Əhalisinin miqdarından və ərazisindən asılı olmayaraq, hər ştatdan iki nəfər olmaqla Senatın 100 nəfər üzvü var. ABŞ Konstitıısiyasının 17-ci düzəlişinə əsasən Senatın üzvlərini xalq seçir. Senatorun ən azı 30 yaşı olmalı, 0, 9 ildən az olmayaraq Birləşmiş Ştatlar vətəndaşı olmalı və Senator seçildiyi ştatın sakini olmalıdır.
Belə bir qayda Azərbaycan Respublikası üçün də daha münasib istiqamət olardı. Senatorun səlahiyyət müddəti 6 ildir və Senatın üzvlərinin tam tərkibinin üçdə biri hər iki ildən bir seçilir. Aidiyatı Ştatdan olan S enatorların hər ikisinin səlahiyyət müddəti elə tənzimlənmişdir ki, onların hər ikisinin səlahiyyət müddəti eyni vaxtda qurtarmır. Hər ikisi eyni Ştatdan olan və senatda eyni vaxtda xidmət edən iki Senatordan daha əvvəl seçiləni — və yaxud hər ikisi eyni vaxtda seçilibsə, onlardan tam müddətə seçiləni həmin ştatdan seçilən «baş» senator hesab olunur. Digərinə isə «kiçik» Senator deyilir. Hər bir Senatorun bir səsi var.
Nümayəndələr Palatasının hər iki ildən bir 50 ştatdan seçilmiş 435 üzvü var ki, onların da sayı ştat əhalisinin sayı ilə müəyyənləşdirilir. 435 nəfər daimi üzv Konstitusiyanın Birinci Maddəsinin 2-ci Bəndinə əsasən, 10 ildən bir aparılan Onüçüncü Siyahıyaalmadan sonra 1910-cu ildə dəqiqləşdirilmişdir və tədriclə 437 nəfərə çatdırılmışdır ki, Alyaska və Havayın hər biri üçün bir nümayəndə təmsil olunsun.
Nümayəndənin ən azı 25 yaşı olmalı, 7 ildən az olmayaraq Birləşmiş Ştatların vətəndaşı olmalı və seçilərkən Nümayəndə seçildiyi Ştatın sakini olmalıdır və hər bir Nümayəndənin bir səsi var.
Konstitusiyaya 20-ci Düzəlişin 2-ci Bəndinə əsasən, Konqres ən azı ildə bir dəfə toplaşmalı və sessiya yanvarın 3-ü günü günorta başlanmalıdır.
Üzvlərin ikiillik müddətə seçilmələrindən sonrakı ilin yanvarından başlayaraq, Konqres iki il davam edir və iki sessiyaya bölünür. Konstitusiya hər bir Palataya səlahiyyət verir ki, özünün iş qaydalarını müəyyən etsin. Konqresin başlıca vəzifəsi qanun yaratmaqdır. Əlavə olaraq, Senatın məsləhətlər vermək və müqavilələrə, eyni zamanda Prezidentin vəzifə təklif etdiyi adamlara xeyir-dua vermək vəzifəsi də var.
ABŞ-da qanunvericilik üçün ideyalar mənbələrinə məhdudiyyət yoxdur. Təklif olunan qanun layihələri müxtəlif insan təbəqələri arasında yaradılır. Bu meyar çox önəmli olub Azərbaycan üçündə münasib hesab ediləndir. Bu təkliflərdən 1-si, əlbətdə, Palata üzvünün təklif etdiyi ideya və layihədir. Əlavə olaraq, üzvün seçiciləri -ya ayrı-ayrı fərdlər, ya da vətəndaş qrupları və ya əmək birlikləri, hüquqşünaslar assosiasiyaları öz təkliflərini üzvə təqdim edə bilərlər. Bir sıra vacib qanunlar ABŞ-da deyilən qaydalarla ərsəyə gəlmişdir.
Hazırkı dövrdə «icı a təqdimi» qanunvericilik təkliflərinin ən məhsuldar mənbəyinə çevrilmişdir. Bu, adətən, Prezident Kabineti üzvündən və ya müstəqil agentlik başçısından-hətta Prezidentin özündən təklif olunan qanun layihəsinin müzakirəyə təqdimi ilə bağlı Nümayəndələr Palatsının Spikerinə və Senatın Prezidentinə məktub şəklində olur. Digər tərəfdən bir sıra icra departamentlərin və müstəqil agentliklərin ştatında peşəkar qanunvericilik şuraları var ki, onların əsas vəzifəsi təsdiq edilməsi xahişi ilə Konqresə təqdim edilməli olan qanun layihələrini hazırlamaqdır.
Qanunların layihələrinin hazırlanıb verilməsi elə bir sahədir ki, bu sahə böyük bacarıq, bilik və təcrübə tələb edir. Bəzi hallarda belə layihələr Prezident və ya Prezident Kabinetinin əməkdaşlarından birinin təyin etdiyi hər hansı komissiya və ya komitetin müəyyən müddət ərzində apardığı araşdırmalara əsaslanır. Belə qanun yaratma təşəbbüsləri ən çox güc strukturları ilə və ya məxvi məsələlərlə bağlı olur.
Konqres fəaliyyəti formaları 4-dür-qanun layihəsi, müştərək qətnamə, paralel qətnamə və sadə qətnamə. Burada söhbət sadəlik naminəümumiyyətlə qanun layihəsinin Nümayəndələr Palatasındakı üsulundan gedir. Qanun layihəsi daimi və ya müvəqqəti, ümumi və ya xüsusi, ictimai və ya özəl qanunvericilik orqanlarının əksərində istifadə olunan formadır.
Qanun layihəsinin qanun kimi qəbul edilən qərar hissəsinin təsviri qanun əsasında 1871-ci ildə verilmişdir və onların əsasının Nümayəndələr Palatasında və ya Senatda qoyulmasından asılı olmayaraq, bütün qanun layihələri üçün eyni şəkildədir.
Qanun layihəsinin iki növü var — ictimai qanun layihəsi və özəl qanun layihəsi. İctimai qanun layihəsi, ümumiyyətlə, xalq kütləsini nəzərdə tutur. Şəxsi səciyyə daşıyan, yəni geniş mənada xalq kütləsinə deyil, hər hansı bir fərdə aid olan layihəsi özəl qanun layihəsi adlanır. Özəl qanun layihəsi mühacirlik və təbəəlik, eyni zamanda, ABŞ-ın qaldırdığı və ya onun əleyhinə qaldırılan iddia ilə bağlı məsələlərin həlli üçün istifadə olunur.
Adətən, qanun layihəsi hər iki qurumda eyni şəkildə razılaşdırıldıqdan və ancaq Prezidentin təsdiqindən sonra qüvvəyə minir. Prezident təsdiq etmədikdə, onu öz etirazları ilə birlikdə Konqresin sessiya keçirdiyi 10 gün ərzində qanun layihəsinin əsası qoyulduğu Palataya geri qaytarmadıqda və ya hər bir Palatada Prezident vetosuna qarşı üçdə ikidən çox səs alındıqdan sonra qüvvəyə minir.
Müştərək qətnamələr hər iki Palata ilə birlikdə deyil, ya Nümayəndələr Palatasında, ya da Senatda hazırlana bilər.
Palatanın və Senatın hər ikisinin müştərək qətnaməsində 1871-ci il qanunvericilik aktında müəyyən olunduğu kimi, qərar hissəsi eyniyyət təşkil edir.
Müştərək qətnamələr də qanun layihələri ilə eyni tərzdə qanun qüvvəsinə minir. Hər iki Palatanın fəaliyyətinə təsir edən məsələlər, adətən, ayrı-ayrılıqda və ya paralel şəkildə qəbul edilən qətnamələrlə başlayır.
ABŞ-ın müasir təcrübəsində bunlar səciyyə etibarıilə normal olaraq, qanunvericilik deyil. Lakin, sadəcə olaraq faktları, əsasları, rəyləri və hər iki Palatanın məqsədlərini ifadə etmək üçün işlədilir. Paralel qətnamələr qanunun ekvivalentləri deyil və onlardan istifadə ancaq sadalananlarla məhdudlaşır. Palataların ayrı-ayrılıqda ikisindən birinin fəaliyyəti ilə bağlı olan məsələyə sadə qətnamələı aiddir. Əsası nümayəndələr Palatasında qoyulan sadə qətnamələr xüsusi işarələrlə (H.Res.) işarələnir və say göstərilir.
Sadə qətnamələı ancaq onları təqdim edən qurumda müzakirə olunur və qəbuldan sonra, onu ya Nümayəndələr Palatasının Klerki, ya da S enatın Katibi imzalayır.
Bütün bunlardan sonra qanun və qərar formaları, qətnamələr Komissiyanın müzakirəsinə və təqdiminə göndərilir. Hər bir üzv, daimi səlahiyyətli Komissiya və Nümayəndələr Palatasının nümayəndələri iclas edərkən, Palatasının iclas zalında Klerkin stolunun yanında xüsusi olaraq qoyulmuş «qutuya» qanun layihəsini ataraq, onu müzakirəyə təqdim edə bilər. Çap olunmuş qanun layihəsinin bir nüsxəsi qanun layihəsinin müzakirə üçün göndərildiyi komissiyasına, onun üzərində işlənməsi üçün göndərilir. Komissiyanın Klerki bu layihəni komissiyanın qanunvericilik məsələləri siyahısına salır və müzakirə başlayır.
Komissiya iclaslaıı aidiyyatı üzrə açıq və qapalı aparıla bilər və səsvermə isə adbaad və ya etibarnamə ilə ola bilər. Hazırda Nümayəndələr palatasında 22 və Senatda 16 daimi komissiya, eyni zamanda, seçilmiş komissiya fəaliyyət göstərir. Bununla paralel hər iki Palatanın bir neçə daimi müştərək komissiyası var.
Müxtəlif komisiyalarda üzvülük iki əsas siyasi partiya arasında, azlığın-çoxluğa tabeçiliyi (səsvermə ilə) üzrə qurulsa da «Rəsmi Davranış Standartları» üzrə Komissiyada iki tərəf meyarı yoxdur.
Maraqlı məqamlaıdan biri də ABŞ-da hər hansı bir üzvün birdən daha çox komissiyada xidmət edə bilməsidir.
Palatanın qaydaları tələb edir ki, komissiyanın sədrləri hər bir Konqresin başlanğıcı ərəfəsində çoxluq təşkil edən partiyanın qanunvericilik müşavirəsi namizədləri arasından seçilsin. Mövcud ştatlara bütün təyinatlar, irqindən, əqidəsindən, cinsindən və yaşından asılı olmayaı aq, komissiyanın adi səs çoxluğu əsasında aparılır. Ortaya qoyulmuş qanunlar Komissiya iclaslarında müzakirəyə çıxarılır. Müzakirələr əsasən açıq iclaslarda aparılır. Komissiyalarda adbaad səsverməyə üstünlük verilir və onun nəticələrinə ictimai nəzarət güclüdür.
Birləşmiş Ştatların demokratik ənənələri tələb edir ki, qanun layihələri müzakirə edilərkən, bütün üzvlərə müzakirələrdə bərabər iştirak etmək və düzəlişlər təklif etmək hüququ verilsin. ABŞ-da belə bir qayda da var ki, qanun layihəsinin geri qaytarılması haqqında bir təklif verilsin və Spikerdən tələb olunduğu kimi, söz verərkən o, üstünlüyü o üzvə verməlidir ki, həmin üzv qanun layihəsinin qəbul edilməsi əleyhinə çıxmış olsun. Müzakirə üçün nə qədər vaxt ayrılırsa-ayrılsın, həmin vaxt təklifin tərəfdarları və əleyhdarları arasında tən bölünməlidir.
Əsl demokratiyanı da belə-belə məqamlar xarakterizə edir.
Azərbaycanda isə belə qayda, qarşılıqlı-hüquqi hörmət haqqında olan əsasla düşünməyə dəyməz. O, dəqiqə təklifin düzlüyü-əyriliyi qalır bir yanda, «bizdəndir, ya bizdən deyil» fikri məclisə hakim kəsilir, qalmaqal, təhqir həddini aşır.
Səsverməyə gəldikdə isə ABŞ-ın Bütöv Palata Komissiyasında
4 səsvermə üsulu vardır. Sorğu yolu ilə səsvermə üsulu vardır. Sorğu yolu ilə səsvermə, səslərin sayılması yolu ilə səsvermə, qeydə alınma yolu ilə səsvermə və ancaq Palatada istifadə olunan «Lehinə-əleyhinə» yolu ilə səsvermə. Qeydə alınma və adbaad səsvermə yolu ilə səslər, bir qayda olaraq elektron aparatlarla verilir.
Konqres Büdcə Prosesi — 1974-cü ildə yaradılmış Konqres Büdcə və ona Nəzarət Aktı Konqresi hər il müvafiq büdcə və gəlir səviyyələri təsis etmək üçün prosedura ilə təmin edir. Konqres büdcə prosesi «büdcə haqqında hər iki Palatanın ayrı-ayrılıqda qəbul etdiyi qərarını» ehtiva edir ki, bu da hər il qəbul olunur. Bu qərarlar gəlir və çıxar haqqında qərarları əlaqələndirmək üçün nəzərdə tutulur ki, bunları da Konqresin müxtəlif qanunvericilik komissiyaları hazırlayır.
Senatın fəaliyyəti — Senatda səslərin düzgün sayılmasına nəzarət edən şəxs Senatın qaydalarına müvafiq olaraq, Konqresdə səsə qoyulmazdan əvvəl qanun layihəsinin son variantını Senatın həmin məsələ ilə bağlı olan daimi komissiyasına göndərir. Senat komissiyaları qanun layəhəsini Palatada olduğu kimi, eyni dərəcədə müfəssəl şəkildə müzakirəyə qəbul edir və layihəni düzəlişlə birgə, ya da düzəlişsiz məruzə edə bilər, yaxud onun müzakirəsini təxirə sala bilər.
Komissiya iclaslarının hamısı, o cümlədən, tədbirə baxılmaq üçün onun mahiyyətini dinlənilərkən, ictimaiyyət üçün açıq aparılır.
Senatda prosedura qaydaları Palatadakı müvafiq qaydalardan əhəmiyyətli dərəcədə fərqlənir. Senat icra etməli olan işlər üçün ciddi şəkildə təcrübədə yekdil razılıq əldə etməyə arxalanır.
Hər hansı bir tədbir müzakirə olunarkən, ona hər cür düzəliş verilə bilər. Qanun layihəsinə məruzə edən komissiyanın düzəlişi də daxil olmaqla, təklif olunan bütün düzəlişlər ayrı-ayrılıqda müzakirə olunmalıdır.
Başlanğıcını Senatdan götürən qanun layihəsini Senat qəbul etdikdə, həmin layihə müzakirə üçün Palataya göndərilir. Senat düzəlişlərlə razılaşa bilər və ya Palatanın düzəlişləri ilə bağlı narazılığı həll etmək üçün müşavirə keçirilməsini xahiş edə bilər.
Prezidentin imzası üçün hazırlanmış qanun layihəsi hər iki qurum müvafiq şəkildə razılaşdıqda — ya Senatın heç bir düzəlişi olmadıqda, ya da Palatının düzəlişi ilə Senatın düzəlişi üst-üstə düşdükdə və s. qanun layihəsi qeydiyyatdan keçirilir ki, Prezidentə təqdim edilsin. Qeydiyyatdan keçirilmiş qanun layihəsinin hazırlanması çox ciddi zəhmət tələb edən bir işdir. Hər iki Palatada razılıq əldə edildikdən sonra Prezidentə təqdim etmək üçün Palatının qeydiyyat məmuru qanun layihəsinin son variantını zərgər dəqiqliyi ilə hazırlayır.
Prezidentin təsdiqinə hazırlanan qanun layihəsi perqament kağızda çap edilir, sonuncu səhifənin arxa tərəfində sertifikat olur ki, Palatanan Katibi orada qol çəkməli və həmin qanun layihəsinin Nümayəndələr Palatasında yarandığı qeyd edilməlidir. Onun dəqiqliklə hazırlanması məsələsi Palata Administrasiyası Komiteti yoxlayır.
Qanun layihəsinin hazırlanması Komiteti qane etdiyi halda, Komitetin Sədri həmin sənədə bir kağız da əlavə edir və yazır ki, Komitet qanun layihəsinin dəqiq hazırlandığını təsdiq edir və imza üçün layihəni Palatanın Spikerinə göndərir. Hansı qurumda hazırlandığından asılı olmayaraq, qanun layihəsinin hamısına ilk növbədə Spiker qol çəkir, sonra isə Konsitutsiyaya əsasən, Senatın Prezidenti kimi xidmət edən Birləşmiş Ş tatların Prezident Müavini imzalayır. Bütün imzalar toplandıqdan sonra, Konstitutsiyaya əsasən hərəkət etmək üçün qanun layihəsi Prezidentə təqdim edilsin deyə, Komitetə qaytarılır.
ABŞ Konstitutsiyasının Birinci Maddəsinin Yeddinci Bəndinə müvafiq olaraq göstərilir ki, Nümayəndələr Palatasının və Senatın qəbul etdikləri hər bir qanın layihəsi ,qanun qüvvəsinə minmədən əvvəl Birləşmiş Ştatların Prezidentinə təqdim olunur.
Konstitusiyanın şərtlərinə əsasən, qanun layihəsi Prezidentin imzası olmadan da qanun qüvvəsinə minə bilər. Həmin şərtlərdə deyilir ki, əgər qanun layihəsi Prezidentə təqdim olunduğu gündən 10 gün keçənə qədər Prezident onu öz etirazları ilə geri qaytamırsa, həmin layihə Prezidentin qol çəkmiş olduğu kimi qanuni qüvvəsinə minir.
Qanun layihəsi təsdiq olunduğu tarixdən, əgər onda dəqiq şəkildə başqa bir tarix göstərilməyibsə və ya Prezident vetosunun başı üstündən keçdiyi tarixdən qanun olur.