Hər bir dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanun mövcuddur və bu qanun axırıncı dəfə 8 dekabr 1999-cu il tarixində Respublika Prezidenti tərəfindən təsdiq edilmişdir. Qanunun Əsasnaməsinə görə:
1. Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar;
2. Vətəndaşlara və Azərbaycan Respublikasında daimi yaşayaş vətəndaşlığı olmayan şəxslərə ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti təşkilatlarının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 5-ci bəndinə və «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında» Əsasnamənin 10-cu bəndinə göstərilən sənədlərdən əlavə yaşayış sahəsinə keçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir:
a) dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı təşkilatlar tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi;
b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;
v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Respublikanın qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin imzası.
3. Yaşayış yerini dəyiş dirmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxs yeni yaşayış
yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti təşkilatına müraciət etməlidir.
Müvafiq icra hakimiyyəti vətəndaşı və vətəndaşlığı olmayan şəxsi yaşayış yeri üzrə qeydiyyata almaq üçün onlardan Əsasnamədə göstərilənlərdən əlavə aşağıdakı sənədləri tələb etməlidir: ərizə-anket (vətəndaşlar üçün 1 və 2 saylı Əlavə, vətəndaşlığı olmayan şəxslər üçün isə 3 və 4 saylı Əlavə);
şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsi.
4. Vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınarkən hərbi biletini və ya təhkim şəhadətnaməsini təqdim etmək imkanı olmadıqda o, əvvəllər yaşadığı yerin hərbi komissarlığı tərəfindən onun hərbi uçotda dayanıb-dayanmaması faktını təsdiq edən sənədi müvafiq icra hakimiyyəti təşkilatına təqdim etməlidir.
5. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı bu Əsasnamənin 2-ci və 4-cü bəndində göstərilən sənədləri nəzərdən keçirir və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin və «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında» Əsasnamənin tələblərinə müvafiq surətdə qeydiyyata alınma barədə ərizəanketi və onu təsdiq edir.
6. Yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti təşkilatı tərəfindən dərhal qeydiyyata alınır. Həmin təşkilat müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə — Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir. Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra verilən şəxsiyyət vəsiqəsi verilərkən müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı tərəfindən həmin sənəd geri alınır.
7. Vətəndaşının 25,35, 50 yaşına çatması, həmçinin onun soyadının, adının, atasının adının, ailə vəziyyətinin dəyişməsi, şəxsiyyət vəsiqəsinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilərkən heç bir əlavə sənəd tələb edilmədən o, yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.
8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin 20 yaşına çatması, sonradan isə hər 5 ildən bir və ya
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin soyadının, adının, atasının adının, ailə vəziyyətinin dəyişməsi, şəxsiyyət
vəsiqəsinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı şəxsiyyət vəsiqəsi dəyişdirilərkən heç bir əlavə sənəd tələb edilmədən o, yaşayış yeri üzrə
qeydiyyata alınmalıdır.
9. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti təşkilatı yalnız aşağıdakı hallarda:
a) «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;
b) sərhəd bölgələrində, qapalı hərbi hissəciklərin ərazilərində, qapalı inzibati frazi bölgələrində, ekoloji fəlakət bölgələrində, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda;
v) şəxsin qeydiyyata alınacağı halda, həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının mənzil Məcəlləsinin 40-cı bəndində müəyyən edilmiş mənzil payından az yaşayış sahəsi düşdükdə;
q) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmaqdan imtina edir.
10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti təşkilatı yalnız aşağıdakı hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarır:
a) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri yzrə qeydiyyata
alınması barədə müvafiq icra hakimiyyəti məlumatına əsasən;
b) başqa ölkələrdə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyətinin məlumatına əsasən;
v) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyətinin məlumatı əsasında;
ğ) yaşayış sahəsindən çıxarıldıqdan və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
d) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;
e) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar edildikdə — müvafiq icra hakimiyyətinin məlumatı əsasında.
11. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və ya digər belə ictimai yerlərə gələn vətəndaş özü üçün ərizə-anket (2 saylı Əlavə) dolduraraq həmin yerin müdüriyyətinə verir. Müdüriyyət isə öz növbəsində həmin ərizə-anketi 24 saat ərzində müvafiq icra hakimiyyəti
təşkilatına təqdim edir. Müvafiq icra hakimiyyəti təşkilatı heç bir sənəd tələb etmədən həmin vətəndaşın qeydiyyatını aparır.
12. Yaşayış yerlərindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti təşkilatlarının məsul əməkdaşına aşağıdakı sənədləri təqdim etməlidir:
şəxsiyyət vəsiqəsi; ərizə-anket (2 saylı Əlavə).
