Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-da yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-da konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır: bu fünksiyanı həyata keçirən zaman deputat kimin mənafelərini ifadə edir, xalqın, yoxsa yalnız onu seçənlərin, öz elektoratının?
3) bu mandat geri çağırıla bilməz; 4) bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir: Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir: Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur.
Deputatlıq fəaliyyətinin təminatlarından danışdıqda birinci növbədə immunitet və indemniteti qeyd etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. 5) deputat adına xələl gətirən hərəkətlər etdikdə; Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər: İkinci mənada, indemnitet - deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır. Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.
Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman hüquqşünasları tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:
1) bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən seçilməsinə baxmayaraq, onlar bütün xalqı təmsil edir;
2) bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır, onu konkret olaraq nəyisə etməyə məcbur etmək qadağan olunur, deputat seçicilər qarşısında məsuliyyət daşımır;
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya normalarında öz əksini tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat tətbiq olunur.
Bəzi müəlliflərə görə imperativ mandat deputatı verdiyi vədlərə əməl etməyə sövq edir. Çünki deputat vədlərə əməl etməzsə; bir sözlə, onun üzərinə qoyulan öhdəlikləri yerinə yetirməzsə, seçicilər onu geri çağıra bilər. Ona görə bir qrup müəlliflər imperativ mandatı, daha üstün tuturlar. Amma təcrübədə isə əksər hallarda hakim qüvvələr öz mənafeyinə uyğun gəlməyən şəxsləri bu üsulla «xalqın mənafeyi» adı altında mandatdan məhrum edirlər.
Bəzi müəlliflər deyirlər ki, azad mandat prinsipi deputata öz səlahiyyəti dövründə istədiyi kimi hərəkət etmək imkanı verir. Burada deputatın üzərinə öhdəlik qoyulmadığı və onun geri çağırılması mümkün olmadığı üçün o, verdiyi vədləri yerinə yetirmir. Amma bu fikir səhvdir. Çünki deputat öz vədlərini yerinə yetirməzsə, ikinci dəfə seçilmə ehtimalı azalır. Ona görə də o, öz fəaliyyətini elə qurmalıdır ki, xalq onu yenidən seçsin. Bütün bunlar majoritar qaydaya aiddir.
Proporsional qaydaya gəldikdə isə, burada bir fikir var: proporsional qaydada seçilmiş deputat partiyadan çıxarsa, partiya rəhbərliyinin göstərişlərinə riayət etməzsə, onun mandatı əlindən alınır. Yəni bu zaman deputat mandatı özü qazanmır, partiya qazanır.
Hazırda dünya praktikasında parlamentarizmlə bağlı lobbi anlayışı da mövcuddur. Əsas etibarilə lobbiçilik funksiyasını iri maqnatlar əldə edirlər.
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17 may tarixli qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:
1) Milli Məclisin iclaslarında iştirak edir;
2) komissiyaların işində iştirak edir;
3) Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;
4) deputat sorğuları verir;
5) seçicilərlə iş aparır.
1996-cı il 17 may tarixli qanunun II fəslində deputatın hüquq və vəzifələri göstərilir. Deputatın hüquqları aşağıdakılardır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır, təqdimat intizam komissiyasına göndərilir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır. Tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verilir.
İndemnitet termini iki mənada başa düşülür:
Birinci mənada, indemnitet - deputatın öz fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyət daşımaması və şahid qismində ifadə verməkdən imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.
Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə cəlbolunma əsasları göstərilir:
1) Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
2) Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
3) Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;
4) Milli Məclis və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə;
6) Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə.
1) xəbərdarlıq;
2) sözkəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.
1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra işə düzələnədək bir il müddətində deputatın əmək haqqının 80%-i məbləğində pul təminatı alır. Səlahiyyət müddəti qurtardıqdan sonra təqaüd yaşına çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.