ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.

1913-cü ildə Konstitusiyaya edilən 17-ci Düzəliş Senatın müstəqim seçilməsi səlahiyyətini saxlamışdı. Konstitusiyaya 17-ci Düzəlişin qəbulu bundan sonra belə iki palata arasında səlahiyyəti əsaslı şəkildə tarazlaşdıra bilmədi.
Konqres dövlət əhəmiyyətli bütün işlərdə geniş səlahiyyətləri və nüfuzu ilə müstəsna dərəcədə fəal olacağını sübut etmişdi. Amerika tarixinin müxtəlif dövrlərində icra şaxəsi ilə müqayisədə gücü az olsa və zəifləsə də, Konqres heç vaxt öz gücünü tam itirməmiş və ya prezident qərarlarına vurulmaq üçün elastik bir möhürə çevrilməmişdir.
ABŞ Konstitusiyasına görə senatorların ən azı 30 yaşı olmalı, ən aşağısı 9 il ərzində Amerika vətəndaşı olmalıdır və təmsil etmək üçün seçildikləri ştatın sakinləri sırasında olmalıdır.

Nümayndələr Palatası üzvlərinin ən azı 25 yaşı olmalı, ən aşağısı 7 il ərzində ABŞ vətəndaşı və onu Konqresə göndərən ştatın sakini olmalıdır.ABŞ-da hər ştatı iki senator təmsil edir. Misal üçün, 3156 kvadrat kilometr sahəsi olan ən kiçik ştat Roud Ayləndi də, ərazisi 1524640 kvadrat kilometr olan ən böyük ştat Alyaskanı da eyni sayda olan senatorlar təmsil edirlər.
Nümayəndələr Palatası üzvlərinin sayını Konqres müəyyən edir. Deyilən say sonradan ştatlar arasında onların əhalisinin sayına uyğun olaraq bölünüb. Günümüzdə altı ştatın — Alyaska, Delavare, Şimali Dakota, Cənubi Dakota, Vermont və Vyominqin hər birinin ancaq bir nümayəndəsi var. Digər tərəfdən, altı ştatın 20-dən çox nümayəndəsi, təkcə Kaliforniyanın isə 45 nümayəndəsi var. ABŞ Konstitusiyasına görə hər on ildən bir əhalinin siyahıya alınması keçirilir və ona uyğun olaraq Nümayəndələrə verilən yerlərin sayı yenidən müəyyənləşdirilir. İllər keçdikcə qayda dəqiqləşdirilmiş, hazırda Palatanın 435 üzvü var. Bu da ABŞ-da orta hesabla hər 530000 nəfərə bir nümayəndə deməkdir. ABŞ qanunvericiliyi ştatları Konqres bölgələrinə bölür. Bu isə əslində, əhalinin sayının bərabərliyinə əsaslanır və hər iki ildən bir hər bir bölgənin seçiciləri Konqresə bir üzv seçirlər. Senatorlar ikiyə bölünən illərdə ştatda aparılan ümumi seçkilərdə seçilirlər.
S enatorluq səlahiyyəti müddəti altı ildir və hər iki ildən bir Senatın üçdə biri yenidən seçilir. Beləliklə, senatorların üçdə ikisi həmişə dövlət səviyyəsində qanunvericilik sahəsində səriştəsi olan şəxslərdən ibarət olur. Palata üzvlərinin iki illik müddəti də xidmət etdiklərindən nəzərdə tutulur ki, Konqresin ömrü iki il olmalıdır. Konstitusiyaya 20-ci Düzəliş göstərir ki, Konqres başqa bir vaxt müəyyən etmədikcə, Konqres hər il yanvarın 3də öz müntəzəm sessiyasına yığışır. Sessiyalar Vaşinqtonda Kapitolda keçirilir.
Konqresin hər bir palatasının ixtiyarı var ki, qanunvericiliklə bağlı hər bir məsələ ilə tanış olsun. Amma, Nümayəndələr Palatasının müəyyən etmiş olduğu illik gəlir vergisi müstəsnadır.

Senatın da ancaq ona aid olan səlahiyyətləri var. Bu səlahiyyətlərə prezidentin federal hökumətdə yüksək vəzifələrə təyin etdiyi adamları və səfirləri, eyni zamanda bütün müqavilələri üçdə iki səs çoxluğu ilə təsdiq etmək səlahiyyətləridir. Bunların hər hansı birini Senatın bəyənmədiyi hal icra aktını heçə endirir.
Federal fəzifə başçılarının impiçmenti hallarında Nümayəndələr Palatasının müstəsna ixtiyarı var ki, impiçment məhkəməsinə gətirib çıxara bilən düzgün hərəkət etməmək hallarına görə kimisə ittiham etsin. Ancaq, Senatın səlahiyyətləri çatır ki, impiçment hallarını yoxlasın və vəzifəli şəxsin günahkar olub-olmadığını müəyyən etsin. Vəzifəli şəxsin günahkar olduğu təsdiq edildiyi tədqirdə o, federal hökumətdə rəsmi şəkildə dövlət işindən kənar edilir.
ABŞ konqresi
Cəm halında Konqresin geniş səlahiyyətləri ABŞ Konstitusiyasının 1-ci maddəsinin 8-ci bəndində aşağıdakı kimi göstərilir:
- vergilər qoymaq və toplamaq;
- dövlət xəzinəsi üçün borc pul almaq;
- ştatlara xarici ölkələr arasında ticarəti idarəetmə qaydaları qoymaq və onları tənzimləmək;
- xarici vətəndaşların təəbəliyə qəbuluna vahid qaydalar qoymaq;
- pul kəsmək, ona qiymət qoymaq və qəlp pul kəsənləri cəzalandırmaq;
- ağırlıqlar və ölçülər üçün standartlar təyin etmək;
- bütün ölkə üçün yararlı olan müflisləşmə qanunları təsis etmək;
- poçt idarələri və poçt yolları təsis etmək;
- patetnlər və müəllif haqlarını müdafiə etmək;
- federal məhkəmələr sistemi yaratmaq;
- dəniz quldurluğunu cəzalandırmaq;
- müharibə elan etmək;
- əsgər toplayıb ordulara hamilik etmək;
- donanma qurmaq;
- federal qanunları həyata keçirmək, qanunsuzluğun qarşısını almaq və ya xarici dövlətlər tərəfindən müdaxiləni dəf etmək üçün hərbi xidmətə çağırmaq;
- Kolumbiya bölgəsi üçün bütün qanunları vermək;
- Konstitusiyanı həyata keçirmək üçün bütün vacib olan qanunları qoymaq.

