Dünya dövlətləri konstitusiyalarının əsasən hamısında ölkənin hər bir vətəndaşı işləmək hüququna malikdir deyilir. Azərbaycan Respublikasının mövcud konstitusiyasında da belədir. Respublikamızın əmək qanunvericiliyi də bu məsələni öz qanunları ilə təsbit etmişdir. Lakin, çox təəsüflər olsun ki, respublikamızda bu məsələyə riayət edən idarə və təşkilat rəhbərləri çox azdır və «Ağanəzərəm, belə gəzərəm» özüm nə istərəm onu edərəm «kəlamına» daha çox üstünlük verirlər. Hərə özünü rəhbərlik etdiyi idarənin «xanı» hesab edir.
Əslində isə əmək qanunvericiliyi qanunu — qanuni əsaslar olmadan müdirriyətin təşəbbüsü ilə fəhlə və qulluqçuların işdən çıxarılmasını qadağan edir.
Azərbaycan xalq məhkəmələri tərəfindən işə bərpa haqqında iddiaları və ƏdliyyəNazirliyinin statistika məlumatlarına nəzər yetirsək respublikada qanunsuz işdən azad olunmaların get-gedə çoxaldığını görərik.
Milli Məclisinin 1992-ci il əmək qanunları məcəlləsinin 239-cu maddəsinə görə fəhlə və qulluqçu qanuni əsas olmadan və ya işdən çıxarıldıqda, yaxud qanunsuz başqa işə keçirildikdə əmək mübahisəsinə baxan təşkilat onu əvvəlki işinə bərpa etməlidir. Həm də, burada söhbət tək işə düzəltmədən deyil, işçinin çıxarıldığı işin əmək şəraitinə, ixtisasına, peşəsinə uyğun olan işin verilməsindən gedir. Əgər, işçi qanuni əsaslar olmadan, yaxud işdən çıxarılmanın müəyyən olunmuş qaydası pozulmaqla işdən çıxarılmışsa, müəssisənin ləğv olunması nəticəsindən onu əvvəlki vəzifəsinə bərpa etmək mümkün olmadıqda və onun razılığı ilə başqa işə keçirmək imkanı olmadıqda, məhkəmə işdən çıxarmanı qanunsuz hesab edir və işçinin iddiası üzrə ləğvetmə komissiyasının, yaxud ləğv olnmuş müəssisənin tabe olduğu yuxarı təşkilatın üzərinə məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi üçün əmək haqqının ödənilməsi qoyur. Eyni zamanda məhkəmə işçinin ƏQM-nin 38-ci maddəsinin 1-ci bəndi üzrə, yəni müəssisə, idarə, təşkilatın ləğv olunması ilə əlaqədar işdən çıxarılmış hesab edir. Qanunsuz olaraq işdən çıxarılmış işçi bütün hallarda (müəssisənin ləğv edilməsi istisna olmaqla) işə bərpa olunmalıdır. Qanunsuz olaraq işdən çıxarılmış işçinin başqa işdə olması onun əvvəlki işinə bərpa olunması üçün əsas ola bilməz.
Qanunsuz olaraq işdən çıxarılmış vətəndaşların müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş zəhmətkeşə məcburi proqul üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan təşkilat işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edir, lakin ödəniş müddəti ən çox bir il ola bilər. Əmək kitabçasında işdən çıxarılmanın səbəbinin düzgün göstərilməsi və ya səbəbin ifadəsinin qanunvericiliyə uyğun gəlməsi işçinin yeni işə girməsinə mane olduğu hallarda məcburi proqul müddəti üçün əmək haqqı da əmək mübahisəsinə baxan təşkilatın qərarı ilə ən çoxu bir il ödənilə bilər.
Qanunsuz olaraq başqa işə keçirilmiş və əvvəlki işinə bərpa olunmuş fəhlə və qulluqçuya məcburi proqul müddəti üçün orta əmək haqqı (yaxud azmaaşlı işin yerinə yetirildiyi müddətdə əmək haqqı arasındakı fərq) əmək mübahisəsinə baxan təşkilatın qərarı ilə ən çoxu bir il müddətinə ödənilə bilər.
Qanunsuz olaraq işdən çıxarılmanın qarşısını almaqdan ötrü qanunda nəzərdə tutulan təminatlardan biri də, işçinin qanunsuz olaraq işdən çıxarılması və yaxud başqa işə keçirilməsinə görə, işçini işə qəbul etmək və işdən çıxarılması və yaxud başqa işə keçirilməsinə görə, işçini işə qəbul etmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsin üzərinə məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müəssisəyə, idarəyə, təşkilata vurulmuş zərərin ödənilməsi vəzifəsinin qoyulmasıdır. Bu məsuliyyət məhkəmə tərəfindən yalnız işçinin işdən çıxarılması, yaxud başqa işə keçirilməsi barədə əmr vermiş vəzifəli şəxsin üzərinə qoyula bilər.
Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçinin əvvəlki işinə bərpa etmək haqqında əmək mübahisələrinə baxan təşkilatın çıxardığı qətnamə dərhal icra edilməlidir.
Müəssisənin, idarənin, təşkilatın, müdirriyyətin qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçini işə bərpa etmək haqqında məhkəmə qətnaməsinin icrasını ləngitsə, işçinin işə bərpa etmək haqqında qərar çıxarmış məhkəmə ləngidilən müddət üçün işçiyə orta əmək haqqının və ya əmək haqqındakı fərqin ödənilməsi barədə qərar çıxarır.
Məhkəmənin qətnaməsini icra emək nəticəsində işçiyə pul məbləğinin ödənilməsi ilə vurulmuş zərər işə bərpa etmək haqqında məhkəmə qətnaməsinin icra etməməkdə təqsikar olan vəzifəli şəxsdən müəssisənin, idarənin, təşkilatın və ya yuxarı təşkilatın iddiası ilə, habelə məhkəmənin təşəbbüsü və ya prokurorun ərizəsi ilə alına bilər. Əgər göstərilən vəzifəli şəxs məhkəmədə işə baxılarkən müəssisə, idarə, təşkilatla əmək münasibətlərini xitam etmişsə, məhkəmə həmin şəxsin üzərinə maddi məsuliyyət qoya bilər, çünki əmək müqaviləsinin pozulması işçinin maddi zərəri ödəmək vəzifəsindən azad etmir.
Məcburi proqul müddəti üçün əmək haqqı son iki təqvim ayının əmək haqqından hesablanır. Əgər, işçi həmin müəssisədə iki aydan az
işləmişsə, onda əmək haqqı faktiki işlənmiş vaxta görə verilmiş əmək haqqından hesablanır. Bununla yanaşı işçi işdən çıxarıldıqda, haqq- hesabın ödənilməsinin işdən çıxarılmış işçiyə əmək kitabçasının verilməsinin ləngidilməsi işdən çıxarmanın ifadə səbəblərinin düzgün göstərilməməsi ilə əlaqədar məcburi proqul müddəti üçün, habelə məhkəmənin, ƏMK Həmkarlar İttifaqı Komitəsi, yaxud yuxarı təşkilatın işə bərpa haqqında qərarının icrasının ləngidilməsinə görə tutulan pul məbləğlərində də orta əmək haqqını müəyyən etmək lazımdır.
Əvvəlki işinə bərpa olunmuş işçi orta əmək haqqı tutularkən, ona verilmiş işdən çıxarma müavinəti nəzərə alınır. Bu zaman habelə, başqa müəssisədə görülən işə görə verilən haqq və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət də nəzərə alınır.
Məhkəmələr hər bir konkret halda əmək mübahisələrini doğuran səbəb və şəraiti aşkar edib, xüsusi qərarlar çıxarılmaqla, əmək qanunvericiliyinin kobud surətdə pozulması, o cümlədən məcburi proqul müddəti üçün əmək haqqı ödənilməsi ilə əlaqədar idarə, müəssisə və təşkilata vurulmuş ziyana görə maddi məsuliyytin təqsirkar vəzifəli şəxslərin üzrəinə qoyulması barədə qanunun tələbinə ciddi əməl etməlidirlər.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT
Baş iqtisadçının vəzifə hüquqları
Böyük, yaxud kiçikliyindən, dövlət yaxud şəxsi olmasından asılı olmayaraq bütün müəssisələrdə baş iqtisadçı vəzifəsinin olması məqsədyönlüdür. İqtisadçı və baş iqtisadçı ilk növbədə mütəxəssis, yəni işlədiyi müəssisənin profilinə uyğun təhsilli olmalıdır. İşəgötürən tərəf üçün bu tələb mütləqdir. Digər tərəfdən baş iqtisadçının dövlət tərəfindən qəbul edilmiş vəzifə borcları, vəzifə hüquqları vardır. İşəgötürən tərəf baş iqtisadçının bu hüquqlarına hörmət etməyə borcludur. Müəssisə, təşkilat və idarələr isə baş iqtisadçının öz vəzifə borcunu vicdanla, qanun çərçivəsində yerinə yetirməsini tələb etməlidir. Belə olan halda baş iqtisadçının vəzifə hüquqları nələrdən ibarətdir. Baş iqtisadçı ilk növbədə müəssisənin iqtisadi fəaliyyətini və təkmilləşdirilməsini həyata keçirir. İqtisadi anlayış, nəzəriyyə və operativ metodların təkmilləşdirilməsi və inkişafı üzrə tədqiqatlar aparır. Müəssisənin bütün bölmələrinin iqtisadi və sosial inkişafının perspektiv planlarının tərtibinə metodiki rəhbərlik edir və fəaliyyətini əlaqələndirir.
