Vətəndaşların vəzifə və məsuliyyətləri

Vətəndaşların vəzifə və məsuliyyətləri

Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin və başqa insanların maraqlarına uyğun olmalıdır.  Cəmiyyət əsasən insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına isə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır.
İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində deyilir:  “Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır...”
Konstitusiyamıza əsasən, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 73 maddəsinə görə, qanunla müəyyən edilmiş verdiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi fiziki və hüquqi şəxslərdən tutulan məcburi, fərdi və əvəzsiz, ödəmə həcmi və müddəti dövlət tərəfindən müəyyən edilən ödənişdir.
Konstitusiyanın 74 maddəsinə görə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
Konstitusiyanın 75 maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan respublikasının dövlət rəmzlərinə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizlik qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Konstitusiyanın 76 maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Konstitusiyanın 77 maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir  şəxsin borcudur.Bu 1998 il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan respublikası qanunu ilə  tənzimlənir.
Konstitusiyanın 78 maddəsinə görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Ətraf mühitin hüquqi,iqtisadi, sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” 1999 il 8 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə tənzimlənir.
Konstitusiyanın 80 maddəsinə əsasən, qanunlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla məsuliyyətə səbəb olur.
Vətəndaşların əsas vəzifələri:
1)    Dövlət rəmzlərinə hörmət
2)    Tarix və mədəniyyət abidələrini qorumaq
3)    Qanunazidd vəzifələrin icrasına yol verməmək

Konstitusiyanın 79 maddəsinə əsasən, heç kəs  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına yol verilməməlidir. Beləliklə hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir.
Top