Bu səlahiyyətlərin bir neçəsi indi öz gücünü itirmişdir.
- bu gün Kolumbiya bölgəsi geniş şəkildə özünü idarə edir — lakin onlar təsir qüvvəsini hələ saxlayır. 10-cu Düzəliş Konqres səlahiyyətinə müəyyən məhdudiyyətlər qoyur. Bu Düzəlişə əsasən, hökumətə verilməmiş olan səlahiyyətlər ştatlar və ya xalqlar üçün saxlanılır. Əlavə olaraq Konstitusiya Konqresin aşağıdakı işləri görməsini qadağan edir:
- üsyan və xarici müdaxilə zamanı vacib olmadığı hallarda, habeas corpus əmrini qadağan etmək;
— məhkəmə olmadan şəxsləri cinayətlərə və qeyri-qanuni hərəkətlərə görə məsuliyyətə cəlb edən qanunlar vermək;
— icra olunduğu zaman cinayət hesab edilməyən bir işi sonradan cinayət hesab edən qanunlar vermək;
- artıq aparılmış siyahıyaalınma əsasında müstəsna olmaqla vətəndaşlara müstəqim vergilər qoymaq;
- hər hansı bir ştatdan ixrac olunan mala vergi qoymaq;
- ticarət və vergi baxımından hər hansı bir ştatın limanlarına və ya bu limanlardan istifadə edən gəmilərə xüsusi imtiyazlar vermək;
- hər hansı yüksək bir rütbə vermək.

ABŞ qanunvericilik hakimiyyətində bu işlərlə məşğul olan kiçik komitələr də fəaliyyət göstərir. Konqres komitələri çox işgüzar olur, çünki onlar təklifləri götür-qoy edərək, onların zəif və güclü tərəflərini aşkar edir, ya onları normal hala salır, ya da tamam ləğv edirlər. Onlar ABŞ-ın mövcud olduğu 3-cü yüzillikdə onun formalaşmasına kömək üçün qanunların hazırlanmasında və müzakirəsində böyük rol oynamaqda davam edir.
Hər yeni Konqresin başlanğıcında siyasi partiyaların üzvləri iclas zalında iştirak edən üzvlərinin sədrini və başqa vəzifəli şəxsləri seçiblər ki, onlar təklif ediləcək qanunları «yoluna» qoysunlar. Seçilmiş bu vəzifəli şəxslər sədrlik edən və komitə sədri daxil olmaqla, şəxslərin timsalında qanunların yaradılmasında böyük təsiredici gücə malik olurlar. Konqresin əsas xüsusiyyətlərindən biri onun iclaslarında komitələrin oynadığı aparıcı roldur.

Hazırda senatın 16 daimi komitəsi var. Nümayəndələr Palatasının isə Komitələri 22-dir. Bunların hər biri qanunvericiliyin müvafiq spesifik sahəsində ixtisaslaşır. Komitə bir qanun layihəsinə müsbət münasibət bildirdikdən sonra, təklif olunan layihə açıq müzakirə üçün palatalara göndərilir.
Hər iki palatadan keçdikdən sonra qanun layihəsi prezidendə göndərilir ki, layihənin konstitusion qanun şəkli alması üçün müvafiq fərman versin.
Konqresin qanunvericilik funksiyasına daxil olmayan ən vacib səlahiyyətlərindən biri sorğu aparmaq səlahiyyətləridir. Bu səlahiyyət, əsasən komitələrə verilir. Sorğular gələcək qanunvericiliyin ehtiyacları üçün məlumat toplamağa xidmət edir.
Avropa parlament sistemlərindən fərqli olaraq, ABŞ qanunvericilik orqanlarının seçilməsi və davranışının mərkəzi partiya qanun-qaydaları ilə əlaqəsi çox azdır, yəni Konqres Kollegial bir vahiddir.
Konqresin İcra Hakimiyyətinə təsir üçün qəbul etdiyi çoxsaylı texniki üsullar arasında ən çox effektli olanı nəzarət funksiyasıdır.
Konqres nəzarəti-talanı və yalanı qadağan edir. Bu üsul da Azərbaycan üçün aktual olub, çox önəmlidir.
Nəzarət səlahiyyəti, prezidentliyi nəzarət altında saxlamaq və dövlət siyasətini yoxlamaq üçün ən mühüm yoxlama və nəzarət orqanıdır.
Top