Əslində eviniz bir çox səbəblərdən ziyan görə bilər. Bu ziyan təbii fəlakət və yaxud diqqətsizlik zənnində baş verən qəzalar nəticəsində ola bilər.
Evinizdə yanğın baş verərsə və yaxud zəlzələ zamanı eviniz zərər görərsə dəyən ziyanı ödəmək o qədər də asan deyil. Əgər sizin ipoteka krediti hesabına aldığınız yaşayış sahəsi sığortalanıbsa, onda bir çox hadisələrdən də siz sığortalanmış olacaqsınız. Misal üçün əgər evinizdə yanğın baş verərsə və yaxud zəlzələ zamanı mənziliniz məhv olarsa hətta qonşudan su sızarsa sığorta şirkəti sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini sizə ödəyəcəkdir. Bu məbləğ sığorta təminatı adlanır. Sığorta şirkəti tərəfindən verilmiş pullar hissə-hissə və ya tam şəkildə sizin bank qarşısında borcunuzun ödənilməsinə yönəldiləcəkdir. Belə ki, siz çoxdan aldığınız və yanmış evinizə görə götürdüyünüz kredit üzrə borcunuzu uzun illər ərzində ödəməli olmayacaqsız.
Əgər baş verən qəzalar nəticəsində mənzilinizdə yenidənqurma işləri həyata keçirmək istəyirsinizsə, siz müvafiq orqanlardan icazə almalı, həmçinin ipoteka saxlayan banka məlumat verməlisiniz. Əgər siz sadəcə olaraq kosmetik təmir həyata keçirmək istəyirsinizsə və müqavilə ilə banka məlumat vermək öhdəliyi nəzərdə tutulmamışsa, banka məlumat verməyə də bilərsiniz.
Banklar sığortanın hansı növlərini tələb edə bilər? Bütün banklar istisnasız (demək olar ki, dünyanın bütün bankları) olaraq sizin kredit hesabına aldığınız və girov olan mənzilinizin yəni ipoteka predmetinin məcburi qaydada sığorta olunmasını tələb edir. Belə sığortalama girov obyektinin və ya ipoteka predmetinin və ya sadəcə daşınmaz əmlakın sığortalanması adlanır. Bundan başqa, bir çox banklar sizdən həm də həyatınızı və sağlamlığınızı yəni əmək qabiliyyətinizi sığortalamağı tələb edəcəklər.
Bəs həyat və əmək qabiliyyətinin itirilməsi barədə sığorta müqaviləsinin bağlanması sizə nə kimi fayda verəcəkdir? Bu sığorta növü vasitəsilə sizin əmək qabiliyyətinizin və ya həyatınızın itirilməsi halında belə sizin bank qarşısında olan borcunuz sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Mənzil isə bu zaman, sizin mülkiyyətinə və ya sizin varislərinizin mülkiyyətinə qalacaqdır, sizin banka olan borcunuz isə sığorta şirkəti tərəfindən tam ödəniləcəkdir.
Mənziliniz hansı məbləğə sığortalanmalıdır? Banklar adətən sizin bank qarşısında olan borcunuza bərabər məbləğdə mənzilinizi sığortalamağınızı tələb edirlər. Bundan başqa, onlar sığorta müqaviləsində fayda götürən kimi bankın göstərilməsini tələb edirlər. Mənzilinizi sığortalamağınız üçün, Siz sığorta şirkəti ilə sığorta müqaviləsi (polis) bağlamalısız və sığorta haqqı adlanan məbləği sığorta şirkətinə ödəməlisiz. Sizin sığorta şirkətinə ödəyəcəyiniz məbləğ – sığorta haqqı, sığorta təminatının həcmindən (yəni əgər mənzillə bağlı hadisə baş verərsə, sığorta şirkətinin ödəyəcəyi məbləğ) asılıdır.
Misal üçün əgər siz 40 000 AZN məbləğində kredit götürmüsüz. Sığorta müqaviləsi bağlamısız və 0,25% məbləğində sığorta haqqı ödəmisiz. Sığorta haqqı 100 AZN -ə bərabərdir. Bir ildən sonra sizin borcunuz bank qarşısında 39 868,0 manatadək azalacaqdır. Siz bankla müqavilənizə əsasən sığorta müqaviləsinin müddətini uzatmalı və 99,67 manat məbləğində yeni sığorta haqqı ödəməlisiz (39 868 0.25%). Müqavilənin uzadılması və sığorta haqqı Sizin tərəfinizdən hər il məcburi qaydada həyata keçirilməlidir. Bu zaman, 10-cu il Siz 92,52 manat məbləğində, 25-ci il (sizin kreditinizin son ili) isə 14,97 manat məbləğində sığorta haqqı ödəyəcəksiniz.