Ailə hüququnun müstəqilliyi, onun, hüququn digər sahələrindən fərqli cəhətləri, öz ifadəsini ailə hüququnun prinsiplərində tapmışdır. Həmin prinsiplərə aşağıdakılar daxildir:
Sosiologiya elmində ailə dedikdə, nikaha, qohumluğa, uşaqları tərbiyəyə götürməyə əsaslanan şəxslərin ümumi həyatı və mənafeləri, qarşılıqlı qayğıları ilə səciyyələnən ittifaqı başa düşülür. Hüquqi mənada ailə özündə hüquqi əlaqəni əks etdirir. Ailə üzvlərinin hüquq və vəzifələri ön plana çəkilir. İstənilən hüquq münasibəti kimi, ailə hüquq münasibətləri də onların subyektləri, obyektləri, məzmun və əmələgəlmə əsaslarının təhlili nəticəsində daha çox aydın olur. Subyektlər arasında hüquq və vəzifələrin qarşılıqlı əlaqəsindən asılı olaraq ailə hüquq münasibətləri aşağıdakı qruplara bölünür: Ər-arvad arasında ailə hüquq münasibətləri nikahın qeydə alınması nəticəsində əmələ gəlir. Bu münasibətlər şəxsi və əmlak xarakterli münasibətlərə bölünür. Şəxsi hüquq münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, bu münasibətlər iqtisadi məzmuna malik deyillər və ər-arvadın şəxsiyyəti ilə bağlıdırlar. Ər-arvadın şəxsi hüquqlarına onların nikah bağlanarkən soyad seçmək hüququ, istədikləri məşğuliyyəti, sənət və yaşayış yerini seçmək hüququ və s. hüquqları aid etmək olar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-30-cu maddələri (VI fəsil) ər-arvadın şəxsi hüquq və vəzifələrinə həsr edilmişdir. Həmin maddələrə əsasən, respublika Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin XIV fəsli (84-87-ci maddələr) ər-arvadın aliment öhdəliklərinə, habelə onların bir-birini saxlamaq vəzifələrinə həsr edilmişdir. 84-cü maddəyə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Onların bu vəzifəsi nikah münasibətlərinə xitam verildikdən sonra da saxlanılır. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Aliment almaq üçün müraciət etmiş iddiaçılara bir sıra prosessual güzəştlər verilmişdir. Belə ki, onlar dövlət rüsumunu ödəməkdən azad edilir, iddia, iddiaçının arzusu ilə həm cavabdehin, həm də iddiaçının yaşadığı yerdə məhkəməyə verilə bilər və s. Ailə qanunvericiliyinə müvafiq olaraq 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq; öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq; öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək; ad, ata adı və soyadı daşımaq və s. hüquqlara malikdir. Eyni zamanda valideynlər də öz uşaqları barəsində qanunla müəyyən edilmiş qaydada bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr daşıyırlar. Ailə Məcəlləsinin XIII fəslində (75-83-cü maddələr) valideynlərin və uşaqların aliment öhdəlikləri tənzim olunur. Valideynlər yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmamış övladlarını saxlamağa borcludurlar. Qanuna görə bu borc, yəni uşaqlara aliment vermək vəzifəsi valideynlərin hər ikisinin üzərinə düşür. Valideynlər öz uşaqlarının saxlanılması üçün könüllü surətdə vəsait verməkdən boyun qaçırdıqda, vəsait məhkəmə qaydasında tutula bilər. Öz növbəsində, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludur. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi və ailə vəziyyəti nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
1) qadınla kişinin şəxsi və əmlak hüquq bərabərliyi;
2) təknikahlıq;
3) boşanma azadlığı;
4) nikahın bağlanmasında azadlıq və könüllülük;
5) ana və uşaq haqqında dövlət qayğısı, onların mənafeyinin mühafizəsi;
6) ailə münasibətlərinin tənzim olunmasında dinin iştirakına yol verilməməsi;
7) uşaqların ailə tərbiyəsinin təmin edilməsi;
8) milliyyətindən, irqindən, sosial vəziyyətindən, dini və dil mənsubiyyətindən asılı olmayaraq ailə münasibətlərində vətəndaşların hüquq bərabərliyi;
9) valideynlik hüquqlarının müdafiəsi.