13. Müvafiq icra hakimiyyəti təşkilatı həmin vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə müvəqqəti qeyd aparmaqla həmin qeydi onun şəxsiyyət vəsiqəsinin arxasına yapışdırmalıdır.
14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti təşkilatı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
15. Hərbi qulluqçular (müddətli xidmət hərbi qulluqçulardan başqa) yaşayış yeri üzrə ümumi qaydada qeydiyyata alınırlar.
16. Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunan kimi müvafiq icra hakimiyyəti təşkilatı tərəfindən hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmırlar. Hərbi komissarlıq və ya hərbi tədris müəssisəsinin müdüriyyəti çağırışçının (kursantın) şəxsiyyətin vəsiqəsini hərbi xidmət başa çatanadək müvəqqəti olaraq saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti təşkilatına göndərir.
17. Əcnəbilərin Azərbaycan Respublikasına gəlmələri Respublikanın sərhəd məntəqəsində pasport və giriş icazısi (vizası) bəsasında müvafiq icra hakimiyyəti təşkilatı tərəfindən qeydə alınır və onlara gəlmə müddətindən asılı olmayaraq qeyd vərəqəsi (5 saylı Əlavə) verilir. Üç hissədən ibarət olan həmin vərəqədəki bəndlər əcnəbi
tərəfindən doldurulur. Müvafiq icra hakimiyyəti təşkilatı vərəqənin düzgün doldurulmasını yoxlayaraq onu təsdiqləyir. Qeyd vərəqəsinin ikinci və üçüncü hissəsi əcnəbiyə verilərək yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ona şifahi izah edilir.
18. Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gəldikdə əcnəbi dərhal xüsusi ərizə-anket (6 saylı Əlavə) dolduraraq qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə həmin yerin müdüriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdüriyyət və ya başqa yaşayış sahəsinin sahibi yaxud istifadəçisi isə öz növbəsində həmin sənədləri 24 saat ərzində müvafiq icra hakimiyyəti təşkilatına təqdim edir.
19. Əcnəbi olduğu yerdən getdikdə Azərbaycan Respublikasının sərhəd məntəqəsində qeyd vərəqəsinin üçüncü hissəsi müvafiq icra hakimiyyəti təşkilatına təhvil verilməlidir.
20. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınmaqdan ötrü yaşayış yerinə gəldiyi
vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti təşkilatına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə ondan aşağıdakı sənədləri tələb etməlidir:
pasport;
giriş icazəsi (viza);
yaşayış sahəsinə köçmək üçün əsas verən order (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi və ya Azərbaycan Respublikası qanunvericilində nəzərdə tutulmuş başqa sənəd) və ya əcnəbiyə yaşayış sahəsi verən şəxsin ərizəsi.
21. Müvafiq icra hakimiyyəti təşkilatının məsul əməkdaşı bu sənədləri nəzərdən keçirir və yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş əcnəbini qeydiyyata alır və ona qeydiyyata alınma haqqında vəsiqə verilir.
22. Əcnəbi yaşayış yerindən gəldikdə Azərbaycan Respublikasının sərhəd məntəqəsində qeyd vərəqəsinin üçüncü hissəsi qeydiyyata alınma haqqında vəsiqə müvafiq icra hakimiyyəti təşkilatına təhvil verilməlidir.
23. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınır. Yataqxanaya,mehmanxanaya, sanatoriyaya, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn vətəndaşlığı olmayan şəxs dərhal ərizə-anket (4 saylı Əlavə) dolduraraq həmin yerin müdüriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir.
Müdüriyyət və ya yaşayış sahəsinin sahibi yaxud istifadəçisi isə öz növbəsində həmin sənədləri 24 saat ərzində müvafiq icra hakimiyyəti təşkilatına təqdim edir.
Vətəndaşlığı olmayan şəxs olduğu yerdən gəldikdə müvafiq icra hakimiyyəti təşkilatı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
24. Statistik qeydin formalarını, qeydiyyat aparan müvafiq icra hakimiyyəti təşkilatları ilə statistik qeydiyyat təşkilatları arasında sənədlərin dövriyyəsinin statistika təşkilatları ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti təşkilatı müəyyənləşdirir.
25. Yaşayış yeri üzrə və ya olduğu yer üzrə qeydiyyat aparılmasına müvəkkil edilmiş şəxslər vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin yaşadıqları və olduqları yer üzrə qeydiyyatını bu Əsasnamənin tələblərinə uyğun aparılmasına görə məsuliyyət daşıyırlar.
26. Qanunun tələblərinə zidd olaraq qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, eləcə də vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən səlahiyyətli dövlət təşkilatları və ya məhkəməyə şikayət edə bilərlər.
27. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş vətəndaşlar vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə qeydiyyata alınmaqdan əsasız imtina edən, qeydiyyata alınmaq üçün vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.