qidalanma». Əsasən 1 yaşa qədər təsadüf edir, böyük yaşlılar arasında az təsadüf olunur.İmmunitetin və reaktivliyin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə, bədən çəkisinin azalmasına, dəri, dərialtı toxumaların, uşağı həyatı vacib olan funksiyaların pozulmasına səbəb olur.

HİPOTROFİYANI ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR-  1) Qidalanma amili-yedizdirmənin çatmamazlığı, az yedizdirmə, bir tərəfli qidalanma, yeməyin keyfiyyətsiz olması 2) İnfeksiya amili-uşağın tez-tez xəstələnməsi və xronifi infeksiyalar (dizenteriya, vərəm) 3) Qulluğun qüsurlu olması- gigiyenik qaydaların pozulması ,açıq havada az olmaq və s.
  
PATOGENEZ-həzm sisteminin funksiyasının pozulması əsas yer tutur, bu zaman ümumi turşuluq aşağı düşür, mədə və mədə altı şirəsinin aktivliyinin aşağı düşməsi bu proseslərə təsir edir.Bu isə öz növbəsində baş beyin qabığının funksiya pozğunluğuna gətirib çıxarır.1-cili əmələ gəlmiş həzm aparaının funksiyasının pozulmasına, sorulma prosesinin, zülal-yağ, su-duz, karbohidrat mübadiləsinin pozulmasına, vitamin çatmamazlığına, asidoza səbəb olur.Uşaqda arıqlama başlayır.Daxili üzvlərin, xüsusən qara ciyərin funksiyası pozulur  
KLİNİKA-uşağın arıqlama dərəcəsinə görə 3 dərəcəyə bölünür1 Dərəcəli hipotrofiyada -dərialtı piy toxuması saxlanmış olur, təkcə bədəndə hissəvi olaraq ətraflarda nazikləşir, çəki normadan 10-15% az olur, boyu normal olur.Uşağın ümumi vəziyyəti kafidir 2 Dərəcəli hipotrofiyada- uşağın arəqlaması daha çpx nəzərə çarpır dərialti piy təbəqəsi bədəndə, üzdə ətraflarda itir, nəticədə çəki normaya nisbətən 20-30% azalır.Boyu normadan 1-3 sm geri qalır uşaq həyat sevincini itirir, pis yatır.İmmunitetin aşağı düşməsinə infeksion və irinli xəstəliklərin əmələ gəlməsinə (artrit,otit,pnevmoniya,pielit) səbəb olur.İştaha aşağl düşür, yedizdirmə zamanı qusma halları olur 3 dərəcəli hipotrofiyada- ən ağır qida pozğunluğudur.Bu forma atrofiaya adlanır.Bu zaman dərialtı piy təbəqəsi olmur.Kəskin arıqlama nəticəsində uşağın sifəti «qoca sifətinə» oxşayır.Bədən çəkisi normadan 30-45% boyu 4-5 sm geri qalir.Səsi afonik tənəffüs yavaşımış qeyri-bərabər olur, iştaha aşağı düşür, qusma qəbizlik əmələ gəlir.Bədənin susuzlaşması nəzərə kəskin çarpır,ön əmgək batır, ağızın göün selikli qişası quruyur, sidiyin, nəcisin miqdarı azalır,qanqatılaşır.


Bu mətn ilk dəfə olaraq KAYZEN.AZ saytinda nəşr olunub
 Müəllif-Əhmədova Zeynəb
 «Uşaq infeksion xəstəlikləri» Huseynov.N
 Müəllif hüquqları qorunur, istifadə zamanı sayta istinaq mütləqdir
Top