Konstitusiya hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin II hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62).
Beləliklə, andlılar məhkəmələri Azərbaycan Respublikasında, ABŞ, İngiltərə və s. ölkələrdə olduğu kimi çox geniş deyil, məhdud şəkildə tətbiq edilməsi nəzərdə tutulur ki, bunu da məqsədə müvafiq saymaq olar. Çünki, yalnız xüsusilə, ağır cinayətlərdə ittiham edilən şəxslərə münasibətdə andlılar məhkəmələrinin tətbiq olunmasını onunla izah etmək olar ki, bu zaman həmin şəxslərin həyatı həll olunur. Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq içərisindən seçilmiş və öz vicdanının səsinə qulaq asan 12 üzvə həvalə edilməsi daha məqsədə müvafiq olardı. «Konstitusiya Məhkəməsi haqqında» qanunun 40-cı maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:
Hal-hazırda Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatları vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. Bu islahatların mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun ləğv edilməsi və andlı iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.
Vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının andlı iclasçılar forması şeffenlər formasından daha çox demokratikliyi ilə fərqlənir. Belə ki, şeffenlər sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini andlılar məhkəmələrində olduğu kimi müstəqil deyil, peşəkar hakimlərlə bir kollegiyada həll edirdilər. Bununla da onlar peşəkar hakimlərin təsirilə öz müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 359-cu maddəsi konkret işlərə hansı hallarda andlılar məhkəmələrində baxılmasını müəyyən edir. Həmin maddəyə görə hakim aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir:
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə görə məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.
Hüquq ədəbiyyatında ədalət mühakiməsinə verilən anlayış əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar:
a) Konstitusiya məhkəmə icraatı;
b) xüsusi Konstitusiya icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya işləri üzrə konstitusiya məhkəmə icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan konstitusiya işləri üzrə xüsusi konstitusiya icraatı aşağıdakı növlərdə həyata keçirilir: Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə, itirdiyi barədə məlumatı aydınlaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin istefa ərizəsinə baxılması ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikasının Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin icraatı; yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66 maddəsinə görə ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsi, ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi.
Azərbaycan Respublikasında ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsidir. O, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.