Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir. Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur. Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir. Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya institutları sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir: Referendum və azad seçkilər xalq hakimiyyətinin ali, birbaşa təzahür formalarıdır. Bu məsələlərin həlli üçün yalnız referendum keçirilməsi nəzərdə tutulub, başqa qayda yoxdur. Belə referendum məcburi referendum adlanır. Bununla yanaşı Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz (maddə 155). IV. Məkana görə: Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir ki, bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib ilkin şərtidir. Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir. Hakimiyyətin bölgüsü prinsipi, həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki, bunun nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır. Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit olunmasından asılı olmayaraq, artıq demokratiyaya doğru atılmış addım kimi qiymətləndirilməlidir Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır. Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır. Bu prinsiplərin dairəsini genişləndirmək də olar. Lakin, hüquqi dövlət quruculuğunun hüquqi əsaslarını bu prinsiplər təşkil edir. Digər prinsiplər bu prinsiplərdən törəmədir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə görə «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Həmin maddənin II hissəsində isə dövlət hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən olunur: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır», III hissədə isə «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir» müddəaları təsbit olunmuşdur. Yaxşı olardı ki, elə bu arada hüququn aliliyi prinsipinə yaxın digər prinsipləri qeyd edək. Çünki Konstitusiyanın digər institutlarında hüququn aliliyi prinsipinin həyata keçirilməsi üçün aşağıdakı prinsiplər hüquqi praktiki əhəmiyyət daşıyır: Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir. Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar. Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim). Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlər ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir. Dövlət rejimi. Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür.
Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.
Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.
Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır.
Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.
Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:
Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər.
Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.
Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:
Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir.
Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
Azərbaycan Respublikasında seçkilərə - Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri aiddir.
Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür. Seçkiləri başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üsulu kimi də xarakterizə etmək olar. Seçkilər cəmiyyətin siyasi barometridir.
Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüququ aktları təşkil edir.
Referendum və seçkilər - birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə, bir-birindən fərqlənirlər. Onların məqsədi eynidir - xalqın iradəsini ifadə etmək; subyektlərinə görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan vətəndaşlar seçkilərdə də iştirak edə bilər.
Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir. «Referendum» latın sözü olub, bildirilməsi zəruri olan, xəbər verilməli fakt mənasını verir və zəngin tarixə malikdir. Referendum keçirilməsi şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.1-ci maddəsində göstərilir: «Referendum - Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi»dir.
Referendum xalq hakimiyyətinin bariz nümunəsidir
Azərbaycan Respublikası Konstitusiyanın 3-cü maddəsinin 2-ci hissəsinə görə aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll oluna bilər:
Bundan əlavə, Konstitusiyanın 155-ci maddəsinə əsasən aşağıdakı məsələləri müəyyən edən maddələrə dəyişikliklər və ya onların ləğv edilməsi referenduma çıxarıla bilməz:
1) maddə 1 - Hakimiyyətin mənbəyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
2) maddə 2 - Xalq suverenliyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
3) maddə 6 - Hakimiyyətin mənimsənilməsinin yolverilməzliyi - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
4) maddə 7 - Azərbaycan dövləti - maddəsinə
5) maddə 8 - Azərbaycan dövlətinin başçısı - maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
6) maddə 21 - Dövlət dili;
Referendumun təsnifatı müxtəlif meyarlara görə aparılır.
I. Predmetinə görə:
1) konstitusion referendum - Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi ilə əlaqədardır;
2) qanunverici referendum - qanunların qəbul edilməsi ilə əlaqədardır;
3) beynəlxalq-hüquqi;
4) inzibati-hüquqi.
II Məcburiliyinə görə:
1) məcburi referendum - burada hər hansı bir məsələnin yalnız referendumla həlli nəzərdə tutulur;
2)fakultativ referendum - müvafiq məsələlər üzrə referendum keçirilə də bilər, keçirilməyə də.Hər iki halda referendumun nəticəsi mütləq hüquqi nəticə hesab olunur.
III. Keçirilmə müddətinə görə:
1) parlamentə qədərki - qanun layihəsinə parlamentdə baxılana qədər keçirilən referendum (məşvərətçi referendum);
2) parlamentdən sonrakı - qanun layihəsinə parlamentdə baxılandan sonra keçirilən referendum.
1) ümummilli referendum;
2) regional referendum;
3) yerli referendum.
Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən, mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır.
Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur.
Yeni Konstitusiyanın II fəsli «Dövlətin əsasları» adlanır və 7-ci maddədə Azərbaycan dövləti xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili əsasları göstərilir. 7-ci maddənin III hissəsinə görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi «Dövlət hakimiyyəti», tamamilə hakimiyyətin bölünməsi prinsipi üzərində qurulmuşdur. V fəsildə qanunvericilik, VI fəsildə icra, VII fəsildə isə məhkəmə hakimiyyətindən bəhs edilir, onların təşkili və fəaliyyəti əsasları, hüquqi vəziyyəti, qəbul etdiyi aktların hüquqi qüvvəsi və s. kimi məsələlər müəyyən edilir. Yuxarıda qeyd edilənlərə bir qədər dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət budağının hakimiyyətin bölgüsü çərçivəsində eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların bölgüdə iştirak dərəcəsinin və onların öz aralarında münasibətlərinin müxtəlif olması aydın olar. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir.
Azərbaycan Respublikasının Konstitusiyasında demək olar ki, bütün hakimiyyət orqanları hakimiyyətin bölünməsi prizmasından nəzərdən keçirilir və eyni şəkildə də təsbitlənir.
İdeoloji müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət səviyyəsində məcburi ideologiya kimi müəyyən edilmir. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas ideologiya olmamalıdır. Belə ideologiyanın Azərbaycan cəmiyyətinin əksər sosial təbəqələri və qrupları tərəfindən bəyənilməsi və himayə edilməsi lazımdır. Bəzən cəmiyyətdə mövcud olan ideoloji mühit cəmiyyətin möhkəmliyinə kömək etmir, çox vaxt mənəvi, mədəni əsasları sarsıdır, hərc-mərciliyə və ideoloji nihilizmə aparıb çıxarır.
Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq; ikincisi, ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai birliklərin sərbəst fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunun məcburi dəyişdirilməsi və onun bütövlüyünün pozulmasından, dövlətin təhlükəsizliyinin sarsıdılması, silahlı birləşmələr yaradılması, sosial, irqi, milli və dini düşmənçiliyin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyətinin qadağan olunması
Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət - hüquqi dövlətdir.
Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.
Bu prinsiplər əsasən, aşağıdakılardır:
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.
«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».
Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində tapmışdır: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir».
Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası kimi qəbul edilir.
Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır.
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir ki, bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Bu bölmələr Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətini müəyyən edir. Xüsusilə: insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
Konstitusiyanın birinci bölməsində verilən bu ümumi müddəalar Konstitusiyanın sonrakı - insan və vətəndaşların hüquq və azadlıqları bölməsində və dini birliklər haqqında qanunda konkretləşir. Buna Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ), 47-ci maddəsi (Fikir və söz azadlığı), 48-ci maddəsi (Vicdan azad-lığı), 58-ci maddəsi (Birləşmək hüququ) və s. maddələri misal göstərmək olar.
Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən edir:
- dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;
- dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir;
- dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;
- siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir.
Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir.
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.
Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur.
Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.
Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.