Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər, konkret vətəndaşların şəxsi və ictimai mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə görə nəinki cinayət hesab olunmur, əksinə ictimai faydalı əməl kimi həmişə qanun tərəfindən müdafiə edilir.
Cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin tutulması da əməlin kriminallığını, yəni cinayət olmasını aradan qaldıran hal kimi göstərilir. Cinayət törətmiş şəxsin tutulması dedikdə, belə şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulması başa düşülür. Belə şəxsin tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılır. Lakin bu zaman təqsirkarın tutulması üçün tətbiq edilən üsul və vasitələr törədilmiş əməlin və təqsirkarın ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməli və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulmamalıdır. Cinayət törətmiş şəxsin tutulması ədalət mühakiməsi orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin etdiyinə görə ictimai faydalı əməl hesab olunur. Cinayətkarın tutulması hüququna bütün vətəndaşlar malikdirlər. Polis orqanlarında işləyənlərin isə, bu əsas vəzifələrindən biridir. Son zərurət - qanunla qorunan digər mənafelərə zərər vurmaq yolu ilə daha mühüm zərərin qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir. Cinayət Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün qanunla qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. Elmi ədəbiyyatda qeyd edilir ki, əsaslı risk peşəkar fəaliyyətin bütün sahələrində mümkün olan peşə riski ilə bağlıdır. Azərbaycan Respublikasının yeni Cinayət qanunvericiliyində ilk dəfə olaraq elə hallar müəyyən olunmuşdur ki, bunlar əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi əməlin cinayət olmasını, yəni onun ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini aradan qaldırır. Cinayət Məcəlləsinin 40-cı maddəsinə müvafiq olaraq, müəyyən edilmiş qayda-da verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən qanunla qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət məsuliyyəti daşıyır. Əgər şəxs əmrin və ya sərəncamın qanunsuz olduğunu bilərək onu yerinə yetirirsə, onda qəsdən cinayət törətmiş şəxs kimi məsuliyyətə cəlb olunur. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur.
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai - təhlükəliliyini və qeyri-hüquqiliyini istisna edən və aradan qaldıran hallar kimi xarakterizə edilsələr də, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində onlar «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 36-40-cı maddələrini əhatə edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir.
Hüquq nəzəriyyəçiləri tərəfindən çox zaman ictimai - faydalı əməl kimi qiymətləndirilən zəruri müdafiədən Cinayət Məcəlləsinin 36- cı maddəsində bəhs olunur. Orada göstərilir ki, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılır. Belə hərəkət, şəxsin qanunda nəzərdə tutulan üsullarla öz hüquqlarını müdafiə etməsi kimi ayrılmaz hüququndan, yəni zəruri hüququndan irəli gəlməklə cəmiyyətdə hüquq qaydalarının və qanunçuluğun möhkəmlənməsində mühüm amilə çevrilmişdir. Respublikamızda bütün şəxslər peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsdən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Zəruri müdafiənin hüquqilik şərtləri qanunla ciddi təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məsələn, zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirləri aşmaqla adam öldürməyə görə şəxs, Cinayət Məcəlləsinin 123-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilir. Lakin belə hallarda, qanun, müvafiq cinayətlərin digər növlərinə nisbətən daha az ciddi cəza müəyyən etmişdir.
Yuxarıda qeyd olunan maddənin təhlili göstərir ki, son zərurət vəziyyətində edilmiş bu və ya digər hərəkət hüquqa uyğun olmalı, yəni əməlin ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini aradan qaldıran və özündə cinayətin əlamətlərini istisna edən müəyyən şərtlərin məcmusunu əks etdirməlidir. Məsələn, müəssisələrin birində baş verən yanğının söndürülməsi zamanı yıxılan tir yanğın söndürənin qolunu basmışdır. Bu zaman tavanın uçularaq yanğının ərazisində olan bütün şəxslərin həyatı üçün təhlükəni törətməsi ilə əlaqədar bölmə komandiri zərərçəkənin qolunun kəsilməsi barədə əmr verir. Əmr yerinə yetirilir və digərlərinin həyatı xilas olur. Komandirin hərəkəti isə, son zərurət vəziyyətində edilmiş hərəkət kimi qiymətləndirilir və o, cinayət məsuliyyətindən azad olunur.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq əməlin cinayət olmasını aradan qaldıran hallara əsaslı riski de aid etmişdir. Bu halın Cinayət Məcəlləsinə daxil edilməsi onunla izah olunur ki, elmin və texnikanın surətlə inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə olduğundan daha tez-tez insanın həyatına və sağlamlığına, yaxud əsasən maddi zərər vurmaq riskinə getmək zərurəti yaranır. Cinayət qanunu bu barədə elə olmalıdır ki, bir tərəfdən tərəqqi yolunda əngələ çevrilməsin, digər tərəfdən isə eksperiment aparan şəxs cinayət məsuliyyətinin ümumi əsasları çərçivəsində təqsirli olduqda onun şəxsi məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin əsaslı risk haqqındakı maddəsi məhz bu məqsədə xidmət edir.
Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən ictimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.
Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs Cinayət qanunu ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.
Hüquq ədəbiyyatında əsaslı riskin bir çox növü fərqləndirilir. Bunların bəzilərini qeyd edək:
Əsaslı riskin, yəni hüquqa uyğun riskin başlıca əlamətləri aşağıdakılardır:
1) hərəkətin (hərəkətsizliyin) ictimai-faydalı məqsədlərə nail olunmasına istiqamətlənməsi;
2) ictimai faydalı məqsədə risklə əlaqədar olmayan hərəkətlə nail olmağın mümkün olmaması;
3) risk edən şəxsin hüquqla qorunan mənafelərə yetirilə biləcək zərərin qarşısını almaq üçün kifayət edən tədbirlər görməsi;
4) qəsd edən şəxs bilə-bilə ekoloji qəza ilə, yaxud da ictimai fəlakətlə bağlı olan bir çox insanın həyatını təhlükədə qoymamalıdır.