Demokratiya xalq hakimiyyəti deməkdir. Həqiqi xalq hakimiyyətinə nail olmaq üçün cəmiyyətdə bir sıra şərtlərin olması zəruridir. Bu şərtlər aşağıdakılardır:
- parlamentə həqiqətən azad və bərabər seçkilərin keçirilməsi
- düşüncə, fikir azadlığı
- qeyri-hökümət təşkilatlarının dövlətlə bərabərhüquqlu fəaliyyəti
- vətəndaşların siyasi həyatda mükəmməl, səmərəli iştirakı
Bu şərtlər hüquqi dövlətin fəaliyyətini, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması kimi amillərlə bağlıdır. Həmin şərtlərin hamısı hansı cəmiyyətdə varsa, deməli orada demokratik siyasi rejim mövcuddur. Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür. Buradan aydın olur ki, cəmiyyətlə şəxsiyyət arasında münasibətlər insanın hüquqları və əsas azadlıqları ilə bağlıdır. Şəxsiyyət yalnız onun tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında məsuliyyət daşıyır. Cəmiyyət o halda şəxsiyyətdən məsuliyyət tələb edə bilər ki, onun tam və azad inkişafını, əsas hüquq və azadlıqlarını təmin etmiş olsun. İstər ayrıca cəmiyyətdə istərsə də dünyada azadlığın, ədalətin və ümumi sülhün əsasını insan hüquqlarına hörmət təşkil edir. İnsan hüquqları demokratik cəmiyyətdə Konstitusiya qanunu kimi müəyyən edilir. Odur ki, insan hüquqlarını bəzən “konstitusiya hüquqları” da adlandırırlar. İnsan hüquqlarının qorunması demokratik cəmiyyətin, demokratiyanın mahiyyətindən irəli gəlir. Çünki demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyidir. Bu cəmiyyətin təməl qanunları İnsan hüquqlarıdır. Prezidentdən tutmuş adi fəhləyə qədər hər kəs bu hüquqların gözlənilməsi üçün məsuliyyət daşıyırş Bu hüquqların qorunması və pozulması onun demokratikliyinin göstəricisidir.
İnsan hüquqları cəmiyyətdə insanın fəaliyyət imkanlarını göstərir. Bu hüquqlar nə qədər genişdirsə, insanın fəaliyyət imkanları da bir o qədər genişdir. Bu hüquqların təminatı nə seviyyədədirsə, insanların azadlığı da o səviyyədədir. Əgər insanıın təbii hüquqları pozulursa, şəxsi ləyaqət hissi tapdanırsa, özünü alçaldılmış hiss edir.
1995 il noyabrın 12
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə demokratik islahatların inkişafı üçün şərait yaradıldı. Senzuranın ləğvi cəmiyyətimizdə söz, fikir azadlığını təmin etdi. Cəmiyyətdə müasir vəziyyətə uyğun olan seçki haqqında qanun qəbul olundu. Qanunların insan hüquqlarını və əsas azadlıqları pozmamasına nail olmaq üçün 1996 ilin fevralında Prezident yanında hüquqi islahatlar komissiyası yaradıldı. Bundan başqa, ölkəmizdə hazırlanan çox mühüm hüquqi sənədlərin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə zidd olmaması üçün onlar Avropa şurasında ekspert rəyindən keçirildi.
1998 ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” Prezident fərmanı verildi. Insan hüquqlarının təmin olunması üçün “ Kütləvi informasiya vasitələri haqqında” “Dini etiqad azadlığı haqqında”. “Ölkədən getmək və ölkəyə gəlmək haqqında” və b. qanunlar qəbul edildi. Senzura ləğv edildi. Respublikada ölüm cəzası ləğv edildi və insanın təbii hüququ olan yaşamaq hüququ cəmiyyət səviyyəsində təsdiq olundu. Vətənimiz Şərqdə bu cəzanı ləğv edən ilk ölkə oldu. 1999 ildə Konstitusiya Məhkəməsi yaradıldı.