İnsanın təlabatları yalnız cismən yalnız sağ qalıb yaşamaq ehtiyacları ilə məhdudlaşdırıla bilməz. Bu anlayış daha genişdir. Bu təlabatlar insanın həm maddi, həm də mənəvi cəhətdən ləyaqətlə yaşamasını təmin edən tələbatlardandır. İnsanləyaqəti hər bir insana anadan olduğu andan məxsusdur və heç kəs ondan məhrum edilə bilməz.
İnsan ləyaqətinin müdafiyəsini təmin edən, habelə insanın ləyaqətlə yaşaması üçün zəruri təlabatların həyata keçirilməsinə kömək edən əsas norma və prinsiplər elə insan hüquqlarıdır.
Cəmiyyətin hər bir üzvü qanunla müəyyən olunan hüquqlardan əlavə anadangəlmə hüquqlara da malikdir. Həmin hüquqlar təbiihüquqlar adlanır. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ belə hüquqlardandır. Dövlət bu hüquqları müdafiə etməyə borcludur.
Azadlıqlara bəzən neqativ hüquqlar da deyilir. Ona görə ki, onlar dövlətin həyatımızın müxtəlif sahələrinə qarışmağına qadağa qoyur. Məsələn, söz azadlığı insana fikrini söyləmətə imkan verir, hakimiyyətə isə onun bu hüququnu məhdudlaşdırmağı qadağan edir.
İnsan hüquqları iki əsas qrupa bölünür: maddi hüquqları, prosessual hüquqlar.
Maddi hüquqlar mülki hüquqları, siyasi hüquqları, iqtisadi və sosial hüquqları, eləcə də mədəni hüquqları özündə birləşdirir. Bunlar aşağıdakı qaydada təsnif olunur.
Mülki hüquqları – bütün insanların qanun qarşısında bərabərliyi, vətəndaşlıq hüququ, hörmət edilmək və şəxsi ləyaqət hüququ, söz, vicdan və dini etiqad azadlığı hüququ.
Siyasi hüquqlar – hakimiyyət orqanlarının qəbul etdiyi qərarların həllində iştirak etmək hüququ, seçki hüququ, partiya, həmkarlar ittifaqı təşkilatı yaratmaq və onların fəaliyyətində iştirak etmək hüququ, mitinq və yürüş keçirmək hüququ.
Iqtisadi və sosial hüquqlar — əmək, ədalətli və rahat iş şəraiti hüququ, elmi naliyyətlərdən istifadə etmək hüququ, peşəkar təşkilatlar yaratmaq hüququ, tətil hüququ, təhsil və səhiyyə hüququ.
Mədəni hüquqlar – cəmiyyətin maddi həyatında iştirak etmək, elmi naliyyətlərdən istifadə etmək hüququ.
Prosessual hüquqlar insanı dövlətin özbaşınalığından müdafiə edən metodların və müvafiq təsisatların məcmuyudur. Bu hüquqlara məhkəməyə müraciət etmək hüququ, referendumkeçirmək hüququ və s. daxildir.
Insanın hüquq və azadlıqları hər şeydən yüksəkdə durur.