Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.
6) əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s. Beləliklə, əmək qanunvericiliyi ilə tənzimlənən sosial-ictimai münasibətlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublikamızın bazar iqtisadiyyatına keçdiyi dövrdə əmək məhsuldarlığının artmasına, işin keyfiyyətinin yaxşılaşmasına, ictimai məhsuldarlığın effektli dərəcədə yüksəlməsinə və bunun əsasında işçilərin maddi və mənəvi həyat səviyyəsinin yüksəlməsinə, əmək intizamının möhkəmləndirilməsinə və əməyin hər bir əmək qabiliyyətli insanın həyati ehtiyacına çevrilməsinə təkan verir.
Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin) müəssisənin daxili əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək funksiyasını yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil olması ilə əmələ gəlir.
Əmək münasibətlərinin tənzimlənməsi ilə əmək hüquq münasibətləri yaranır. Əmək hüquq münasibətlərinin məzmununu subyektlərin (tərəflərin) bu hüquq münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr təşkil edir. Bir tərəfin (işçinin) hüququ digər tərəfin (müdiriyyətin) konkret vəzifələrinə uyğundur və ya əksinə. Məsələn, işçinin əmək haqqı almaq hüququ müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir.
Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən ibarət deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər də daxildir:
1) məşğulluq və işədüzəltmə üzrə münasibətlər;
2) təşkilati-idarəçilik münasibətləri;
3) istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə münasibətlər;
4) əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə bağlı münasibətlər;
5) əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar:
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud ola bilər.
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir. Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas prinsipləri müəyyən edilib. Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-cu (azad sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli əmək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir.
Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur. Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilən və 1999-cu il iyulun 1-dən qüvvəyə minən bu məcəllə 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır. Əmək Məcəlləsinin ümumi normalar adlanan birinci bölməsi (maddə 1-21, birinci və ikinci fəsillər) əmək hüququnun ümumi hissəsinə aiddir. Məcəllənin digər hissəsi isə, əmək hüququnun xüsusi hissəsinin bütün institutlarının müvafiq ardıcıllıqla düzülüşündən ibarətdir.
İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:
Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi yer tuturlar.
Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların - kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm əhəmiyyəti vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat müstəqilliyinin genişlənməsi, iqtisadiyyatın idarə edilməsinin inzibati-amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.