Ailə-hüquq münasibətlərinin subyektlərini - ailə üzvləri: ər-arvad (qanunvericiliklə müəyyən edilən qaydada nikah bağlamış kişi və qadın); qohumlar (bir-birlərindən törəyən şəxslər, məsələn, ata və oğul, yaxud ümumi mənşəyə malik olan şəxslər, məsələn, əmi və qardaşoğlu və s.), övladlığa götürülən və övladlığa götürənlər, faktiki tərbiyəçilər və tərbiyə edilənlər, ögey atalar, analar, oğullar, qızlar təşkil edir.
Ailə-hüquq münasibətlərinin obyektlərinə isə ailə üzvlərinin hərəkətləri (məsələn, atanın alimenti ödəməsi, valideynlərin uşaqlarını tərbiyə etmələri üzrə fəaliyyəti və s.), yaxud da əşyalar (məsələn, ər-arvadın birgə mülkiyyətindən ibarət olan əşyası və s.) daxildir.
Ailə-hüquq münasibətlərinin əmələgəlmə əsasını həm hərəkətlər, həm də hadisələr təşkil edir. Məlum olduğu kimi, hərəkətlər də öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür. Hüquqauyğun hərəkətlərə - atalığın müəyyən olunması, uşaqların tərbiyə edilməsi və s. aiddir. Hüquqazidd hərəkətlərə isə yetkinlik yaşına çatmayanların nikaha girmələri, valideynlərin öz uşaqlarını tərbiyə etmək vəzifələrini yerinə yetirməkdən boyun qaçırmaları, valideynlərin öz hüquqlarından sui-istifadə etmələri və s. misal ola bilər. Ailə hüquq münasibətlərinin subyektlərinin mənafelərinin müdafiəsi ilə əlaqədar olan bu hərəkətlər müəyyən hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olurlar. Hüquqi faktlara - hadisələrə isə uşağın anadan olması, qan qohumluğu faktı, hamiləlik və s. aiddir.
Ailə-hüquq münasibətlərinin məzmunu dedikdə, ailə üzvlərinin hüquq və vəzifələri başa düşülür. Onlar şəxsi, yəni qeyri-əmlak və əmlak xarakteri daşıyırlar.
Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Ər-arvad arasında əmələ gələn əmlak münasibətlərinə onların ümumi birgə və onların hər birinin ayrıca mülkiyyəti, habelə ər-arvadın bir-birini saxlamaq vəzifələri ilə əmələ gələn əmlak münasibətləri daxildir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, pul vəsaitləri, qiymətli kağızlar, əmanətlər, daşınar və daşınmaz əşyalar və s. daxildir. Ümumiyyətlə, bu obyektlərin dairəsi çox genişdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə etdikləri əmlak onların ayrıca əmlakıdır. Bura, həmçinin, onların fərdi istifadəsində olan əşyalar və s. daxildir.
1) əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
2) hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
3) ümumi əlil uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad - uşaq 18 yaşına çatana qədər;
4) I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Aliment alınması barədə mülki işlərə qısa müddətdə baxılır. Alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmənin aliment tutulması haqqında qərarı dərhal qüvvəyə minir.
Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Nikahdakı valideynlərdən olan uşağın mənşəyi onların nikahı haqqında qeydlə təsdiq olunur.
Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Uşağın anası ilə cavabdehin birgə yaşaması və ümumi təsərrüfatı idarə etməsi atalığın müəyyən edilməsi üçün zəruri şərt olması ilə əlaqədar olaraq məhkəmə işi həll edərkən bunları nəzərə alır.
Valideynlərlə uşaqlar arasında əmələ gələn hüquq münasibətləri də iki qrupa bölünür: şəxsi və əmlak hüquq münasibətləri. Şəxsi münasibətlərə valideynlərin uşaqlara ad qoymaq və soyad vermək, uşaqları tərbiyə etmək, onların mənafeyini müdafiə və təmsil etməklə əlaqədar yaranan hüquq və vəzifələr, əmlak münasibətlərinin tərkibinə isə valideynlərə və uşaqlara məxsus olan əmlak, habelə alimentlə bağlı münasibətlər daxildir.
Ümumi qaydaya görə valideynlərə və uşaqlara məxsus olan əmlak onların hər birinin öz ayrıca əmlakıdır. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Lakin əgər uşaqlar valideynlərlə birlikdə öz əməyi və ya şəxsi vəsaitləri ilə bu və ya digər əmlakın əldə edilməsində iştirak etmişlərsə, onların həmin əmlaka mülkiyyət hüququ yaranır. Eyni zamanda uşaqlar öz gəlirlərinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdikləri əmlaka tam mülkiyyət hüququna malikdirlər. Aliment, pensiya, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanılmasına, tərbiyəsinə və təhsilinə xərclənir.