ABŞ-da məhkəmə hakimiyyəti

ABŞ-da məhkəmə hakimiyyəti

1930-1941-ci illərdə ABŞ-ın Ali Məhkəməsinin Sədri olmuş Çarlz Evans Hyucs demişdir: «… Məhkəmə hakimiyyəti (ABŞ-da) Konstitusiyaya əsasən azadlığımızın və mal-mülkümüzün qorunmasıdır».
Federal hökumətin 3-cü şaxəsi olan məhkəmə hakimiyyətinə Birləşmiş Ştatların Ali Məhkəməsi rəhbərlik edir. Bu şaxə bütün ölkəyə yayılmış məhkəmə sistemindən ibarətdir. Onu da qeyd edək ki, ABŞ-da konstitusiya yaradılmazdan əvvəl ştat məhkəmələri bir sistem kimi mövcud idi.
ABŞ Konstitusiyasının 3-cü Maddəsi federal məhkəmə sisteminin əsasını belə ifadə edir: «Birləşmiş Ştatların məhkəmə hakimiyyəti vahid bir ali məhkəmənin və onun tabeliyində olan elə məhkəmələrin ixtiyarına verilir ki, Konqres onları vaxtaşırı yarada və təsdiq edə bilər».
Deyilən maddəyə əsasən, 1-ci Konqres ölkəni bölgələrə böldü və hər bölgə üçün bir federal məhkəmə yaratdı. ABŞ-da hazır ki, struktur vahidlər həmin dövrdən yaranmışdır. ABŞ Ali Məhkəməsi, 11 apellyasiya məhkəməsi, 91 bölgə məhkəməsi və 3 xüsusi yurisdiksiya məhkəmələri cəmindən ibarətdir. ABŞ Konqresinin bu gün də federal məhkəmələri yaratmaq və ləğv etmək, eyni zamanda federal məhkəmə sistemləri sədrlərinin sayını müəyyən etmək səlahiyyətləri vardır. Bununla yanaşı Konqres Ali Məhkəməni qadağan edə bilməz. Ali Məhkəmə səlahiyyəti Konstitusiyada göstərilən aşağıdakı halları ehtiva edir: ABŞ qanunlarını və sazişlərini, dənizçilik və dəniz ticarəti ilə bağlı halları, ABŞ-da xarici ölkələrin səfirləri, nümayəndələri və konsulları ilə bağlı işləri, ABŞ hökumətinin iştirak etdiyi anlaşılmazlıqları, ştatlar və onların vətəndaşları ilə xarici ölkələr və ya onların vətəndaşları, yaxud başqa subyektləri arasındakı anlaşılmazlıqları, Konstitusiyaya 11-ci Düzəliş bir ştatın vətəndaşlarının iddiaçı və başqa ştat hökumətinin müdafiədə olduğu halları federal məhkəmənin həll etmək səlahiyyətindən çıxarıb, lakin bu Düzəliş Ştat hökuməti iddiaçı və başqa bir ştatın vətəndaşının müdafiədə olma halının federal yurisdiksiyası yolu ilə həll olunmasına toxunmamışdır.
ABŞ məhkəmə sistemi
Federal məhkəmələrin səlahiyyəti həm zərərvurma və başqa bərpa oluna biləcək hərəkətlərə görə mülki işlərə, həm də federal qanun əsasında qaldırılan cinayət xarakterli işə baxmaqdır. Federal məhkəmənin yurisdiksiya səlahiyyətinə aid olan elə hallar da var ki, onlara ştat məhkəməsi baxıb və qərar verə bilər.
Konstitusiya məhkəmələrin müstəqilliyini mühafizə edir və bu məqsədlə federal məhkəmələrə «özlərini yaxşı apardıqları tədqirdə», onlar ölüncəyə, istefa verincəyə və ya təqaüdə gedincəyə qədər vəzifədə qalmaq səlahiyyəti verilir. Lakin, vəzifə başında günah edən bir məhkəmə ancaq prezident və federal hökumətin başqa vəzifəli şəxsləri kimi impiçment yolu ilə cəzalanır. ABŞ-da ştatlar məhkəmələrini prezident təyin edir və Senat onları təsdiq edir. Məhkəmələrin əmək haqqı dərəcələrini Konqres müəyyənləşdirir.
Ali Məhkəmə ABŞ-ın ən yüksək məhkəməsidir və yeganə qurumdur ki, Konstitusiya tərəfindən xüsusi şəkildə yaradılır. Ali Məhkəmənin qərarlarına hər hansı başqa bir məhkəmədə apellyasiya yolu ilə baxmaq olmaz. Konqresin ixtiyarı var ki, məhkəmə prosesində oturacaq məhkəmələrin sayını müəyyən etsin və müvafiq hədd qoyaraq, onun işlərə necə baxacağına qərar versin. Lakin, Konstitusiyanın Ali Məhkəməyə verdiyi səlahiyyətləri dəyişdirə bilməz.

