Hakimiyyətin 3 əsas funksiyası vardır:
- qanunvericilik
- icra
- məhkəmə
Qanunvericilik hakimiyyəti funksiyasını parlament həyata keçirir. Parlament ölkə əhalisi tərəfindən seçki yolu ilə yaradılan, qanunvericilik hakimiyyətini təmsil edən, demokratik dövlət quruluşunun ayrılmaz hissəsi, dövlət hakimiyyətinin mühüm yollarından biridir.
Azərbaycanda ilk parlament 1918 il dekabrın 7 yaradılmışdır. Parlament bir və ya iki palatalı olur. Bu müəyyən mənada dövlət quruluşu forması ilə əlaqəlidir. Federativ dövlətlərdə adətən 2 palatalı parlament mövcud olur. Parlamentin əsas funksiyaları bunlardır:
- qanunlar qəbul etmək
- dövlət büdcəsini təsdiq etmək
- icra hakimiyyəti üzərində parlament nəzarətini həyata keçirmək
Müxtəlif dövlətlərdə parlament müxtəlif cür adlandlrılır. Məsələn ABŞ-da Konqres, İsraildə Knesset, Norveçdə Stortinq, Misirdə Xalq Məclisi, Rusiyada Federal Məclis və s. Azərbaycanda qanunvericilik hakimiyyəti bir palatalı Milli Məclisə məxsusdur. Qanun yaradıcılığı funksiyası Milli Məclisə məxsusdur. Milli Məclisin deputatları 125 nəfərdən ibarətdir. Dövlət hakimiyyəti orqanları ya seçkilər ya da təyin olunma yolu ilə formalaşır. Azərbaycan Milli Məclisi seçkilər yolu ilə formalaşır. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir.
Milli Məclisin xüsisiyyətləri:
- qanunverici hakimiyyətdir
- Azərbaycan xalqının maraqları və iradəsini ifadə edir.
- Dövlət hakimiyyətinin bütün digər qollarına münasibətdə müstəqildir.
- Qəbul ediyi qanun və qərarlarda icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Hər il Milli Məclis yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1 — mayın 31 kimi, payız sessiyası isə sentyabrın 1 -dekabrın 30 kimi davam edir. Milli Məclisin təşkili və fəaliyyəti “ Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi” ilə müəyyən edilir. Həmin qanuna görə Milli Məclis onun sədrini və müavinlərini seçir. Milli Məclisdə təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası, iqtisadi siyasət daimi komissiyası, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə daimi komissiya, sosial siyasət daimi komissiyası, regional məsələlər daimi komissiyası, elm və təhsil məsələləri daimi komissiyası, mədəniyyət məsələləri daimi komissiyası, insan hüquqları daimi komissiyasl, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası.Dövlət büdcəsinə nəzarət üçün yaradılan Hesablama Palatası sədr, müavini və 7 auditordan ibarət olur. Onların səlahiyyət müddəti 7 ildir. Konstitusiyanın 95 maddəsinə görə Milli Məclisin səlahiyyətlərinin sayı 19-dur. Onlardan bəziləri inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, dövlət büdcəsinin təsdiqi və onun icrası, hərbi doktrinanı təsdiq edir, hərbi və fövqəladə vəziyyətin elan edilməsi və s. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsini həll edir. Referendum təyin etmə hüququ bu məsələləri xalqın müzakirəsinə çıxarmağı Milli Məclisə səlahiyyət verir.