Bank sirri nədir?

Bank sirri nədir?

“Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.

Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə da bank təminat verir.

Mülki Məcəllənin müddəalarına müvafiq olaraq, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirməsi prosesində Mərkəzi Bankın inspektorlarına, kənar auditorlara, sığortaçıların fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar sığorta nəzarəti orqanına, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına, habelə bu Qanuna müvafiq sürətdə kredit reyestrinə verilir.

Hansı hallarda bank sirri açıqlana bilər?
Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanunun qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir.

Hansı hallarda bank vergi orqanlarına onda aparılan əməliyyatlar ilə bağlı informasiya verir?
Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

Belə ki, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, fəaliyyəti dayandırdığı zaman bank əməliyyatlarının aparılması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara əraziyə (yaşayış sahəsi istisna olmaq1a) daxil olmağa icazə verilmədikdə, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi məsələlərinə dair beynəlxalq müqavilələrin məlumat mübadiləsi haqqında müddəalarına asasan digər dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün hamin müqavilənin tətbiq edildiyi şəxsin Azərbaycan Respublikasındakı banklarda olan hesabları və hamin hesablar üzrə əməliyyatlar barədə məlumatların alınması üçün sorğu edildikdə, vergi orqanları kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə yazılı bildiriş göndərməklə, hamin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə Vergi Məcəlləsinin 76-cı maddəsinin müddəalarında nəzərdə tutulan qaydada məlumat almaq hüququna malikdir.
Top