Baş iqtisadçı müəssisənin təsərrüfatında material, əmək və maliyyə rejiminə ciddi riayət olunmasına təminat yaradır. Müəssisənin iqtisadi cavabdehliyini, təsərrüfat müstəqilliyini, əmək məhsuldarlığını artıra bilən tədbirlər hazırlayır.
Müəssisə, istehsalat, təsərrüfat fəaliyyətini, iqtisadi təhlilini və yekununa qiymət verilməsi işini təşkil edir.
İqtisadiyyat elminin nailiyyətlərinin təcrübədə tətbiq edilməsi üçün tədbirlər görür.
İqtisadi hesablamalar apararaq yeni texnikanın və texnologiyanın tətbiqi üzrə, istehsalatın, əməyin, idarəetmənin yeni növ məhsulun
yaranması və mənimsənilməsi, səmərəli təkliflərin və elmi kəşflərin tətbiqinin effektliyini araşdırır. Müəssisənin iqtisadi göstəricilərinin müqayisəli təhlilini aparır, iqtisadi sahədə qabaqcıl təcrübəni tətbiq etməyə rəhbərlik edir. Müəssisənin iqtisadi göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Müəssisənin iqtisadi fəaliyyətinin yekunları haqda hesabatın yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət edir. Müəssisənin iqtisadi işlə məşğul olan struktur bölmələrinə rəhbərlik edir, istehsalın idarə olunmasında iqtisadi cəhətdən məqsədəuyğun qərarların tətbiqinə təsir göstərir. Baş iqtisadçı müəyyən məsələləri yerinə yetirmək üçün bir çox hüquqi aktlardan baş çıxarmağı bilməlidir.
О, birinci növbədə sahənin inkişaını istiqamətləndirən hökumət qərarlarını və qətnamələrini, yuxarı təşkilatların qərar, əmr və sərəncamlarını, digər planların, işlərin yerinə yetirilməsi məsələlərinə baxılmada, eləcədə əməyin, idarəetmənin proqresiv formalarını bilməyə borcludur.
Baş iqtisadçının bilməli olduğu əsas məsələlər aşağıdakılardır: — Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, müəssisə, idarə və təşkilatın işinin planlaşdırılması, təhlili və hesabı üzrə metodik, normativ və digər rəhbər materialı; plan işinin təşkili, müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə və istehsalat fəaliyyətini perspektiv və ilkin planlarının işlənib hazırlanma qaydasını; müəssisə, idarə və təşkilatın fəaliyyət göstəricilərinin iqtisadi təhlili və hesablama metodlarının, təsərrüfat vasitələrinin və onların formalaşma mənbələrinin sənədlərlə rəsmləşdirmə, eləcə də ehtiyatlara qənaət işlərinin aparılması qaydalarını; tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi; yeni texnika və texnologiyanın, səmərəli təkliflərin və ixtiraların tətbiqi metodlarını; iqtisadi hesablamaların və hesablama işini aparma vastələrini və metodlarını; müqavilələrin bağlanması üçün materialların rəsmiləşdirmə qaydasını; statistik hesablama işinin qaydasını; müəyyən olunmuş hesabatın tərtibinin qayda və müddətlərini; hesablama texnikasının istismarı qaydasını; müəssisə, idarə və təşkilatın təsərrüfat fəaliyyətinin təhlili; iqtisadiyyatı, istehsalatın təşkilini, əmək və idarəetməni; əmək qanunvericilyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalatın sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələblərinə gəldikdə isə baş iqtisadçının 6-cı dərəcəsi üçün orta ixtisas (iqtisadi) təhsili və texniki vəzifəsində 3 ildən az olmayaraq iş stajı və orta ixtisas təhsili mütəxəssisləri əvəz edən başqa vəzifələrdə 5 ildən az olmayaraq iş stajına malik olmalıdır.
7-ci dərəcə üzrə işə götürülən baş iqtisadçı iş stajına tələb qoyulmadan ali iqtisadi və ya mühəndis iqtisadi təhsilli olmalıdır. Baş iqtisadçı 8-9-cu dərəcə üzrə götürülərsə, onun ali iqtisadi və ya mühəndis iqtisadi təhsili, iqtisadçı vəzifəsində 3 ildən az olmayaraq iş stajı olmalıdır.
Ali iqtisadçı (10-11-ci dərəcə) ali iqtisadi və ya mühəndis iqtisadi təhsil və 9-cu dərəcəli iqtisadçı vəzifəsində 2-3 ildən az olmayaraq iş stajı olduqda işə götürülməlidir.
Belə olduqda hər iki tərəfin hüquqları mövcud qanunlar çərçivəsində müdafiə olunur, hüquqi dövlətin iqtisadi atributları demokratik dövlətlər üçün olduğu kimi inkişaf edir.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT