Milyonlarla insanın məhvinə səbəb olmuş İkinci Dünya müharibəsində insan hüqaqlarının pozulmasına və insan ləyaqətinin alçaldılmasına yönəldilmiş ən amansız və yolverilməz üsullardan istifadə olunmuşdur. Bu dəhşətli hadisə dünya xalqların həmrəy olmağa səslədi və 1945-ci il aprelin 25-də Birləşmiş Millətlər Təşkilatını yaratmağa sövq etdi. BMT-nin oktyabrın 25-də qəbul edilmiş Nizamnaməsində 7 bəndi bilavasitə insan hüquqları məsələsinə həsr edilmişdir.
Bunlardan biri 1948-ci ildə BMT-nin insan hüquqları üzrə Xüsusi Komissiyasının yaradılması üçün əsas olmuşdur.
“İnsan hüquqları haqqında Ümumi Bəyannamə” - 2 il davam edən gərgin işdən sonra 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu “Bəyannamə”nin qəbul edilməsində əsas məqsəd insan hüquqlarını və bütün dövlətlərin əməl etməli olduğu normalı müəyyənləşdirmək idi.
Dünya xalqları “Bəyannamə”nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
BMT Baş Məclisinin 1950-ci ildə qəbul edilmiş qətnaməsi ilə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-nu “İnsan Hüquqları Günü” kimi qeyd etmək tövsə olunmuşdur.
Insan hüquqları üzrə ilk sənəd “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”. Etnik hökümranlıq nəticəsində irqi ayrı-seçkilik insanların müəyyən qrupunun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və ya onlardan məhrum edilməsinə gətirib çıxarır.
1965-ci ildə BMT Baş Məclisi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynalxalq Konvensiya” qəbul etdi. Bu Konvensiyada “irqi ayrı-seçkilik” anlayışının tərifi verilmiş, irqi ayrı-seçkilik pislənmiş, ölkədə irqi ayrı-seçkiliyə və ya onun saxlanmasına səbəb olan siyasəti dəyişmək dövlətlərin öhdəsinə buraxılmışdı.
1966-cı il oktyabrın 26-da BMT Baş Məclisi “İrqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Günü”nün təsis edilməsi haqqında qərar qəbul etdi. Beynəlxalq birlik bununla beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi uğrunda səyləri birləşdirməyə çağırdı. 1979-cu ildə Baş Məclis rasizmə və irqi ayrı-seçkiliyə qarşı mübarizə onilliyi elan etdi. Baş Məclis bütün dövlətlərə müraciyyət edərək, hər il martın 21-dən başlayaraq, rasizmə və irqi ayrı-seçkiliyə qarşı mübarizə aparan xalqla həmrəylik həftəsi keçir-məyə çağırdı. İndi Cənubi Afrika Respublikasında 21 mart “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
1966-cı ildə, təxminən 20 il davam edən qızğın müzakirələrdən sonra 2 mühüm beynəlxalq sənəd qəbul edildi:
1) “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”
2) “Siyasi hüquqları haqqında Beynəlxalq Pakt”
Dünya dövlətlərinin üçdə iki hissəsi bu paktların iştirakçısıdır.