Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları «insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.
Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə yuxarıda göstərilən prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini ayrı-ayrı maddələrdə müxtəlif ifadələrin təsbitində tapır. İnsan hüquqları haqda söhbət gedən yerlərdə Konstitusiya «hər kəsin... hüququ vardır», «hər kəsə... təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir. Bu cür ifadələrdən istifadə onu göstərir ki, göstərilən hüquq və azadlıqlar Azərbaycan Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır. Burada belə bir formula diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan hələ vətəndaş deyil». Odur ki, vətəndaşlar insan hüquqlarından tam həcmdə istifadə etdikləri halda, dövlətin vətəndaşı olmayan, lakin dövlət ərazisində müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından istifadə edə bilərlər. İnsan və vətəndaş hüquq və azadlıqları mürəkkəb struktura malikdirlər. Onları aşağıdakı kriteriyalar üzrə təsnifləşdirmək olar: 2. Məzmunundan asılı olaraq 5 yerə ayrılır: 3. Tabeçiliyindən asılı olaraq: 4. Şəxsin konkret dövlətə mənsubiyyətindən asılı olaraq: 5. Yayılması dərəcəsindən asılı olaraq: 6. Subyektlərin xarakterindən asılı olaraq: 7. Onların həyata keçirilməsində dövlətin rolundan asılı olaraq:
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək olunmasına ümid edir.
Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:
Bununla yanaşı, 52-57-ci maddələrdə göstərilmiş hüquqlar yalnız Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Bunlar, əsasən siyasi hüquqlardır - vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, müraciət etmək hüququ və sairədir.
Konstitusiyada yalnız Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı vəzifələr də göstərilib - Vətənə sədaqət (maddə 74), Vətəni müdafiə (maddə 76), Dövlət rəmzlərinə hörmət (maddə 75). Azərbaycan Respublikasından qovulmanın və ya xarici dövlətə verilmənin (ekstradisiya) qadağan edilməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir (maddə 53)
İnsan hüquqlarının təmini üzrə vəzifəni öz üzərinə götürən dövlət, ondan, hüquq normalarında öz əksini tapmış etalonlara uyğun davranışı tələb etmək hüququna malikdir. Buna görə də dövlət fərdə qarşı öz tələblərini vəzifələr sistemi şəklində irəli sürür və onların icra edilməməsinə görə hüquqi məsuliyyət tədbirləri müəyyən edir.
Subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün davranış variantı, imkanıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi davranışıdır.
Cəmiyyətdə digərləri ilə qarşılıqlı əlaqədə olan insan həm cəmiyyət, həm də öz həmvətənləri ilə münasibətdə vəzifələrə malik olmaya bilməz. Buna görə də, vəzifə, hüquqi statusun hüquq və azadlıqlar qədər əhəmiyyətli elementidir. Onlar qırılmaz şəkildə bir-birinə bağlıdırlar və bir-birindən asılı olmadan mövcud ola bilməzlər. Bu cür asılılıq insanların əxlaqi qarşılıqlı fəaliyyətini yaradır. «İnsan hüquqları haqqında ümumi bəyannamə»nin 1-ci maddəsi bəyan edir: «Bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər və bir-birilə qardaşlıq ruhunda davranmalıdırlar».
Beləliklə, hüquq, azadlıq və vəzifələri ehtiva edən insan və vətəndaşın hüquqi statusu, insanların bir-birilə qarşılıqlı əlaqəsinin tarazlaşdırılmış üsullarının yaradılmasına və fərdin cəmiyyətin və dövlətin normal münasibətlərinin qurulmasına məqsədyönlü şəkildə təsir göstərir.
İnsan və vətəndaşın hüquqlarından danışarkən, əlbəttə ki, birinci növbədə onların bugünkü həyata keçirilməsi mexanizmləri və üsullarından danışmaq zərurəti yaranır. Burada da insan hüquqlarının mövcudluğu və fəaliyyəti prinsiplərinə toxunmaq çox vacibdir.
Bu prinsiplər, özünə demokratik xarici ölkələrdə insan və vətəndaş hüquq və azadlıqlarının inkişafının mütərəqqi təcrübəsini, həmçinin də, «İnsan hüquqları haqqında ümumi Bəyannamə»də, «Mülki və siyasi hüquqlar haqqında Pakt»da, «İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt»da, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında» və bir Sıra digər universal və regional aktlarda əks olunmuş, insan hüquqları müdafiəsinin beynəlxalq-hüquqi aspektlərini mənimsəyərək, öz əksini Azərbaycan Respublikasının Əsas Qanununda - Konstitusiyada tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasmın 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-CI hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunmuşdur.
İnsan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasında bəyan edilir ki, əsas hüquq və azadlıqlar toxunulmazdır və hər kəsə doğulduğu andan mənsubdur. Burada söhbət ondan gedir ki, əsas hüquqları dövlət bağışlamır, şəxsin doğulma faktı onun hüquqlara malik olmasına əsas verir.
İnsan və vətəndaşın hüquqi statusunun əsas prinsiplərdən başqa sair prinsiplərə aşağıdakıları da aid etmək olar:
1. Bəyan edilməsindən asılı olaraq əsas hüquq və azadhqları üç mərhələyə bölmək olar: