ABŞ prezidenti təşkilatı dünyada ən güclü idarələrdən sayılır. Dünyanın hər yerində, Avropa dövlətlərində varislik prinsipinə əsaslanan monarxlar hakimiyyətdə olduğu bir vaxtlarda məhdud səlahiyyətli, az müddətli prezidentlik ideyası ağlasığmaz bir qayda idi. ABŞ-da prezidentliyin tətbiqinin ilk günlərindən prezident müavinin də seçkili olması Konstitusiya ilə təsbit edilmişdir. ABŞ Konstitusiyasına görə icra hakimiyyəti prezidentə həvalə olunur. Bununla paralel prezident müavini Vərəsə sayılır və Senatın sədrliyi də ona tapşırılır. Prezident xəstə olarkən, məzuniyyətdə olarkən, müalicədə olarkən, ölərkən prezidentin səlahiyyətləri onun müavininə keçir. Eyni zamanda Konstitusiya Konqresə səlahiyyət verir ki, prezident müavinindən sonra prezidentliyə kimi vərəsəlik hüququ olduğunu müəyyənləşdirsin.
ABŞ Konstitusiyasına görə prezidentliyə namizəd, Amerikada doğulmuş və ən azı 35 yaşı olmalıdır. Prezidentliyə namizədləri prezident seçkilərinə bir neçə ay qalmış siyasi partiyalar irəli sürür. Seçkilər hər dörd ildən bir noyabrın 1-ci bazar ertəsindən sonra çərşənbə günü aparılır. ABŞ-da ancaq iki dəfə prezident seçilmək olar.
ABŞ Prezidentinin əmək haqqı 200.000 dollardır. Bununla yanaşı onun işi ilə əlaqədar 50.000-dən 100.000 dollara qədər pul səfər və qonaq qəbulu üçün vergi qoyulmayan məbləğ də vardır. Noyabr ümumi seçkilərindən sonra gələn 20 yanvarda prezidentin andiçmə mərasimi keçirilir. Andın mətni Konstitusiyanın II Maddəsində yazıldığı kimi olmalıdır.
«Mən təntənə ilə and içirəm ki, mən Birləşmiş Ştatların Prezidenti vəzifəsini vicdanla icra edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasını müdafiə, mühafizə və hifz etmək üçün var qüvvəmi əsirgəməyəcəyəm».
ABŞ prezidenti bir başa olmasa da, qanunvericiliyə təsir hüququna da malikdir. Prezident səlahiyyətlidir ki, yüksək səlahiyyətli işçilərlə yanaşı Ali Məhkəmənin özü və üzvləri də onun təklifi ilə Senata müzakirə və təsdiq üçün göndərilsin. İcra şaxəsinin öz daxilində prezidentin Milli işləri və federal hökümətini idarə etmək sahəsində çox geniş səlahiyyətləri var. Prezident qaydalar, qanunlar, göstərişlər verə bilər ki, bunlar da icra əmrləri adlanır. Bununla yanaşı federal işçilərin böyük əksəriyyətini Mülki Xidmətlər sistemi seçir ki, bu sistem də vəzifəyə təyinolunma və vəzifənin artırılması bacarığa və təcrübəyə əsaslanır.
ABŞ Konstitusiyasına görə, prezident xarici ölkələrlə Birləşmiş Ştatlar arasında əlaqələrin tənzimlənməsi sahəsində 1-ci dərəcəli məsuliyyət daşıyan federal vəzifəli şəxsdir.
ABŞ-da prezident səlahiyyətlərinə məhdudiyyətlər qoyulsa da, onun nüfuz və səlahiyyətləri digərlərindən daha böyük və nüfuzludur.
Prezident tərəfindən təyin olunan və Konqress tərəfindən təsdiq olunan departament başçıları, müşavirələr şurası yaradırlar ki, bu da prezident «Kabineti» adını almışdır. ABŞ-da 14 departament var və ona əlavə olaraq, bir sıra xidmət təşkilatları da var ki, onlar Prezidentin İcra İdarələrini təşkil edir. Buraya Ağ Evin işçi heyəti, Milli Təhlükəsizlik Şurası, İdarəetmə və Büdcə İdarəsi, İqtisadi Müşavirələr Şurası, Birləşmiş Ştatlar Əmək Nümayəndəliyi İdarəsi və Elm və Texnologiya İdarəsi aiddir.
ABŞ-da prezident öz vəzifələrini məsləhətsiz və kömək olmadan icra etməsi mümkünsüzdür.
Departamentlər Şöbələrə, bürolara, idarələrə və xidmətlərə bölünür ki, onların da hər birinin özünəməxsus vəzifələri vardır.
- Kənd Təsərrüfatı Departamenti çalışır ki, müvafiq qiymətlər qorunsun, qoyulsun, istehsalçılar ilə istehlakçılar üçün sabit bazarlar olsun.
- Ticarət Departamenti xalqın beynəlxalq ticarətinə, iqtisadi yüksəlişinə və texnoloji tərəqqisinə təkan verməyə xidmət edir.
- Qərargahı Pentaqonda yerləşən Müdafiə Departamenti milli hərbi təhlükəsizliklə bağlı olan bütün məsələlərə məsuliyyət daşıyır.
- Təhsil Departamenti — Təhsil və Rifah Departamentinin apardığı işləri, digər altı başqa agentliyə rəhbərlik edir.
- Enerji Departamenti bu işlə məşğul olan bir neçə dövlət agentliklərin işlərini də koordinasiya edir, işinə məsuliyyət daşıyır.
