Əqdlərin anlayışı və əlamətləri. Əqdlər hüquqi faktların ən geniş yayılmış növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində əqdin anlayışı verilmişdir:
Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. 2) dolayı iradə ifadəsi. Əgər şəxsin hərəkətlərindən onun iradəsini müəyyən etmək mümkündürsə bu, dolayı iradə ifadəsi adlanır. Mülki hüquqda, adətən buna konklyudent (latınca concludere - nəticə çıxartmaq, nəticəyə gəlmək mənasını bildirir) iradə ifadəsi deyilir. Məsələn, elektrik qatarında getməyə bilet almaq və yaxud mağazaların piştaxtalarında qoyulmuş mallar şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s. Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə təsnifləşdirilir. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər (Mülki Məcəllənin 328.4-cü maddəsi). Əqd bağlanarkən iradənin ifadə üsulu əqdin forması adlanır. Əqdin etibarlı olması üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əqdlər şifahi və ya yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Yazılı əqdlər də iki cür olur: sadə əqdlər və notarial qaydasında təsdiq edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər - tərəflərin adları, əqdin məzmunu, iştirakçıların imzaları göstərilməlidir. Bu cür əqdlərin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir:
«Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:
1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir;
2) əqd hüquqauyğun hərəkətdir;
3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir;
4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür:
1) düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. Məsələn, müqavilənin bağlanması, zərərin əvəzinin ödənilməsi haqqında razılığın bildirilməsi və s.
3) susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi. Bu üsulla iradənin bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin razılığı ilə yol verilir. Məsələn, iştirakçılarından birinin müqavilənin şərtlərinin dəyişdirilməsi haqqında verilmiş təklifinə digər tərəfin susması onun razılığını göstərir.
Əqdlər üçün ən mühüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də motivdir. Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi məqsəd, hüquqi nəticə təşkil edir. Məsələn, alqı-satqı müqaviləsində məqsəd əşyanı alıcının mülkiyyətinə verməkdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, əqdin əsası təsadüfi məqsəd olmayıb, həmin əqd üçün tipik və daimi xarakter daşıyır. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır.
Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji amildir. Buna görə də əqdin motivləri çoxsaylı, əsas isə bir dənədir. Motivlər əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Məsələn, əgər şəxs ad günündə hədiyyə vermək üçün hər hansı bir əşya alırsa, onda bu motiv alqı-satqı müqaviləsinin hüquqi tərkibinə daxil edilmir.Əqdlərin növləri
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Vəsiyyətnamənin tərtib edilməsi, etibarnamənin verilməsi və s. birtərəfli əqdlərə misal ola bilər. Adətən, birtərəfli əqd bir şəxs tərəfindən bağlanılır. Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən ifadə oluna bilər. Məsələn, ümumi etibarnamənin verilməsi və s.
Bəzən birtərəfli əqdin hüquqi nəticələr yaratması üçün iradə ifadəsinin ünvanlanmış şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə iradə ifadəsinin mövcudluğunu bilmirsə, onda birtərəfli əqd hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, əgər müqavilənin pozulması haqqında xəbərdarlıq digər tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz.
İki tərəfin qarşılıqlı iradə ifadəsinin razılaşdırılması ilə yaranan əqdlərə ikitərəfli əqdlər deyilir. İkitərəfli əqdlər müqavilə adlanır. İkitərəfli əqdlər, əqdin ən geniş yayılmış növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və s. müqavilələr misal ola bilər.
Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından yaranan əqdlərə çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni binalar tikməsi üçün müqavilə bağlaması.
Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir tərəfin etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı olaraq müəyyən hərəkət edir və yaxud əmlakın dəyərini ödəyir. Məsələn, alqı-satqı müqaviləsində satıcının vəzifəsi əşyanı vermək, alıcının vəzifəsi isə müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir.
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir.
Bundan fərqli olaraq əvəzsiz əqdlərdə tərəfiər bir-birilərindən qarşılıqlı təminat almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə müqavilələri əvəzsizdir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir.
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s.
Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s.
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. Həqiqiliyi (etibarlılığı) əqdin əsasından asılı olan əqdlərə kauzal (latınca causa - səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal xarakter daşıyır. Kauzal əqdin əsas cəhəti onun hər hansı bir hüquqi məqsəd güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi əşyanı istifadəyə qoymaq, borc müqaviləsinin məqsədi isə pulu və ya əşyanı verməkdir. Kauzal əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir.
Həqiqiliyi əqdin əsasından asılı olmayan əqdlərə mücərrəd əqdlər deyilir. Mücərrəd latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd əqd öz məqsədindən ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar.
Mülki qanunvericilikdə əqdlər müddətli və şərti əqdlərə bölünürlər. Əksər hallarda əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri müəyyən vaxtın kəsilməsi ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır. Başlanğıc müddət əqdin tərəflərinin hüquq və vəzifələrinin yarandığı anı, icra müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə əqdin xitam olunduğunu göstərir.
Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq göstərilməyibsə, onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə bilər. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər:
Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi şərtilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci maddəsi).Əqdlərin formaları
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:
Elə dövlət hüquqi şəxsləri var ki, onların bağladığı əqdlər iki imza ilə - müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi də sadə yazılı əqdlərə aiddir.
Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən edilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
Notarial formanın sadə yazılı formadan fərqi ondan ibarətdir ki, əqdin notariat qaydasında təsdiqlənməsi yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:
1) bu Məcəllədə göstərilmiş hallarda;
2) bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə.
Hər şeydən əvvəl yaşayış evinin və s. daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət olunmalıdır.
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin müəyyən dövlət orqanında qeydiyyata alınması tələb olunur. Qeydiyyatdankeçmə başlıca olaraq əqdin məzmununun qanuniliyini yoxlamaq, həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata alınması məqsədi daşıyır. Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi).Əqdlərin etibarsızlığı
1) subyekt tərkibinə görə;
2) məzmununa görə;
3) formasına görə;
4) iradə və iradə ifadəsinə görə.
Subyekt tərkibinə görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, əqd onu bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə əqdlərin etibarsızhğı çox zaman onların fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması ilə izah olunur. Mülki Məcəllənin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eynilə qaytarmalı, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir.
Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə qayda yetkinlik yaşına çatmayanlar tərəfindən bağlanmış əqdlərə də şamil edilir. Bu şəxslər yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər.
Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız hesab olunur:
1) hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər;
2) hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər.
Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd və ya müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxsin, onun təsisçisinin və ya hüquqi şəxsin fəaliyyətinə nəzarət edən orqanın iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi).
Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə uyğun gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə, respublikanın qanun və qanun qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv əlamətidir. Subyektiv əlamət isə - tərəflərin əqdin hüquqazidd (qanunazidd) olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması ilə əlaqədardır.
Formasına görə bağlanan əqdlərin etibarsızlığı onunla şərtlənir ki, qanunla müəyyən olunmuş formaya riayət edilmir. Formanı pozmaqla bağlanmış əqdlər bilavasitə qanunda göstərilmiş hallarda etibarsız sayılır.
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir:
1) daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir.
2) iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Məsələn, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdlər və s.
3) daxili iradənin, qeyri-normal amillərin təsiri altında formalaşması. Bu cür etibarsız əqdlərə aldatma, yanılma və ya ağır vəziyyətə düşmə nəticəsində bağlanan əqdləri misal göstərmək olar.
4) iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: uydurma və yalan əqdlər.
Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd isə başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Hüquq normasına uyğun gəlməyən əqdlər bağlandığı andan buna aid iddianın qaldırılmasından və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz əqdlərdir. Bu cür əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisəli əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onlar tərəfindən etibarsız sayılmamışdırsa, qüvvədə qalır. Əqdi, həmin hissə daxil edilmədən bağlamağın mümkünlüyü güman edilərsə, əqdin bir hissəsinin etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına səbəb olmur.
Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.
Əgər belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio – bərpa deməkdir) tətbiq olunur.
Mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması restitusiya adlanır.Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur:
1) ikitərəfli restitusiyanın tətbiq edilməsi;
2) birtərəfli restitusiyanın tətbiq edilməsi;
3) restitusiyanın rədd edilməsi.
Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan, habelə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər üzrə məhz ikitərəfli restitusiyaya yol verilir. Mülki hüquqda bir qayda olaraq, ikitərəfli restitusiya tətbiq olunur.
Əqd bağlayarkən tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun hüquqlarını və qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi halda yalnız birtərəfli restitusiya tətbiq edilir. Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər üçün məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli tərəf aldığını bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən aldığı isə dövlət mədaxilinə tutulur.
Əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd edilməsi dedikdə, tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu zaman hər iki tərəfin icra etdiyi və ya icra etməli olduğu dövlət mədaxilinə keçir. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində qəsd olduğu hallarda tətbiq olunur.
Bəzi hallarda əqdin etibarsız sayılması, əqdin etibarsızlığında təqsirli tərəf üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.
Göründüyü kimi mülki hüquqda əqdin etibarsız sayılmasının mühüm əhəmiyyəti vardır. Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan hüquq və vəzifələrin yaranmasının qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal inkişafına şərait yaradır.