Təqribən 200 il əvvəl yaranan Ali Məhkəmədə bu günə kimi 100-dən bir az çox məhkəmə fəaliyyət göstərmişdir. İlk dövrlərdə əsl Məhkəmələrdə bir sədr və beş nəfər yardımçı məhkəmə olurdu. Son 80 ildə ABŞ-da məhkəmələrin sayı dəyişmiş, nəhayət 1969-cu ildə bir məhkəmənin tərkibinin bir sədr və 8 yardımçı məhkəmədən ibarət olması kimi müəyyənləşdirilmişdir. Məhkəmənin sədri Məhkəmənin icra başçısı olmaqla bərabər, baxılan işlər haqqında qərar verilərkən, yardımçı məhkəmələr kimi, onun da ancaq bir səsi var.
ABŞ-da Ali Məhkəmənin yalnız iki halda əsl yurisdiksiya hüququ olur — xarici ölkə vətəndaşları ilə bağlı işlərdə və hər hansı ştatın iştirak etdiyi işdə. Qalan bütün başqa işlər baxılmaq üçün Ali Məhkəməyə aşağı səviyyədə olan məhkəmələrdən gəlir. Baxılan işlərin çoxu qanunun və ya Konqresin bu qanunu çıxarmaqda məqsədinin yozulması ilə bağlı olur. Deyilənlə yanaşı, Ali Məhkəmənin baxdığı işlərin əsas qismi qanuvermə və icraetmə aktlarının Konstitusiyaya uyğun olub-olmadığı müəyyənləşdirməkdir.

İşə baxılması ilə bağlı bu səlahiyyət məhkəməyə Konstitusiya tərəfindən verilmişdir. Bu, daha çox Məhkəmənin Konstitusiyanı izah etməsi nəticəsində yaranmış bir doktrinadır və 1803-cü ildə Mədison Mərburiyə qarşı adlanan işdə əsaslı bir şəkildə bəyan edilmişdir. Həmin işlə bağlı hökmün də Ali Məhkəmə qərar vermişdi ki, «Konstitusiyaya zidd olan qanunvermə aktı qanun deyil» və daha sonra qeyd etmişdir ki, «qanunun nə olduğunu demək ancaq və ancaq məhkəmə departamentinin səlahiyyət və vəzifəsidir». Bu doktrina eyni zamanda ştat yerli hakimiyyət orqanlarının fəaliyyətini də daxil etməklə, məhkəmə orqanlarının hüquqlarını genişləndirib. Məhkəmə qərarları ABŞ-da əsasən səs çoxluğu əsasında qəbul olunur.
Federal məhkəmələrinin 2-ci ən böyük səviyyəsini apellyasiya məhkəmələri təşkil edir. Bu məhkəmələr, işlərə baxılmasının tənzimlənməsini yoluna qoymaq məqsədi ilə 1891-ci ildə yaradılmışdır. Birləşmiş ştatlar 11 ayrı-ayrı apellasiya bölgəsinə bölünmüşdür ki, onların da hər birində 3-dən 15-ə qədər məhkəmə üzvü olan apellasiya məhkəməsi fəaliyyət göstərir. Apellasiya məhkəmələri onların fəaliyyət dairəsində yerləşən bölgə məhkəmələrin qərarlarını yenidən gözdən keçirirlər. Bölgə məhkəmələri apellasiya məhkəmələrindən bir pillə aşağıda olur. 50 ştat 89 bölgəyə bölünür ki, onlardan da hər birinin ayrıca məhkəməsi olur. Məhkəmənin yükündən asılı olaraq, bir bölgənin məhkəməsi başqa bir bölgədə də məhkəməlik edə bilər. Konqres bölgə sərhədlərini onların əhalisinin sayına, ərazisinin böyüklüyünə və baxılmalı olan işlərin həcminə görə müəyyənləşdirilir. Məhkəmələr daimi xidmət etdikləri bölgənini sakinləri olmalıdırlar.
Bü məhkəməlrdə baxılan və müzakirə olunan işlərin böyük əksəriyyəti poçt xidmətindən sui-istifadə, federal malların oğurlanması, təmiz qida maddələrinə nəsə qatmaq, bank işləri və saxtakarlıq qanunları kimi federal qanunların pozulması hallarını əhatə edir.
Top