Dövlәtdә idarәçilik

Dövlәtdә idarәçilik

Bütün cәmiyyәtlәrdә dövlәtin müxtәlif idarәetmә formaları vardır. Dövlәt hakimiyyәti müxtәlif üsul vә vasitәlәrlә hәyata keçirilir. Dövlәtin idarәetmә formaları dövlәtin ali idarәetmә orqanlarının tәşkilini, fәaliyyәt müddәtlәrini vә sәlahiyyәtlәrini müәyyәn edir. Demokratik* dövlәt dövlәt formalarından biridir. Demokratik dövlәtlәrdә xalqa dövlәt işlәrindә iştirak etmәk hüququ verilir. Demokratik cәmiyyәt siyasi partiyalar vә tәşkilatların qarşılıqlı әlaqәsinә әsaslanan hakimiyyәt sistemidir.
Demokratik dövlәtin prinsiplәri:
  • Xalq hakimiyyәt mәnbәyidir; Dövlәt orqanları seçkilidir;
  • İnsan hüquqları vә azadlıqları dövlәt tәrәfindәn qorunur.
Dövlәtimizin konstitusiyasına әsasәn, Azәrbaycan Respublikası demokratik dövlәtdir. Dövlәt hakimiyyәtinin yeganә mәnbәyi Azәrbaycan xalqıdır.Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev
Konstitusiyamızın 7-ci maddәsinin 3-cü hissәsindә göstәrilir ki, dövlәtimizdә qanunvericilik hakimiyyәtini Milli Mәclis hәyata keçirir. Ölkәdә qanunlar yalnız Milli Mәclis tәrәfindәn qәbul olunur. Milli Mәclisin özü isә seçkilәr yolu ilә formalaşır.
Milli Mәclisin bir çox sәlahiyyәtlәri vardır. Milli Mәclisin müxtәlif komitәlәri fәaliyyәt göstәrir. Azәrbaycan Respublikasında hәr bir vәtәndaş öz seçdiyi deputatı vasitәsilә Milli Mәclisә tәkliflәr verә bilәr.
Ölkәmizdә İcra Hakimiyyәti Azәrbaycan Respublikasının Prezidentinә mәnsubdur.
Ölkә prezidenti konstitusiyadan irәli gәlәn bәzi mәsәlәlәrin hәlli üçün fәrman vә sәrәncamlar verir.
Azәrbaycan Respublikasının Prezidenti icra sәlahiyyәtlәrini hәyata keçirmәk üçün Azәrbaycan Respublikasının Nazirlәr Kabinetini yaradır.
Nazirlәr Kabineti tәhsil, rabitә, informasiya, sәhiyyә, sosial tәminat, mәdәniyyәt, vә s. mәsәlәlәri öz sәlahiyyәti çәrçivәsindә tәmin edir.
Mәhkәmә hakimiyyәti: ölkәdә әdalәt mühakimәsini hәyata keçirәn yeganә hakimiyyәtdir. Mәhkәmә hakimiyyәtini Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi, Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi, Azәrbaycan Respublikasının Apelyasiya Mәhkәmәlәri, Azәrbaycan Respublikasının ümumi (şәhәr, rayon) mәhkәmәlәri vә digәr mәhkәmәlәr hәyata keçirir. Onlar vәtәndaşlarımızın hüquq vә azadlığını qoruyur.


Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova
Mənbə: Həyat Bilgisi 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik
Top