Referendum ümumxalq səsverməsi forması olub, xalqın öz hüquqları və mənafeləri ilə bağlı olan hər məsələnin bu yolla həll etmək imkanıdır. Referendum ilk dəfə 1439 ildə İsveçrədə keçirilmişdir. Dünya təcrübəsində referendum gizli səsvermə yolu ilə hər hansı bir sənəd layihəsinin təsdiq edilməsi, parlamentin, dövlət başçısının, hökümətin bu və ya digər hərəkətlər etməsinə razılıq verilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Nəticəsindən asılı olaraq referenduma çıxarılan sənəd qəbul edilə və ya edilməyə bilər. Keçirilməsi Konstitusiyada nəzərdə tutulan referendumlar bəzən nəzarət referendumu da adlanır. Nəticəsi məcburi xarakter daşımayan referendumlar məsləhət referendumları adlanır. Referendumu müxtəlif əlamətlərinə görə təsnif etmək olar. Ərazi hüdudlarına görə referendumlar ümumrespublika və yerli referendumlara bölünür.
Ümumrespublika referendumu-bütün respublika hüdudlarına şamil olunan hər hansı bir məsələ ümumxalq səsverməsidir. Yerli referendumlar ərazi hüdudları daxilində aparılan rəy sorğusudur. Referenduma çıxarılan aktın xarakterindən asılı olaraq referendum aşağıdakı növlərə bölünür: qanunverici və qanunverici olmayan referendumlar.
Referendumda həll oluna bilən məsələlər aşağıdakılardır:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi və oxşar müddəalar.
Konstitusiyanın 3 maddəsinin 3 hissəsində referendumda həlli qadağan olunan məsələlər aşağıdakılardır:
1) vergilər və dövlət büdcəsi
2) amnistiya və əfvetmə
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olan qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
Vergilər və dövlət büdcəsi bir-biri ilə sıx əlaqəsi olan və bir-birini tamamlayan iqtisadi kateqoriyalardır. Vergilər və dövlət büdcəsi bir – biri ilə sıx əlaqəsi olan və bir-birini tamanlayan iqtisadi kateqoriyalardır.
Referendum keçirilməsi qaydası 2003 il 27 may tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasında referendum keçirilərkən seçki hüququnun ümumi prinsipləri tətbiq edilir. Həmin prinsiplər xalq iradəsinin ümumi, bərabər və bərabər və birbaşa gizli və şəxsi səsvermə yolu ilə ifadəsində öz əksini tapir.
Referendumun keçirilməsi günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının referendumda iştirak etmək hüququ vardır. Referendum zamanı heç kəs öz rəyini bildirməyə və ya ondan imtina etməyə məcbur edilə bilməz. Referenduma hazırlıq və onun keçirilməsi məsələləri keçirilməsi məsələləri referendum komissiyaları tərəfindən həll edilir. Azərbaycan Respublikasında referendum komissiyaları sisteminə aşağıdakı komissiyalar:
1) Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyası
2) Dairə referendum komissiyası
3) Məntəqə referendum komissiyası
Referendum komissiyaları işinə Mərkəzi Referendum Komissiyası rəhbərlik edir. Azərbaycan Respublikası Konstitusiyasına görə referendum təyin etmək hüququ Milli Məclisə və prezidentə mənsubdur.
Seçki Məcəlləsinin 121 maddəsi referendum keçirilməsini qadağan edən halları müəyyən edir:
1) Azərbaycan Respublikasının ərazisində hərbi və ya fövqəladə vəziyyət elan olunduqda;
2) Azərbaycan Respublikası ərazisinin 25% dən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan olunduqda
3) Hərbi və ya fövqəladə vəziyyət zamanı
4) Hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində.