Qədim Romada imperatorun elə də çox əhəmiyyəti olmayan fərman və dekretlərinə “konstitusiya” deyirdilər. Orta əsrlərdə feodalların imtiyazları konstitusiyalarla təsdiqlənirdi. Latınilindən tərcümədə konstitusiya sözünün mənası təsis etmək, təlimat, quruluş, norma deməkdir. Dövlətin konstitusiyası isə cəmiyyətin və dövlətin quruluşu deməkdir. Burada cəmiyyət və dövlətin quruluşunun əsasları, əsas qaydaları göstərilir.
Dövlət quruluşunun və cəmiyyət həyatının əsaslarını müəyyən edən qanunu konstitusiya adlandırırlar. Konstitusiya dövlətin ən əsas, ən yüksək qanunudur. Konstittusiya dövlətin tabe olduğu qanunlar qanunudur. Beləliklə, konstitusiyaya aşağıdakı kimi tərif vermək olar:
Konstitusiya cəmiyyət həyatının və dövlət quruluşunun əsaslarını təsbit edən əsas dövlət qanunudur. O, dövlətin bütün qanunvericilik aktlarının əsasında durur. Konstitusiya əsas və ali qanun hesab olunur.
Konstitusiya elə xüsusiyyətlərə malikdir ki, bunlar başqa qanunlarda olmur. Bunlardan aşağıdakıları göstərmək olar:
1. Konstitusiyanın mahiyyəti, mənası, hüququn aliliyi ideyasıdır. Mütləq monarxiya quruluşlu dövlətlərdə monarxın hakimlyyəti hər cür qanundan yüksəkdə dururdu. Konstitusiya isə o deməkdir ki, ali hakim monarx və ya prezident deyil, hüquqdur. Hüquq isə konstitusiya və qanunlarda təsbit olunur. Hüququn aliliyi hüququn idarə etməsi deməkdir.
2. Ölkə həyatının əsasları Konstitusiyanın əsas məzmununu təşkil edir. Müasir dövrdə diqqət daha çox insan hüquqlarına verildiyindən, bu əsaslar aşağıdakılardan ibarətdir.
a) insanın hüquq və vəzifələri
b) insan hüquqlarının gözlənilməsini təmin edən dövlət quruluşu.
Azərbaycan Konstitusiyasının da bu məsələlərə diqqəti böyükdür. Konstitusiyanın 2 bölllməsi insanın hüquq və vəzifələrinə, 3 bölməsi isə dövlət hakimiyyətinin quruluşuna həsr olunmuşdur. Konstitusiya dövlət quruluşunu və onun fəaliyyət prinsiplərini müəyyənləşdirir. O, ölkədə qanunverici sistemi təşkil edir.
3. Konstitusiya yüksək hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki o ölkənin əsas qanunudur və bütün qanun və fərmanlar ona uyğun olmalıdır. Ölkədə əsas qanuna zidd olan qanun və ya fərman verilə bilməz. Əsas qanunun pozulmamasına riayət etmək üçün Konstitusiya Məhkəməsi yaradılmışdır.
4. Konstitusiyanın bir xüsusiyyətidə onun sabitliyidir. Konstitusiya yalnız referendumla ümumxalq səsvermə yolu ilə dəyişdirilə bilər.
Konstitusiyamız bütövlükdə preambula (giriş) 5 bölmə və keçid, 12 fəsil cəmi 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasının vəzifələrini 5 qrupda ümumiləşdirmək olar. Əsas hüquqlar:
- siyasi funksiya
- sosial funksiya
- iqtisadi funksiya
- hüquqi funksiya
- tərbiyəvi funksiya