Vəsiyyətnamələri tərtib edən zaman buraxılan səhvlər

Vəsiyyətnamələri tərtib edən zaman buraxılan səhvlər

Vəsiyyətnamə tərtib etmək bir o qədər də xoş məşğuliyyət deyil. Ölüm haqqənda düşüncələr, həmçinin vəfat etdikdən sonra qohumlar arasında mülkiyyət bölüşdürülməsi emosional olaraq çətin bir öhdəlikdir.* Çox güman ki, bu səbəbdən əksəriyyət insanlar vəsiyyətnamənin tərtib olunması haqqında düşünmürlər.

Analitik CFP Nensi Anderson bu haqqda öz fikrini belə bildirir: «Vəsiyyətnamənin mükəmməl şəkildə planlaşdırılması mövcud deyil. Biz öncədən hər şeyi təxmin edə bilmərik. Lakin ən əsas məsələlər haqqında ətraflı düşünsək, bu problemə bir daha uzun müddət qayıtmamaq olar. Əsas məsələlərə hansı qohuma nəyi vəsait etməyiniz, bunu hüquqşünasın yanında qeydiyyatdan keçirmək kimi məsələlər aiddir».

Business İnsider nəşri mütəxəssislərlə birlikdə vəsiyyətnamələrin planlaşdırılması zamanı ən çox buraxılan beş səhvin siyahısına tərtib ediblər.

Bu haqqda fikirləşmək üçün siz hələ çox cavansınız düşüncəsi
Beləliklə, sizin 33 yaşınız var, sağlamlığınızla heç bir probleminiz yoxdur, çox gözəl bir işiniz var, lakin vəsiyyətnamə tərtib etməyə vaxtınız yoxdur. Bu müasir insanın tipik məntiqidir. Sizin adınıza bir o qədər də çox mülkiyyət olmaya bilər, lakin vəsiyyətnamənin planlaşdırılmasına yalnız qohumlar arasında mülkiyyətin bölünməsi aid deyil, həmçinin bura etibarlı şəxsin təyin olunması da daxildir.

Əgər siz xəstəxanaya huşsuz halda düşürsünüzsə, sizin müalicəniz haqqında qərar verəcək etibarlı bir şəxsiniz olmalıdır.

Vəsiyyətnaməni gizli saxlamaq
Sizin həyatınız hollivud filminin süjeti deyil. Çox güman ki, sizin ailəniz sizin dəfn olunduğunuzdan bir saat sonra vəsiyyətnamə haqqında öyrənmək üçün hüquqşünasın yanına getməyəcək. Məsləhətçilər sizin ölümünüzdən əvvəl ailənizə kimə nə vəsait etdiyinizi deməyi məsləhət görürlər. Əgər sizin bu qərarınızla qohumlarınız narazı olsa belə və sizə öz iradlarını bildirsələr belə, bu problemi vəfat etməmişdən əvvəl həll etmək daha asandır.

Vəkil və SG Law Group hüquq şirkətinin əsasçısı Seven Qarsia bu cür deyir: “Bu iki tərəfli bir çubux kimidir. İnsanlar mübahisələrin yaranmasından çəkinərək mülkiyyətlərini necə bölüşdürdüklərini heç kəs demək istəmirlər. Bu sizin ailənizdə gərginliyə səbəb ola bilər. Lakin bu vəziyyətə nəzarət etmək olar. Siz vəfat etdikdən sonr ailə heç kəs bunu edə bilməyəcəyək”.

Çox nağd pul saxlamaq
Əksəriyyətimiz öldükdən sonra sevdiyimiz insanlara külli miqdarda nağd pul saxlamaq istəyirik. Lakin əksər halarda bu özünüz haqqında yaxşı təəssürat buraxmaq üçün yanlış bir üsuldur.
Əgər siz uzunmüddətliyinə pullarınızın qohumlarınızın həyatını yaxşılaşdırılmasını istəyirsinizsə, pul vəsaitlərinizi etimad fonduna (trust fund) yatırın. Bu fond pulları ağıllı şəkildə və sizin istəkləriniz əsasında idarə edəcək.

Yüksək vergilər haqqında unudursunuz
Əgər siz doğmalarınıza əhəmiyyəti səhmlər vəsait edirsinizsə, mirasa olan vergi haqqında unutmayın. Böyük vergilərdən azad olmaq üçün mütəxəssislər sizə öz mülkiyyətinizi sağ ikən yaxınlarınıza «hədiyyə» etməyi məsləhət görürlər.

Vəsiyyətnamə yazıldıqdan sonra düzəldilmir
Həyat təxmin edilməzdir. Bu isə sizin mirasınızın maliyyə planınızın olduğu kimi hər bir şəxsi və maliyyə dəyişiklikdən sonra düzəldiləməsi deməkdir.

Bundan savayı, siz qanunların dəyişilməsinə daim nəzarət etməlisiniz və buna müvafiq dəyişiliklər etməlisiniz.
Top