- Səhiyyə və İnsan Xidmətləri Departamenti amerikalıların bilavasitə həyatı ilə başqa federal agentliklərdən daha çox bağlıdır. ABŞda bu departament 65 yaşını keçmiş insanların Tibbi Qayğı adı altında tibbi müayinə ilə bağlı borclarını, xərclərini ödəyir.
- Mənzil Tikintisi və Şəhərsalma Departamenti iqtisadi inkişafa kömək edən və xalqın rahat mənzillərlə təmin olunmasına yardım edən prqoramlara rəhbərlik edir.
- Xalqın əsas mühafizə agentliyi kimi, Daxili İşlər Departamenti Birləşmiş Ştatlarda millətin federal malı olan torpaqların böyük əksəriyyəti və təbii mənbələr üçün məsuliyyət daşıyan idarədir.
- Ədliyyə Departamentinə baş atorney, federal hökumətin baş qanun vəzifədarı rəhbərlik edir. Departamentin Birləşmiş Ştatları hüquqi məsələlərdə və məhkəmələrdə təmsil edir və prezidentin, icra departamentlərinin hüquq və qanunlardan məsləhət verir, rəylər söyləyir.
- Əmək Departamenti Birləşmiş Ştatlarda muzdlu işçilərin rifahını təmin edir, iş şəraitinin yaxşılaşdırılmasına kömək edir və əməklə əməyiidarə arasında əlaqələrin qaydasında olmasını tənzimləyir. Departament həm də bir çox federal əmək qanunlarına nəzarət edir.
- Dövlət Departamenti ABŞ-ın bütün işlərinə məsuliyyət daşıyan prezidentə Birləşmiş Ştatların xarici siyasətini formalaşdırmaq və icra etmək sahəsində məsləhətlər verir. Bu departament Amerikanın xarici mənafelərini müəyyənləşdirir, siyasət və gələcək fəaliyyət haqqında təkliflər verir və mövcud siyasətin həyata keçirilməsi üçün lazımi addımlar
- Nəqliyyat Depatamenti 1966-cı ildə 8 müxtəlif departamentin və yaradılmışdır. Departament fəaliyyətdə olan 9 inzibati birlik vasitəsi ilə dövlətin bütün nəqliyyat siyasətini tənzimləyir.
- Xəzinə Departamenti amerikalıların maliyyə və valyuta ehtiyaclarına xidmət üçün məsuliyyət daşıyır. Departament əsasən maliyə, vergi, pul siyasətini formalaşdırır, onu ABŞ qanunları ilə tənzimləyir, dəmir və kağız pullar kəsir.
- Veteranlar İşləri Departamenti 1930-cu ildə yaradılmışdır və 1988-ci ildə Kabinet səviyyəsinə qaldırılmışdır. Departament Birləşmiş Ştatlarda hərbi xidmət zamanı xüsusi fərqlənmiş veteranlar və onların himayəsində onlanlar arasında ayrı-ayrı gəlirləri və xidmətləri tənzimləyir.
- Təbabət və Cərrahiyyə Departamenti veteranları xəstəxana və müalicəqayğı ocaqları ilə təmin edir.
Yuxarıda dediyimiz kimi icra departamentləri federal hökumətin əsas fəaliyyət göstərən vahidləridir. Lakin, bir çox başqa agentliklər də var ki, onlar dövlət və iqtisadi fəaliyyətin ahəngdar olması işində xüsusi məsuliyyət daşıyırlar. Belə agentliklər müstəqil agentliklər adlanırlar. Müstəqil agentliklərdən «Hərəkət»-əsas insan ehtiyaclarını ödəmək, «Mərkəzi Kəşfiyyat Agentliyi», «Ətraf Mühiti Agentliyi», «Federal Rabitələr Komissiyası», «Federal Ehtiyat Sistemi», «Federal Əmək Komissiyası», «Ümumi Hesablama İdarəsi», «Ümumi Xidmətlər Administrasiyası», «Ştatarası Ticarət Komissiyası», «Dövlət Aeronavtika və Kosmos Administrasiyası», «Sənətşünaslıq və Humanitar Elmləri Fondlaşdırma», «Dövlət Əmək Əlaqələri Şurası», «Dövlət elm Fondlaşdırma», «Dövlət Əmək Əlaqələri Şurası», «Dövlət Elm
Fondlaşdırma», «Narkotikaya Nəzarət Siyasəti Dövlət İdarəsi», «Şəxsi Heyyəti İdarəetmə Müəssisəsi», «Sülh Korpusu», «Qiymətli Kağızlar», «Kiçik Biznes Adminstrasiyası», «Beynəlxalq İnkişaf üçün Birləşmiş Ştatlar Agentliyi», «Birləşmiş Ştatlarda Silahlara Nəzarət və Tərkisilah Agentliyi», «Birləşmiş Ştatlar Məlumat Agentliyi» və «Birləşmiş Ştatlar Poçt Xidməti»ndən ibarətdir.
Göründüyü kimi Prezidentin səlahiyyətində və ABŞ dövləti üzrə bütün icra strukturları ABŞ Prezidenti ətrafında olub, birbaşa onun özünə tabedirlər. Amma, ən böyük məqam ondan ibarətdir ki, Azərbaycan Dövlətçiliyinə uyğun danışsaq-Prezident və onun icra təşkilatları, ABŞ-ın Milli Məclisi və Nazirlər Kabineti bir-birlərindən ABŞ Konstitusiyası əsasında çox asılıdırlar və bu qurumların heç biri, o cümlədən geniş səlahiyyətlər sahibi olan ABŞ Prezidenti istəsə də diktator, monarx, təkhakimiyyətlilik edə bilməz və o «eşqə» düşmək istəsə, onu dərhal tutduğu vəzifəsindən kənarlaşdırarlar.