İştahsız uşağı yedirməyin 6 asan yolu

İştahsız uşağı yedirməyin 6 asan yolu

Əgər uşağınız iştahsızdırsa, nə yedirəcəyinizi bilmirsinizsə, sizə iştahsız uşağınıza yemək yedirəcək 6 əhəmiyyətli yolu təqdim edirik.
Bir çox valideynlər uşaqlarının iştahsızlığından şikayətlənirlər. Bəs uşağınızın iştahını açmaq, daha çox yeməsini təmin etmək üçün nə etməliyik?

1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə gəldikdə, təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlarınız üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə bu doğrudur. Ancaq günorta yeməyində qarınını doyurubsa, məktəbdən gələnə kimi heç nə yedirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.

2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.

3. Daha kiçik boşqabda yeməyini təqdim edin: Ümumiyyətlə qablarımıza ehtiyacımızdan çox yemək tökürük. Lakin, iştahsız uşaqlar üçün bu vəziyyət daha pisdir. İştahı olmayan uşaqlarınıza daha kiçik qablarda yeməklərini verin. Beləcə, yemək yediyərərkən "döyüşü" sona çatdırarsınız.

4. İlk dəfə yediyi yeməklərdə səbirli olun: Bəzən uşaqlar özlərinə təqdim edilən yeməyi sevmirlər və ya yeni bir yeməyi sınamaqdan çəkinirlər. Əgər uşağınıza yeni bir yemək verirsinizsə, yeməkdən bir iki parça verin.

5. Bir dəfə yemək yerinə başqa şeylər yeməsinə icazə verin: Həftədə bir dəfə yemək yerinə tort, buterbrod, ya da bir kasa popkorn yeməsinə icazə verin. Bunun nə qədər və hansı gün olacağını özü təyin etsin.

6. Oyun ilə yemək verin: Bir çox uşaq oyunları sevir. Buna görə də axşam yeməyində uşağınızla yaşına uyğun olaraq oyun oynamağı təcrübədən keçirin.
Top